15
məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək və birgə yaşayış
qaydaları hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və təsərrüfatında
eneolitin sonunadək (e. ə.VI minillik) qadın aparıcı yer tutmuşdur. Yalnız ovçuluq
və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq qadınlar yem toplayır, ev işləri
görür, odu qoruyur və uşaqların qayğısına qalırdılar. Qəbilədə qadın, ana üstün
yer tutduğuna, nəsil ana xətti ilə getdiyinə görə həmin dövr matriarxat
(anaxaqanlığı) adlandırılmışdır.
Mezolit (
e. ə. XII - VIII minilliklər).
Azərbaycanda mezolit dövründə ox və
kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Heyvanların uzaqdan
ovlanması imkanı yaranmış, qida ehtiyatı artmış və ovçuluq əsas peşəyə
çevrilmişdir. Bu dövrdə ovçuluq və yığıcılıqla yanaşı, istehlak təsərrüfatının daha
bir sahəsi olan balıqçılıq meydana çıxmışdır. Istehlak təsərrüfatı ilə məşğul olan
insanlar geniş əraziyə yayılmaq imkanına malik deyildilər.
Mezolitdə insanlar heyvanların əhliləşdirilməsinə başladılar. Bununla da
ibtidai heyvandarlığın əsası qoyulmuş oldu. Insanlar ilk əkinçilik vərdişlərinə də
bu dövrdə yiyələnmişdilər. Nəticədə mənimsəmə təsərrüfatından istehsal
təsərrüfatına keçidin əsası qoyuldu.
Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında
öyrənilmişdir.
Dostları ilə paylaş: