Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə19/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   262
2-ci movzu demoqrafiya

“ecazkar dördbu­
caqlı” 
ya nail olunması da statistikanın vəzifələri içərisində mühüm yer 
tutur. Çünki bu iqtisadi göstəricilər bir-biri ilə qarşılıqlı əlaqədədirlər. 
Məsələn, hiperinflyasiya yüksək artım surətinə nail olmasına mənfi təsir 
göstərsə də o, həm də istehsalın miqyasının genişləndirilməsinə və məh­
sulun həcminin artmasına təkan verir. Deflyasiyanin baş verməsi, yəni 
qiymətlərin mütləq mənada aşağı düşməsi isə istehsalın artmasını ən- 
gəlləyir.
Xarici iqtisadi əlaqələrin genişlənməsi bir qayda olaraq iqtisadiyyata 
müsbət təsir göstərir. Bu, özünü onda göstərir ki, beynəlxalq əmək bölgü­
sünün üstünlüklərindən istifadə olunması üçün şərait yaranır, milli məh­
sulun satışı üçün əlavə bazarlar meydana çıxır, məşğulluq stimullaşdırdın 
Lakin nəzarət olunmayan idxal müəyyən şəraitdə milli iqtisadiyyatı da­
ğıda, inflyasiyanı dərinləşdirə bilər. Bu prosesləri təhlil etmək üçün 
rəqabət qabiliyyəti göstəricisindən istifadə edilir.
Beləliklə, statistika orqanları sosial-iqtisadi hadisəni sadəcə olaraq 
təsvir etməklə kifayətlənməməli, həm də onların arasındakı qarşılıqlı 
əlaqə və asılılıqları aşkara çıxarmalıdır. Bu, iqtisadi siyasətin işlənib ha­
zırlanması, idarəetmə ilə əlaqədar qərarların qəbul edilməsi, onların 
həyata keçirilməsi üçün ən səmərəli tədbirlərin seçilməsi üçün lazımdır. 
Məsələn, əhalinin sağlamlığının qorunması və onun daha da yaxşılaş­
dırılması üçün yeni tibb və sağlamlıq müəssisələri tikmək lazımdır. Lakin 
müəyyən şəraitdə bu vəzifənin yerinə yetirilməsinin daha səmərəli üsulu 
əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və ətraf mühitin 
mühafizəsi ola bilər. Odur ki, statistika orqanları bu və digər bir sıra 
məsələlər üzrə ən operativ qərarların qəbul edilməsinə də təsir göstərmə­
lidir. Problemin həll edilməsinin ən səmərəli üsulunu seçmək üçün hadisə
30
və proseslər arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsi olduqca vacibdir.
Sosial-iqtisadi statistikanın qarşısında duran əsas məsələlərdən biri də 
gəlirlərin bölüşdürülməsinin öyrənilməsidir. Gəlirlərin bərabər bölgüsü 
insanların əməyə olan marağını azaldır, sahibkarlıq fəaliyyətinə mənfi tə­
sir göstərir. Digər tərəfdən gəlirlərin həddindən çox fərqləndirilməsi əha­
linin müxtəlif təbəqələri arasında sosial gərginlik yarada, iqtisadi artımı 
isə ləngidə bilər. Ona görə də statistika orqanları gəlirlərin bölüşdürül­
məsi və yenidən bölüşdürülməsi üzərində müşahidə aparmalı, bu prosesin 
əhalinin həyat səviyyəsinə təsirini aşkara çıxarmalıdır.
Əhali statistikası statistikanın qədim sahələrindən biridir. Bu sahədə 
statistika orqanlarının əsas vəzifələri əhalinin siyahıyaalınmasını apar­
maqdan, onun dinamikası və həyat səviyyəsini öyrənməkdən ibarətdir.
Ölkənin iqtisadi resurslarının öyrənilməsi də sosial-iqtisadi statis­
tikanın vəzifəsinə aiddir. Bu vəzifə ən ümumi formada MHS çərçivəsində 
balans metodu və milli sərvətin hesablanması yolu ilə həll edilə bilər. 
İqtisadi resursların, milli sərvətin səviyyəsini öyrənmək üçün onların həc­
minin, aktivlərin növlərinə görə strukturunun, dinamikasının və istifadə­
sinin səmərəliliyini müəyyən etmək lazımdır. Milli sərvət göstəricilərinin 
iqtisadiyyatın bölmələri üzrə öyrənilməsi də məqsədəuyğundur.
Ətraf mühitin vəziyyəti üzərində müşahidə aparılması artıq uzun 
illərdir ki, dünyanın bir çox ölkələrində, o cümlədən də Azərbaycan 
Respublikasında statistika orqanlarının başlıca vəzifələrindən biri hesab 
edilir. Odur ki, statistika orqanları ətraf mühitin monitorinqini aparmalı, 
faydalı qazıntı ehtiyatları üzərində nəzarəti həyata keçirməlidir. Son 
illərdə ekoloji təmiz ümumi daxili məhsul ideyası geniş “şöhrət” qazan­
mışdır. Və bu, ilk baxışdan cəlbedici ola bilər. Çünki çox qısa zaman kə­
siyində ÜDM-in yüksək sürətlə artırılmasına təbii resurslardan acgözlüklə 
istifadə edilməsi hesabına nail olunması mümkündür. Lakin bu, sonradan 
uzaq perspektivdə iqtisadi artım sürətinin aşağı düşməsinə gətirib çıxara 
bilər. Təcrübədə “ekoloji təmiz” ÜDM-in hesablanması olduqca çətindir. 
Bəzi ölkələrdə-Almaniya, Hollandiya və s. “ekoloji təmiz” ÜDM-in he­
sablaması sahəsində eksperimentlər aparılır. Lakin onun statistika gös­
təriciləri “ailə”sinə möhkəm daxil olması üçün çox güman ki, uzun bir 
zaman kəsiyi lazım gələcəkdir.
Statistik məlumatların başlıca tərkib hissələrindən biri təsərrüfat sub­
yektləri (müəssisə, təşkilat, ev təsərrüfatları və s.) haqqında sistemləş­
dirilmiş informasiyalardan ibarətdir. Odur ki, bütün ölkələrdə statistika 
orqanları bu məlumatları əldə etmək üçün təsərrüfat subyektlərinin 
reyestrini aparır və onu vaxtaşırı yeniləşdirir.
31


Hazırda ölkəmizin statistika orqanları məlumatların toplanması, işlən­
məsi, ötürülməsi və yayılması üçün ən yeni texnologiyalardan istifadə 
edirlər. Gələcəkdə informasiya mübadiləsinin daha da inkişaf etdirilməsi 
ən yeni, müasir telekommunikasiya sistemlərinə, birinci növbədə internet 
şəbəkəsinin imkanlarından istifadə olunmasına keçilməsi qarşıda duran 
ən mühüm vəzifələrdən biridir.
Beləliklə, bazar iqtisadiyyatı şəraitində statistikanın əsas vəzifələri 
aşağıdakı iqtisadi hadisə və prosesləri öyrənməkdən ibarətdir:
- ölkə əhalisinin sayı və strukturu, onun iqtisadi rayonlar və ərazilər 
üzrə bölgüsü, təkrar istehsalım ifadə edən ən mühüm göstəriciləri (do­
ğum, ölüm, təbii artım əmsalları və s.);
- ölkənin iqtisadi resursları, onların strukturu və dinamikası, iqti­
sadiyyatın sahələri və bölmələri üzrə bölgüsü, onlardan istifadənin səmə­
rəliliyi;
- iqtisadi proseslərin nəticələri, istehsal edilmiş məhsulun həcmi və 
strukturu, ondan yığım və istehlak üçün istifadə edilməsi, iqtisadi artım 
sürəti, iqtisadiyyatın sahələri və bölmələri arasındakı nisbət;
- gəlirlərin ilkin və təkrar bölgüsü, son gəlirlərin formalaşması və 
onlardan istifadə olunması, əhali qrupları arasında bölüşdürülməsində 
fərqləndirmənin tətbiqi;
- inflyasiyaya təsir edən amillər;
- əhalinin məşğulluğu və işsizlik, onlara təsir edən amillər;
- əhalinin həyat səviyyəsi və onun dinamikasına, rifahı və istehlakına, 
gəlirləri və yığımına təsir edən əsas amillər, ev təsərrüfatlarının əmlakı, 
maliyyə aktivləri, uzunmüddətli istifadə üçün nəzərdə tutulan şeylərin 
mövcudluğu;
- sosial sahənin - təhsil və səhiyyənin inkişaf göstəricilərilə iqtisadi 
artım arasında qarşılıqlı əlaqə;
- mənzil-kommunal təsərrüfatı və xidmətlər, mənzil fondunun ümumi 
sahəsi və strukturu, əhalinin mənzillə və kommunal xidmətlərlə təmin 
olunması;
- investisiyaların həcmi, strukturu, maliyyələşdirilməsi mənbələri və 
səmərəliliyi;
- maliyyə sisteminin fəaliyyəti - dövlət büdcəsi, iqtisadiyyatın müxtə­
lif sahələrində həyata keçirilən maliyyə əməliyyatları, dövriyyədə olan 
pul kütləsi, verilmiş kreditlərin məbləği, maliyyə borcları, sığorta şirkət­
lərinin və fond bazarlarının əməliyyatları, qiymətli kağızlarla aparılan 
əməliyyatlar və s;
32
- xarici iqtisadi əlaqələr, xarici borca olan tələbatın müəyyən edil­
məsi, qızıl-valyuta ehtiyatlarının strukturu və dinamikası;
- elm və texnikanın inkişafı, elmi-texniki tərəqqinin iqtisadi aıtıma 
təsiri;
- ətraf mühitin mühafizəsi ilə əlaqədar görülən tədbirlər, bu sahə üçün 
nəzərdə tutulan xərclər;
- iqtisadiyyatın sahələri arasında istehsal-texnoloji əlaqələr, sahələr- 
arası balans əsasında son tələblə iqtisadiyyatın əsas sahələrində istehsal 
olunan məhsullar arasında asılılıq;
- iqtisadiyyatın inkişafım ifadə edən ən mühüm keyfiyyət göstəricilə­
rinin - əmək məhsuldarlığı, əsas fondlardan və digər iqtisadi resurslardan 
istifadənin səmərəliliyi;
- təsərrüfatçılıq edən subyektlərin xarakteristikası;
- regionların iqtisadiyyatının vəziyyəti və dinamikasının xarakteris­
tikası;
-regionlar üzrə daxili məhsulun hesablanmasının təşkili. MHS-də 
nəzərdə tutulmuş bəzi hesabların regional səviyyədə tərtib edilməsi.
Lakin qeyd etmək lazımdır ki, bunlar statistika orqanlarının təhlil 
etdikləri hadisə və prosesləri tam əhatə etmir. Onlar yalnız ən ümumi və 
başlıca məsələlər haqqında təsəvvür verir. Odur ki, bunlar statistika 
orqanlarının gündəlik fəaliyyətində konkretləşdirilir.
Müstəqillik dövründə ölkəmizdə statistika işlərinin beynəlxalq stan­
dartlara uyğunlaşdırılınası sahəsində çox böyük işlər görülmüşdür. Bunlar 
dövləti idarəetmə orqanlarının və geniş ictimaiyyətin sosial-iqtisadi pro­
seslərin müxtəlif aspektləri, habelə ən mühüm göstəricilərin beynəlxalq 
müqayisəsi haqqında etibarlı məlumatlarla təmin olunmasına imkan verir. 
Ölkəmizin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaş­
dırılması, aparılan islahatları hərtərəfli əks etdirən statistik göstəricilər 
sisteminin dünya standartları səviyyəsinə çatdırılması və iqtisadiyyatı­
mızın dünya iqtisadiyyatına inteqrasiyasım səciyyələndirən yeni statistik 
məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezi­
dentinin 26 dekabr 2007-ci il tarixli, 2583 nömrəli sərəncamı ilə “2008- 
2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləş- 
dirilməsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramın həyata 
keçirilməsi statistika elmi və təcrübəsi üzrə informasiyanın toplanması və 
işlənməsinin təşkili ilə əlaqədar işlərin təkmilləşdrilməsinə imkan ver­
mişdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin