23
yaşayan digər etno-siyasi toplumlarla hərbi ittifaqa girmiş və müttəfiqlər üç dəfə
Akkad ordularını məğlubiyyətə uğratmışdlar.
E. ə. XXIII əsrin sonlarında Kuti dövləti xeyli güclənmişdi. Döyüşkənliyi ilə
seçilən çoxsaylı əhaliyə malik olan Kuti dövləti Mesopotamiyaya hərbi yürüşlərə
başlayaraq Akkad qoşunlarını darmadağın etmişdilər. Kuti hökmdarı Enridavazir
bu qələbə şərəfinə ucaltdığı abidədə özünü «Kutiumun və dünyanın dörd
tərəfinin hökmdarı» adlandırmışdır.
E. ə. XXII əsrin əvvəllərində Mesopotamiyanın cənubunu işğal edən və
Akkad dövlətini süquta uğradan Kutilər burada böyük xilaskarlıq missiyasını
yerinə yetirdilər. Akkadlar daima Şumer şəhərlərinin
əhalisini kütləvi şəkildə
məhv edirdilər. Şumerlərin muqəddəs Nippur şəhərini viran qoyan akkadlar, hətta
onların Ekur məbədini belə dağıtmışdılar. Bu hadisə şumerlərin səbr kasasını
doldurmuş və onlar yardım üçün Akkadın əsas düşməni olan güclü Kutiuma üz
tutmuşdular. Kutilər şumerlər üzərində Akkad ağalığına birdəfəlik son
qoymuşdular.
Bu qüdrətli Azərbaycan etnosu 91 il (2195-2104) Dəclə və Fərat çayları
arasında öz siyasi hökmranlığını sürdürə bilmişdir. Bu
zaman inzibati vəzifələri
daşıya biləcək çoxlu adamları olmadığından işğal olunmuş əraziləri yerli
Şumer
və Akkad əyanlarından təyin etdikləri canişinlər vasitəsilə idarə edirdilər. Kuti
hökmdarı həm də Akkad çarı titulunu daşıyırdı. Şəhərləri
en və ya ensi rütbəli
hakimlər idarə edirdilər. Kutilər şumerlərin dağıdılmış məbədlərini bərpa etmiş və
yenilərini tikdirmişdilər.
Mesopotamiyanın cənubundakı əhalidən kutilər sənətkarlıq, ərzaq
məhsulları və qiymətli metallar şəklində vergilər toplayırdılar.
Kuti ağalığı dövründə Mesopotamiya ərazisi xarici basqınlardan daha yaxşı
qorunmuş, ticarət yollarında tam təhlükəsizlik təmin olunmuşdu.
Kuti hökmdarlarına aid yazılarda onların İştar və Sin tanrıları haqqında
məlumatlar vardır. Kutilər Mesopotamiyada yerli tanrılara sitayişi saxlamaqla öz
dini ayinlərini tətbiq etməyə çalışırdılar. Dini ibadətdə
yeniliklər yerli kahinlərin
ciddi müqaviməti ilə qarşılanırdı.
XXII əsrin sonlarında Mesopotamiyanın cənubunda başda Şumer
Uruk şəhərinin hakimi Uti-heqal olmaqla kutilərə qarşı müqavimət başladı. Uti-
24
heqal öz kitabəsində kutiləri «zəhərli dağ ilanları, tanrıların düşməni, Şumer
dövlətçiliyini dağlara aparan, Şumeri ədavətlə dolduran, arvadı ərindən, uşaqları
valideynlərindən ayıran, ölkədə düşmənçilik və nifaq salan» bir toplum
adlandırırdı. Bu cür düşmən münasibət əslində
Kuti hakimiyətini gözdən
salmağa, işğalçı kutilərlə mübarizənin zəruriliyini əsaslandırmağa və əhalini
ayağa qaldırmağa yönəlmişdi. E. ə. 2109-cu ildə kutilərlə Uruk şəhəri arasında
baş verən döyüşdə şumerlər qalib gəldilər. İkiçayarasında ağalıq edən sonuncu
kuti hökmdarı Tirikan oldu. O, cəmi 40 gün hakimiyyətdə qala bilmişdi. 2104-cü
ildə həm onun, həm də İkiçayarasında Kuti hakimiyyətinə son qoyuldu. Bundan
sonra kutilər öz doğma torpaqlarına qayıtdılar. Onlar burada lullubi tayfaları
tərəfindən sıxışdırılaraq torpaqlarının bir hissəsini itirmiş və bir qədər şimal-şərq
səmtinə çəkilməli olmuşdular.
Şumer mixi yazılarında İkiçayarasında hökmranlıq edən 21 kuti çarının adı
çəkilmişdir.
Dostları ilə paylaş: