12
T
ədqiqatçı Y. Yusifovun fikrincə, Azərbaycan sözünün kökündə mixi yazılı
m
ənbələrdə qeydə alınmış Andripatianu sözü durur.
A. Bakıxanov göstərirdi ki, ölkənin adı Azərbabəkan olmuşdur ki, bu da
“Babəkin odlar ölkəsi” mənasını verirdi. Lakin bu ad hələ e.ə. IV əsrdə çəkilib,
Bab
əkin isə çox sonralar yaşaması məlumdur. Rus alimi İ. Dyakonovun fikrincə,
elam dilind
ə atur sözü uca, yüksək yer mənasını verirdi.
M. İsmayılovun ehtimalına görə, Azərbaycan adı adlarına Gül Tigin
abid
ələrində də rast gəlinən az xalqının adından yaranmışdır.
Az
ərbaycan adı haqqında mülahizələrin çoxluğu, xüsusilə oykonimin başqa
dill
ərdə izah olunması təəccüb doğurmamalıdır. Tarixdən məlumdur ki, bir çox
ölkələr dünyada onlara kənardan verilən adlarla tanınmışlar. Məsələn: Gürcüstan,
Erm
ənistan, Almaniya, Macarıstan və s. Bir sıra adların isə elmi-etimoloji izahı
dem
ək olar ki, yoxdur.
Dostları ilə paylaş: