16
(e. ə. VI minillik) Azərbaycanda oturaq əkinçi-maldar təsərrüfatının yayıldığını
sübut edir. Bu zaman möhrə və ya çiy kərpiclə
hörülmüş evlərdən kəndlər
salınırdı.
Neolit dövrünün əsas nailiyyətlərindən biri də saxsı (gil) qab istehsalının-
dulusçuluğun yaranmasıdır. Azərbaycanda «ev peşələri» sayılan toxuculuq,
tikin
ti və hörgü işi də neolit dövründə meydana çıxmışdır.
b) Eneolit.
Eneolit dövrü (e. ə. VI - IV minilliklər).
Bu
dövrdə istehsal
təsərrüfatının inkişafı nəticəsində qəbilə icması özünün çiçəklənmə mərhələsinə
daxil olmuşdur. Azərbaycanda uzun müddətli oturaq əkinçilik və onunla sıx bağlı
olan ev maldarlığı inkişaf etmişdi. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa
da, süni suvarma əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast
gəlinmişdir.
Şomutəpə və Əliköməktəpədə tapılan üzüm tumları Azərbaycanda
üzümçülük təsərrüfatının eneolitdən başladığını göstərir.
Arxeoloji
materiallar sübut edir ki, Azərbaycanda maldarlıq təsərrüfatı
eneolitdə yüksək səviyyədə olmuşdur. Bu dövrdə Azərbaycanda qaramalın iki
növü, qoyun və keçinin üç növü, ev atının isə iki növü saxlanılırdı. Azərbaycanda
atçılığın 7 minillik tarixi vardır. Azərbaycanda eneolit insanın həm də metalla ilk
tanışlıq dövrüdür. Daha möhkəm əmək alətləri və silahlar düzəltmək ehtiyacı
metaldan istifadə edilməsinə tələbat yaratmışdır.
Qafqazda ən qədim mis
məmulatının Azərbaycanda tapılması göstərir ki, burada
ibtidai insanlar metal
əritməyi bacarırdılar. Kültəpə, Əliköməktəpə və başqa yerlərdə soyuq döymə
üsulu ilə hazırlanmış 20 - dək kiçik mis alət tapılmışdır.
Eneolit dövrünün yaşayış məskənləri çox özünəməxsus quruluşa malik idi.
Çiy kərpicdən hörülmüş dairəvi və dördkünc yaşayış evləri
və təsərrüfat tikililəri
kiçik həyətlə birlikdə hasar içərisinə alınırdı.
Cəmiyyətin həyatında və təsərrüfatında kişinin üstün mövqe qazanması
nəticəsində eneolit dövründə anaxaqanlı
ğı
başa çatmış və öz yerini patriarxata
(ataxaqanlığa) vermişdir. Patriarxat dövründə kişi ailəni və icmanı
idarə etmək
hüququnu öz əlinə almışdı. Buna baxmayaraq ana, qadın cəmiyyətdə öz şərəfli
mövqeyini qoruyub saxlayırdı.
17
Qədim Şərqin bir çox bölgələrində olduğu kimi Azərbaycanda da eneolitdə
ölünün yaşayış yerində və ya divarın dibində dəfn etmək adəti var idi.
Əliköməktəpədə 20-dək qəbir abidəsində ölü qırmızı boya ilə boyanmış, həsirə
bükülərək qəbirə sağ və ya sol böyür üstə gömülmüş, üzü qarşısına isə su qabı
(cam) qoyulmuşdu. Əksər qəbir abidələri eyni olduğundan cəmiyyət hələ varlı-
kasıblara bölünməmişdi və ictimai bərabərsizlik yox idi.
Dostları ilə paylaş: