10
subtropik regionlar mövcuddur. Azərbaycan təsərrüfatının tarixən inkişafını dağ
v
ə aranın qarşılıqlı əlaqəsi təmin etmiş, dağlarda yerləşən otlaqlar, yaylaqlar
maldarlığın ənənəvi təsərrüfat formasına çevrilməsinə şərait yaratmışdır.
Az
ərbaycanın düzənlik və ön dağ ərazilərində mülayim-isti yarımsəhra
iqlimi, yayı quraq olan soyuq yarımsəhra və quru çöl iqlimi, eləcə də qışı quraq
keçən mülayim-isti iqlim mövcuddur.
Az
ərbaycan ərazisində atmosfer yağıntıları qeyri-bərabər yayılmışdır.
Əgər Astara rayonunda illik yağıntının miqdarı 1600
mm-dən çoxdursa,
Qobustanın cənub-şərq hissəsində bu, 150 mm-ə qədər azalır.
C
ənubi Azərbaycanın alçaq dağlıq rayonlarında tipik və açıq-sarı
torpaqlar
əmələ gəlmişdir. Ərazinin digər qalan hissəsi qəhvəyi torpaqlarla
örtülüdür.
İqlim şəraitinin kəskin kontinentallığı və quraqlığı Cənubi Azərbaycan
şəraitində dağlıq seyrək kolluqların və və yarımkol bitkilərin formalaşmasına
şərait yaratmışdır. Dağlararası çökəkliklərdə, dağ ətəyində və maili düzənliklərdə
quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan
dağ zirvəsinin
şərq yamaclarında enliyarpaqlı meşələr və bozqır kolluqlar geniş yayılmışdır.
X
əzər dənizinin sahili boyunca olan ərazilərdə subtropik meşələr inkişaf etmişdir.
Az
ərbaycanda fauna və flora aləminin zənginliyi qədim zamalardan ilk
insanların burada məskən salmalarına imkan yaratmışdır.
Dostları ilə paylaş: