26
vuruşan turukkuların başçısı kimi xatırlanmışdır. Turukkular assurların Dəclədən
şərqdəki əraziləri ələ keçirməsinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər.
Lidayanın başçılığı ilə turukkular Assur hökmdarı İşmedaqana (1797-1757) qarşı
uğurlu hərbi əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər.
Assur mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı
turukkular bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkular
Dəclədən şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan
torpaqlarda kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə
üzləşmirdilər.
Qədim yazılı mənbələri araşdıran alimlərdən biri M. Mirzəyevin fikrinə görə
Babil hökmdarı Hammurapinin dövründə (1792-1750) turukkular bölgədə kifayət
qədər güclü toplum kimi tanınırdılar və Assurla
mübarizənin gedişində vahid
hakimiyyət altında birləşmişdilər. Hətta güclü Babil şahı Hammurapi öz
rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukku hökmdarı Zaziyaya müraciət
etmişdir. Zaziya öz qoşunu ilə yardıma gələcəyini bildirsə də,
xeyli müddət
keçməsinə baxmayaraq vədinə əməl etməmişdi. Görünür Zaziya ikili siyasət
yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və digər ölkələrdən təşkil olunmuş
ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o, Hammurapiyə də kömək etməyə
tələsmirdi. Bunun nəticəsidir ki, Babil şahı Hammurapi hakimiyyətinin 35-ci ilində
Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkuların
da daxil olduğu
koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində turukku ordusu üzərində qələbə
qazanmışdı. Döyüş şübhəsiz ki, Turukku ölkəsindən kənarda baş verdiyindən
Hammurapi Turukkumu zəbt edə bilməmişdi.
E.ə. XIX əsrin sonu-XVIII əsrin I yarısında döyüşkən turukkular mütəşəkkil
hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur hökmdarları ilə
savaşlara girmiş, Assurun şərqə doğru hərbi təcavüzünü dayandıraraq
tarixi
Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdı.
E.ə. XIV-XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkular da
assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. Bu
tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E.ə.
I minilliyin
başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar həmin tayfaların
varisləri hesab olunurlar. Kuti-lulubi dillərində sözlər qalmadığından və dil
27
materialı yalnız şəxs adlarından ibarət olduğundan onların dil mənsubiyyəti
indiyədək dəqiq müəyyən edilməmişdir.
Dostları ilə paylaş: