22
q
əbilələr oturaq əhali ilə daimi təmasda olur, mübadilə edir, bu və digər əşyaların
yayılmasında vasitəçi xidmətini görürdülər. Mübadilə mal-qara, yun, əkinçilik və
maldarlıq məhsulları, həm də sənətkarlıq məmulatı ilə aparılırdı. Dövrün
abid
ələrində bir bölgənin məhsullarının başqasına keçməsini aydın müşahidə
etm
ək olur. Bu, hər şeydən əvvəl, Azərbaycanın və bütün Qafqazın metallurgiya
m
ərkəzlərinin istehsalına aiddir. Abşeronda zərif cızma xətlə naxışlanmış tunc
k
əmər tapılmışdır. Belə kəmərlər Qərbi Azərbaycan abidələrindən yaxşı
m
əlumdur və orada onların istehsalı qaydaya salınmışdı. Dəvəçi rayonundan
tapılan tunc təbərzin baltalar da orada mübadilə üçün hazırlanmışdır.
Dağıstan və Şimal-Şərqi Azərbaycan üçün səciyyəvi olan saxsı məmulatı
nümunəsinin Gədəbəy rayonundan tapılması Xəzərsahili qəbilələrinin Mərkəzi
Zaqafqaziya il
ə əlaqələrini əks etdirən dəlillərdən biridir.
Beləliklə, ibtidai cəmiyyət daxilində mülki bərabərsizliyin, ictimai
təbəqələşmənin və xüsusi mülkiyyətin yaranması, sənətkarlığın müstəqil
peşəyə çevrilməsi, icma daxilində birgə əmək, birgə əmlak və birgə yaşayış
qaydalarının pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə
icmasının və icma təsərrüfat formasının dağılması prosesi e. ə. II minilliyin
sonu-
I minilliyin başlanğıcında başa çatmışdı.
Dostları ilə paylaş: