Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sosial-iqtisadi statistikanın predmeti və metodu



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə16/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   262
2-ci movzu demoqrafiya

1.2. Sosial-iqtisadi statistikanın predmeti və metodu
Sosial-iqtisadi statistika cəmiyyət miqyasında baş verən hadisə və 
proseslərin kəmiyyətcə dəyişməsini səciyyələndirən göstəriciləri bir-biri 
ilə qarşılıqlı əlaqə şəraitində öyrənir, iqtisadi inkişafa təsir göstərən 
amillər haqqında məlumat toplayır, onları sistemləşdirir, ümumiləşdirir, 
təhlil edir və müvafiq nəticələr çıxarır. Dövlət strukturları bu məlumat­
lardan iqtisadiyyatın tənzimlənməsində, sosial-iqtisadi inkişaf proqram­
larının hazırlanmasında, proqnozların verilməsində geniş istifadə edirlər. 
Bunlara qiymətlərin, istehsal olunan məhsulların həcmini, əhalinin və 
əmək ehtiyatlarının sayının dinamikası göstəricilərini misal göstərmək 
olar.
Məlum olduğu kimi, sosial-iqtisadi hadisə və proseslərin kəmiyyət tə­
rəfi ilə yanaşı, keyfiyyət müəyyənliyi də vardır. Bunlar bir-birilə qarşılıqlı 
əlaqədə olsalar da, müəyyən tarixi anda həcmlərinə, səviyyələrinə və 
aralarındakı miqdar nisbətlərinə görə fərqlənirlər. Belə ki, hər hansı bir 
tarixə ölkə əhalisinin sayı, onun tərkibində kişi və qadınların xüsusi 
çəkisi, istehsalın artım sürəti və s. göstəricilər başqa bir tarixə olan eyni 
göstəricilərdən fərqlənir. Həm də bunlar obyektiv xarakter daşımaqla 
daim dəyişir. Beləliklə, sosial-iqtisadi statistika kütləvi sosial-iqtisadi 
hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət tərəfi ilə qarşılıqlı əlaqə və 
asılılıq şəraitində öyrənir. Sosial-iqtisadi statistika həmçinin iqtisadi 
nemətlərin istehsalı, bölgüsü və istehlakını, göstərilən xidmətlərin 
dəyişməsinin qanunauyğunluqlarını öyrənir.
İqtisadi hadisə və proseslərin inkişaf qanunauyğunluqları, onların ara­
sındakı qarşılıqlı əlaqə və asılılıqlar öz əksini statistik məlumatlarda tapır. 
Odur ki, statistika öz predmetini öyrənmək üçün elmi anlayış və kate­
qoriyalar sistemini, onların hesablanması metodlarını işləyib hazırlayır. 
Bu sistemin çox mühüm tərkib hissəsi cəmiyyətin sosial-iqtisadi həyatını 
ifadə edən göstəricilərdir.
Sosial-iqtisadi statistika zəngin quruluşa malikdir. Bu, öz əksini onun
22
öyrəndiyi sosial-iqtisadi hadisə və proseslərdə tapır. Sosial-iqtisadi 
Statistika: 1) demoqrafiya məsələlərini; 2) milli sərvəti; 3) investisiya 
əmtəələri (istehsal vasitələri) və istehsal güclərini; 4) əsas makroiqtisadi 
göstəriciləri; 5) milli hesablar sistemində gəlirlərin əmələ gəlməsi, ilkin 
təkrar bölgüsü, onlardan istifadə göstəricilərini; 6) kapital, istehsal, 
məhsul və xidmətlər, əsaslı xərclər və maliyyə hesablarını; 7) qiymət və 
tarifləri; 8) maliyyə və bank statistikasının göstəricilərini; 9) qalan dünya 
ilə xarici iqtisadi əlaqələri ifadə edən göstəriciləri və tədiyə balansını; 10) 
əmək bazarı və əhalinin həyat səviyyəsi göstəricilərini; 11) istehsal və 
tədavül xərcləri, rentabellik, fondverimi və fondtutumu göstəricilərini,
12) məhsuldar qüvvələri və onun əsas tərkib ünsürlərini; 13) cəmiyyətin 
daim artmaqda olan tələbatı və onun ödənilməsinin real imkanlarını; 14) 
ölkədə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və idmanın vəziyyətini; 15) 
istehsalın səmərəliliyini ifadə edən göstəriciləri və s. məsələləri öyrənir.
Sosial-iqtisadi statistika iqtisadiyyatın öyrənilməsinə sistemli yanaşır. 
Bu isə iqtisadiyyatın öyrənilməsi üçün ən mühüm iqtisadi fəaliyyət 
növlərini və iqtisadi prosesləri özündə əks etdirən göstəricilər sisteminin 
işlənib hazırlanmasını zəruri edir. Sosial-iqtisadi statistikanın sistemli xa­
rakteri həmçinin bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif iqtisadi pro­
seslərin təhlil olunması üçün istifadə edilən göstəricilər arasında uyğun­
luğun yaradılmasım nəzərdə tutur. Statistika göstəricilərini müəyyən et­
mək üçün isə ilk növbədə öyrənilən hadisə və proseslərin eyniləşdiril­
məsi, onların mahiyyətinin, istehsalın təşkili xüsusiyyətlərinin, xərclərin 
maliyyələşdirilməsi, istehsalın subsidiyalaşdırılması metodlarının müəy­
yən edilməsi lazımdır.
Göstəricilərin hesablanmasının əsas mərhələsi onların məzmununun, 
başqa sözlə, tərkibinin hansı ünsürlərdən ibarət olmasının müəyyən edil­
məsi metodikasının işlənib hazırlanmasıdır. Məsələn, sənaye məhsulunu 
hesablamaq üçün onun tərkibinə nələrin daxil edilməsi məsələsi həll 
edilməlidir. Bu ünsürlər satılmış məhsulların həcmindən; qeyri-sənaye 
məqsədləri üçün göndərilmiş məhsulların dəyərindən; hazır olan, lakin 
satılmamış məhsulların dəyərindən; hazır olan, lakin satılmamış məhsul 
ehtiyatının artımından; bitməmiş istehsal və s. ibarət ola bilər. Ona daxil 
edilməli olan ünsürlərin qiymətləndirilməsi üsullarının müəyyən edilməsi 
də göstəricilərin məzmununun müəyyənləşdirilməsi ilə bilavasitə əlaqə­
dar olan məsələdir. Burada əsas etibarilə hansı qiymət növündən istifadə 
olunacağı nəzərdə tutulur. Bu zaman məsələni konkret olaraq belə qoy­
maq olar: istifadə olunacaq qiymətlərə vergilər daxil edilməlidirmi? Əgər 
daxil edilməlidirsə, onda məhz hansı vergilər daxil edilməlidir? yaxud da
23


qiymətləndirmə zamanı subsidiyalar nəzərə alınmalıdırmı? və s. və i.a. 
Statistik metodologiya qarşısında qoyulan ən mühüm tələblərdən biri də 
ondan ibarətdir ki, məlumatlar zaman və məkan (regionlar üzrə), habelə 
beynəlxalq miqyasda müqayisə edilə bilən olmalıdır.
Statistika elmi göstəricilərin məzmununu müəyyən edərkən öyrənilən 
sosial-iqtisadi hadisə və proseslərin keyfiyyətcə təhlil olunmasına əsas­
lanır. O, bu məqsədlə bir çox hallarda siyasi-iqtisadi xarakterli konsep­
siyaları əldə rəhbər tutur. Bu konsepsiyalar adətən ən mühüm makro­
iqtisadi göstəricilərə - ÜDM, MG, Milli yığım və i. a. aid edilir. Məsələn, 
MHS-də istifadə olunan konsepsiyaların birində milli məhsul istehsal 
olunduğu, dəyərin yaradıldığı fəaliyyət növlərinin müəyyən edilməsi 
nəzərdə tutulmuşdur. Başqa bir çox mühüm konsepsiya əsasında ilkin gə­
lir, sərəncamda qalan gəlir, milli gəlir və s. ibarət göstəricilər sisteminin 
məzmunu müəyyən edilmişdir.
Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, statistikada tətbiqi iqtisad 
elmlərində əldə edilmiş nəticələrdən də istifadə olunur. Məsələn, maliyyə 
statistikasında istifadə olunan göstəricilərin hesablanması metodologiyası 
iqtisad elminin maliyyə, kredit və pul tədavülü ilə əlaqədar məsələlərin 
öyrənildiyi bölmənin müddəalarına əsaslanır. Sosial-iqtisadi statistika bu 
ümumi müddəaları nəzərə almaqla hər hansı bir sosial-iqtisadi hadisə və 
prosesin kəmiyyət tərəfini müəyyən etmək üçün onları münasib formaya 
salır və iqtisadiyyatın təşkili xüsusiyyətləri ilə əlaqələndirir. Məsələn, 
məlum olduğu kimi, sosial-iqtisadi statistika dövlət büdcəsi kəsirinin 
(defisitinin) həcmini müəyyən edir. Və bununla da yaranmış kəsirin he­
sablanmasında gəlirləri və xərcləri nəzərə alınmalı olan dövlət müəssisə 
və təşkilatlarını, həmçinin büdcəyə daxilolmaların müxtəlif növlərinin 
(vergi və qeyri-vergi növləri) müəyyən edilməsi üçün konkret qaydaları 
işləyib hazırlayır və i. a. Lakin qeyd etmək lazımdır ki, bir çox hallarda 
iqtisadi proseslərin keyfiyyətcə təhlili statistiklərin peşə səviyyəsindən, 
onların işgüzarlıqları və qabiliyyətlərindən asılı olur.
Öyrənilən hadisə və proseslərə kəmiyyət xarakteristikası vermək üçün 
istifadə olunan metodlardan biri də təsnifləşdirmədir. Bu metod da hadi­
sələrin keyfiyyətcə təhlilinə, ümumi toplunun eynitipli (yekcins) qruplara 
ayrılması üçün istifadə olunan meyarlara əsaslanır. Təsnifləşdirmə ayrı- 
ayrı qrupların kəmiyyət xarakteristikasını, onların xüsusi çəkisini müəy­
yənləşdirməyə imkan verir. Məsələn, iqtisadiyyat sahələrinin təsnifləş­
dirilməsi nəticəsində onların hər birinin, dövlət büdcəsi gəlirlərinin təs­
nifləşdirilməsi nəticəsində isə hər bir vergi növünün onun formalaşma­
sında xüsusi çəkisini müəyyən etmək olur. Təsnifləşdirmə məlumatların
24
qaydaya salınmasına, onların kodlaşdırılmasına imkan verir.
Sosial-iqtisadi statistikada başlıca məsələlərdən biri də təsərrüfatçılıq 
edən subyektlərdən ilkin məlumatların toplanmasıdır. Bu məlumatları 
əldə etmək üçün aşağıdakı mənbələrdən istifadə olunur: 1) müəssisə və 
təşkilatların statistika və mühasibat hesabatları; 2) uçot vahidlərinin 
dövlət reyestri; 3) iqtisadi siyahıyaalmalar; 4) əhalinin siyahıya alınması; 
5) seçmə müşahidəsi; 6) ev təsərrüfatları büdcələrinin öyrənilməsi və i. a.
Toplanan məlumatların xeyli hissəsi mühasibat uçotuna əsaslanır. La­
kin mühasibat uçotu və sosial-iqtisadi statistikada istifadə olunan təsnif- 
ləşdirmələr bir-birinə uyğun gəlmir. Buna mühasibat uçotunda gəlirin 
müəyyən edilməsi qaydasının (bu fiskal məqsəd daşıyır) sosial-iqtisadi 
statistikada müəyyən olunan makroiqtisadi gəlir göstəricisinə uyğun gəl­
mədiyini misal göstərmək olar. Odur ki, sosial-iqtisadi statistika toplan­
mış məlumatları özünün müddəalarına uyğunlaşdırır. Bütün bunlar onu 
göstərir ki, sosial-iqtisadi statistika mühasibat uçotu ilə sıx surətdə əla­
qədardır. Müxtəlif mənbələrdən toplanmış ilkin məlumatlar son nəticədə 
ümumiləşdirici göstəriciləri hesablamaq məqsədilə “em af’dan keçirilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin