4
m
ərhələlərini və bu mərhələlərə məxsus olan mühüm hərbi, siyasi, iqtisadi
v
ə mədəni problemləri öyrənir.
İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. Ibtidai icma
c
əmiyyəti üçün istehsal vasitələri üzərində
ümumi mülkiyyətin mövcudluğu,
m
əhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul
bölgüsü səciyyəvidir. Ibtidai icma quruluşu
digər ölkələrdə olduğu kimi,
Az
ərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal
texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat
fəaliyyəti təbii mühitdən
birbaşa asılı idi.
Obrazlı şəkildə “bəşər cəmiyyətinin uşaqlıq dövrü” adlandırılan ibtidai icma
quruluşu bəşər, eləcə də, Azərbaycan tarixinin təməlini təşkil edir. İbtidai icma
c
əmiyyətinin inkişafının xüsusiyyətlərinin öyrənilməsi tarixi varlıq olan insanın
bioloji v
ə mənəvi təşəkkülünü izləmək baxımından müstəsna əhəmiyyət daşıyır.
T
ədqiqatçıların bəziləri ibtidai icma quruluşu
dövründə ictimai və əmlak
b
ərabərsizliyi olmamasını əsas gətirərək, bu dövrü “qızıl dövr” kimi
s
əciyyələndirirlər.
Qeyd etm
ək lazımdır ki, bütün qədim sivilizasiyaların
öz köklərini ibtidai
icma quruluşundan götürməsi, bir sıra mühüm nailiyyətlərin məhz bu dövrdə əldə
edilm
əsi tarixin bu ilkin mərhələsinin öyrənilməsinin əhəmiyyətini daha da artırır.
İbtidai icma quruluşunun tarixin digər dövrlərindən əsas fərqi ondan
ibar
ətdir ki, bu dövrə aid yazılı qaynaqlar mövcud deyildir.