Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix17.04.2017
ölçüsü66,66 Kb.
#14258
1   2   3   4   5   6   7   8   9   ...   33

12 
 
 
13 
sək səviyyədə  təchiz olunmuş vivariumda karantin üçün və bu 
binada yerləşdirilən heyvanların ekoloji xüsusiyyətlərini nəzərə 
alan şəraitdə quraşdırılan xüsusiləşdirilmiş şöbələri ayırd edirlər. 
Xərçənglər üçün axınlı suya və pusqulara malik hovuzlar, 
həşəratların müxtəlif növləri üçün iqlim rejimi və müxtəlif mikro-
landşaft ilə  tənzimlənən insektariyalar, balıqlar üçün su bitkiləri 
ilə  təchiz olunan akvariumlar, ilanlar üçün qızdırılan herpentari-
yalar, qış mövsümündə qurbağaların konservasiya olunması üçün 
hovuzlar, müxtəlif növlü quş damları, gəmiricilərin erkəklərinin, 
dişilərinin və balalarının bölüşdürülməsi üçün xüsusi olaraq 
təchiz olunmuş hüceyrə sistemləri, pişiklər üçün qızdırılan 
otaqlara malik ümumi binalar, itlər üçün fərdi kameralar, mey-
munlar üçün ağaclar və  bəzi gimnastika vasitələrilə  təchiz olun-
muş kondensasiyalı otaqlar bu cür heyvanlar üzərində  təcrübə 
keçirərək – bu heyvanların mərhəmət tələb edən varlıqlar oldu-
qlarını unutmaq lazım deyildir. Üzərində  təcrübə aparılan hey-
vanlar ilə humanist şəkildə davranmaya dair tələblər bioloqların 
hazırlanmasında xüsusi əhəmiyyət kəsb edirlər. Bioloqlara tələbə 
illərindən etibarən canlı  təbiətə qarşı  məhəbbət və qayğıkeş 
münasibət aşılanmalıdır. Buna görə  də, ali heyvanlar üzərində 
keçirilən kəskin təcrübələr zamanı, xüsusilə  məcburi  şərtlər 
tədqiqat obyektlərinin təbii vəziyyətinin təcrübədən 
keçirilməsinin xroniki formalarından maksimal surətdə istifadə 
olunması, ağrıkəsici və narkoz olmalıdır. 
 
1.4. Fiziologiyanın digər elmlərlə əlaqəsi 
 
İnsan və heyvan fiziologiyası nəinki digər bioloji elmlər, elə-
cə  də bir tərəfdən fizika və kimya, digər tərəfdən isə tibb, 
pedaqogika, psixologiya, baytarlıq və  fəlsəfə ilə  sıx  şəkildə 
əlaqədardır. 
Fiziologiya digər elm sahələrindən daha çox fizika və kim-
yanın qanunlarına  əsaslanaraq onların üsullarından istifadə edir. 
Buna səbəb odur ki, hər bir həyati prosesdə maddələrin 
çevrilməsi, yəni fiziki və kimyəvi proseslər baş verir.  
Fizika ilə əlaqə fizioloji funksiyaların təsvir olunması, tədqiq 
edilməsi və praktiki tətbiqi üçün fizioloji funksiyaların mexaniki, 
elektrikli, hidrodinamik, istilik və digər fiziki təzahürlərinin dəqiq 
şəkildə ifadə olunması metodlarından və anlayışlardan geniş 
şəkildə istifadə olunması ilə  tədqiq olunur. Belə ki, insan 
hərəkətlərinin biomexaniki təhlili əmək və idman fiziologiyasının 
bir sıra problemlərini həll etməyə, mayenin axması qanunları isə 
damar sistemində qanaxmanın bir çox xassələrinin qavranmasına 
dair açarı tapmağa imkan verir. Aerodinamik tədqiqatlar quşların 
uçuşunun fiziki əsaslarını açıqlayır, hidrodinamika mövqeyindən 
isə balıqların üzməyə  səmərəli  şəkildə uyğunlaşmalarının təbiəti 
haqqında məsələlər həll olunur. Buxarlanma zamanı mayenin 
soyuması istiqanlı heyvanlarda bədənin daimi hərarətinin qorun-
ması üsullarından biri olub, optika qanunları müxtəlif işıqlanma-
lar zamanı gözün müxtəlif məsafələrdə aydın görüntüdə uy-
ğunlaşmasını izah edir. Fiziki biliklərə elmi-tədqiqat cihazlarının 
bütün arsenalından istifadə etməklə nail olmaq olar. 
Son zamanlar biologiya, kimya və fizika elmlərinin 
birləşməsi nəticəsində meydana çıxan iki sərbəst fənn – biofizika 
və biokimya xüsusi olaraq inkişaf etmişdir. Biofizika fizioloji 
funksiyaları bu zaman qüvvədə olan fiziki qanunlar nöqteyi-nəzə-
rindən öyrənir. Biofiziki tədqiqatlar elektrogenezin və  əzələlərin 
yığılıb-açılmasının intim mexanizmlərindən, reseptorların adekvat 
qıcıqlanmasından və  şüa enerjisinin təsirindən başlayaraq, 
biomexanikanın ümumi qanunauyğunluqlarına və canlı orqaniz-
min qlobal bioenergetika problemlərinə qədər meydana çıxan bü-
tün məsələlərin geniş dairəsini  əhatə edirlər. Bu elm canlı orqa-
nizmdə bioelektrik proseslərini öyrənməklə, sinir, əzələ  və  vəzi 
toxumasında oyanma proseslərini aydınlaşdırır.  
Fiziologiya kimya elmi ilə əlaqəni ilk növbədə maddələr mü-
badiləsi funksiyasının öyrənilməsi xətti  əsasında müəyyən et-
mişdir. Hüceyrələrdə, orqanlarda və bütöv orqanizmdə gedən me-
tabolik proseslərin kimya yönlü tədqiqatlarının bu istiqaməti əsrin 
əvvəlində sərbəst elm kimi ayırd edilmişdi. 
Kimya elminin mənimsənilməsi nəinki orqanizmin ümumi 
downloaded from KitabYurdu.org

 
 
14 
 
 
15 
mübadilə funksiyalarının təbiətinin qavranması, eləcə də qidanın 
həzm olunması zamanı  həzmetmə  vəzilərinin sintez etdiyi 
fermentlərin fəaliyyət mexanizmini, eləcə də onların fərdi funksi-
yalarına müvafiq olaraq orqanlarda və toxumalarda qida 
maddələrindən istifadə  və onların mənimsənilməsi yollarının 
öyrənilməsi üçün də  zəruridir. Orqanizmin həyat fəaliyyətində 
vacib rolu kimyəvi tənzimləyicilər, məsələn, daxili sekresiya 
vəzilərinin hasil etdikləri hormonlar, ontogenezdə forma təşkilini 
idarə edən maddələr oynayırlar. Lakin onlardan heç biri ayrılıqda 
funksiyanı bütövlükdə  dərk etmək üçün imkan yarada bilmir. 
Bunu fiziologiya elmi, fizioloji yolla – fiziki, kimyəvi, bioloji 
göstəriciləri sintez etməklə əldə edir.  
Fiziologiya orqanizmin daxilində gedən həyati proseslərini 
riyazi üsul və modellərdən istifadə etməklə öyrənərkən kiberneti-
kaya, bionikaya əsaslanır.  
Kibernetika ilə  əlaqə, kibernetikanın  əks  əlaqə siqnallarının 
köməyilə yerinə yetirilən məqsədyönlü idarəetmə proseslərini öy-
rənən elmin olmasından ibarətdir; təbiətdə bu, məhz canlı 
sistemlər üçün xarakterik olub, fizioloji funksiyaların təşkil olun-
masının əsasını təşkil edir. 
Fiziologiyada kibernetik modelləşdirmə metodları geniş 
şəkildə tətbiq olunurlar. İndiki dövrdə orqanizmin, demək olar ki, 
bütün funksiyalarının qandövranının, tənəffüsün, həzmetmənin, 
ifrazatın, maddələr mübadiləsinin modelləri işlənib hazırlanmış-
dır. Lakin qeyd olunduğu kimi, praktiki olaraq hər bir model 
oriqinalın fəaliyyətinin bəzi xassələrini nəzərə alaraq, onu 
tamamilə  təkrarlamır. Bununla bərabər, qaçılmaz sadələşmə 
sayəsində o tədqiq olunan xassəni sırf sərbəst tədqiqat obyekti 
kimi ayırmağa icazə verir. Modelli tədqiqatlar nəzəri fiziologi-
yaya doğru yol açırlar. Nəzəri fiziologiya nəzəri fizika kimi 
hazırda böyük nailiyyətlər  əldə edərək, hesablayıcı  və  məntiqi 
əməliyyatlar vasitəsilə orqanizmin həyat fəaliyyətinin təbiətinə və 
xassələrinə dair biliklərin mücərrəd  şəkildə inkişaf etməyə  və 
dərinləşdirməyə qadir olacaqdır. 
Fiziologiya morfoloji elmlərlə (anatomiya, histologiya və si-
tologiya) sıx əlaqədardır. Sərbəst elm kimi fəaliyyət göstərən böl-
mələrə – protistologiya, entomologiya, herpetologiya, ixtiologiya 
aiddir. Bununla bərabər, bütün fizioloji tədqiqatlarda təkamül və 
ekoloji aspektlər nəzərə alınmalıdır. 
Psixologiya və digər humanitar elmlər ilə əlaqəni ilk növbədə 
insanın ali sinir fəaliyyətinin fiziologiyası həyata keçirir. Fizioloji 
tədqiqat insan beyninin ali funksiyalarının bəzi xassələrini izah 
edir. Bu funksiyaların həyata keçirilməsinin neyrofizioloji 
mexanizmlərinin aydınlaşdırılması psixologiyanı  şüur və  təfək-
kürün maddi əsaslarının qavranmasına yaxınlaşdırır. 
Sosial varlıq olan insanın təfəkkür qabiliyyəti,  şüuru və 
davranışları sosiologiyanın qanunauyğunluqlarına tabe olaraq, 
insan cəmiyyətində onun həyat şəraitləri vasitəsilə təyin olunurlar. 
Maddi fəlsəfə ali sinir fəaliyyətinin fiziologiyasında təbii-elmi 
dəlilləri əldə edir. 
Fiziologiyanın tibb, pedaqogika, baytarlıq, heyvandarlıq ilə 
əlaqəsi ilk növbədə insan və heyvan fiziologiyasının bu elmlərin 
nəzəri əsası olması ilə təyin olunur. 
Fiziologiyanın tibb elmilə  əlaqəsi həkimlərə  mədə-bağırsaq 
xəstəliyinin, vitaminlərin öyrənilməsində, skorbut, raxit xəstəli-
yini, mədəaltı  vəzin 
β-hüceyrələrinin sintez etdiyi insulinin hor-
monunun kəşfi diabet xəstəliyini müalicə etməyə kömək etdi.  
Fiziologiya təbabət və baytarlıq elmlərini müayinə məqsədilə 
müalicə müəssisələrində geniş şəkildə istifadə olunan metodlar ilə 
təmin edir.  
Pedaqogika üçün müxtəlif yaş  həddinə malik uşaqların 
maarifləndirilməsi üçün əsas verən insanın ali sinir fəaliyyətinin 
yaş fiziologiyası xüsusi maraq kəsb edir. Heyvandarlıqda 
məhsuldarlığın artırılması, məsələn, qaramal və quşların  əmlik 
cinslərinin çəkisinin kökəldilməklə artırılması, süd 
məhsuldarlığının, yumurta istehsalının artımı üçün funksiyaların 
idarə olunmasına dair fizioloji mexanizmlərdən istifadə edirlər. 
 
1.5. Fiziologiyanın inkişaf tarixi 
 
downloaded from KitabYurdu.org

 
 
16 
Qədim Misir, Türk, Hindistan, Yunanıstan və Romanın indiki 
dövrə kimi qorunub saxlanılan yazılı abidələri insan və heyvan 
orqanizminin həyat və  fəaliyyətinin sirlərinin öyrənilməsi prob-
lemləri qədim dövrlərdə də bir çox alimləri narahat etdiyini sübut 
edir. 
Antik dövr və orta əsrlər. Antik elm daha çox orqanların 
xarici təzahürlərinin müşahidə olunması əsasında canlı orqanniz-
min funksiyalarını  təsvir edirdi. 
Buna görə  də daha çox səhv təsəv-
vürlər formalaşırdı.  
Qədim yunan fəlsəfi-elmi fik-
rinin yaradıcıları – Heraklit, De-
mokrit, Hipokrat, Sokrat, Platon, 
Aristotel və başqaları insan və hey-
vanların təbiətdə yeri, eləcə  də 
onları idarə edən qüvvələr barəsində 
bütöv bir təlim yarada bilmişlər. 
Heraklit eramızdan  əvvəl (VI əsrin 
sonu, V əsrin başlanğıcı), Hipokrat 
(460-377-ci illər), Demokrit (470-
390-cı illər), Aristotel (384-322-ci 
illər) sadəlövh materializm mövqe-
yindən, Sokrat (470-393-cü illər) və Platon (428-348-ci illər) isə 
dini idealist mövqeyindən çıxış edirdilər. 
Tibb elminin atası sayılan Hipokrat (Buqrat) (460-377) insan 
sağlamlığını qorumaq üçün qiymətli fikirlər söyləmişdir.  
Hipokrat  qeyd edirdi ki, bizim sevinci, həzzi,  şadlığı hiss 
etməyimiz, kədərlərimiz, ağrımız, göz yaşlarımız məhz beynin 
fəaliyyəti nəticəsində əmələ gəlir. O, insan bədəninin quruluşunu, 
şişlərin və  çıxıqların müalicə üsullarını göstərmişdir. Onun 
fikrincə, insanın sağlamlığı dörd əsas mayenin miqdarından 
asılıdır. Hipokrat bu mayenin miqdarına görə insanları dörd tipə 
bölmüşdür: 
1.
 
Sanqviniklər – qanı çox olanlar – sakit, dözümlü;  
2.
 
Fleqmatiklər – seliyi çox olanlar – az hərəkətli, səbirli; 
Hipokrat
 (460-377)
 
 
 
17 
3.
 
Xoleriklər – sarı ödü çox olanlar – cəld, enerjili; 
4.
 
Melanxoliklər – qara ödü çox olanlar – özünə inanmayan, 
küsəyən olurlar.  
Belə ki, qədim Yunanıstanın 
dahi mütəfəkkiri Aristotel (384-
322) (Şərq  ədəbiyyatında  Ərəs-
tun – b. e. ə. IV əsr) qanın qara-
ciyərdə  əmələ  gəldiyini, daha 
sonra isə qaraciyərdən hiss, hə-
yəcan mənbəyi olan – ürəyə 
daxil olduğunu və limfa damarlar 
vasitəsilə qan ilə qidalanan digər 
orqanlara yayıldığını göstərirdi. 
Cəsədin yarılması zamanı cərrahi 
yolla arterial damarları  kəsən 
zaman qan olmadığından, onlara 
hava aparan damarlar adı ver-
ilmişdir. Bu baxımdan, hava (ok-
sigen) daşıyan arteriyaların adı (yunan dilindən tərcümədə aeros-
hava, tireo-ibarət olmaq) indiki dövrə kimi qorunub saxlanılmış-
dır. O, cift qan damarlarını, qaraciyərin həzmdə rolunu, üçgünlük 
toyuq rüşeymində ürək döyünmələrini, insanın yaş dövrlərini 
təsvir etmişdir. Aristotel «Məşhur ruh haqqında traktat» əsərində 
ruhun,  şüurun, beynin fəaliyyəti nəticəsində  əmələ  gəldiyini 
göstərmişdir. 
Demokritin «Solidar» (solidus – bərk) nəzəriyyəsində irəli 
sürdüyü fikrə  əsasən insan psixikası xarici aləmin cisimlərindən 
qopan atomların bədənə  təsiri sayəsində yaranır. Atomlar bir-
birinə yaxınlaşdıqca insan sağlam olur, əksinə, uzaqlaşdıqca, 
orqan yumşalır və xəstəlik baş verir.  
Bununla bərabər Aristotelin, Hipokratın və xüsusilə də Roma 
təbibi Qalenin (b.e.ə. II əsr, 129-201) elmi əsərləri bir sıra 
səhvlərdən və yanlış mülahizələrdən ibarət olsa da, insan və hey-
van bədəninin quruluş  və  fəaliyyəti haqqında pərakəndə 
məlumatları birləşdirərək, fiziologiya elminin təşəkkül tapması 
 
Aristotel
 (384-322)
 
downloaded from KitabYurdu.org

 
 
18 
üçün zəruri olan ilkin şərtlər kimi çox böyük əhəmiyyətə malik 
olmuşdur. Belə ki, Qalen heyvanların üzərində apardığı 
təcrübələrə  əsaslanaraq qanın nəinki venalardan, o cümlədən ar-
teriyalardan da axdığını göstərmişdir. O, insan beynini bədənin 
«ümumi idrak və  təfəkkür qabiliyyəti» kimi nəzərdən keçirərək, 
onun quruluşunu və ondan çıxan sinirləri təsvir etmişdir. Qalen 
hərəkət zamanı sümüklərin və  əzələlərin işini öyrənməklə bizim 
bütün hərəkətlərimizin beyin tərəfindən nizamlandığını müəyyən 
etmişdir. Qalenə görə bizim hisslərimiz xarici mühitin təsirindən 
yaranır. Makedoniyalı  İsgəndərin təbibi Erazistrat (b.e.ə. III əsr) 
hərəkətlərin idarə olunmasında və hissiyatın  əmələ  gəlməsində 
sinirlərin rolunu göstərməklə yanaşı, süd şirəsi vəzilərini təsvir 
etmişdir. 
Orta  əsrlərdə dahi filosof və 
təbib kimi tanınmış türk təbibi 
Əbu  Əli  İbn Sina (980-1037) 
həmin dövrdə orqanizmin bir çox 
funksiyalarının dərk olunmasına 
əhəmiyyətli töhfəni vermişdir. O, 
hesab edirdi ki, xarici aləm hiss 
üzvlərimiz vasitəsilə beynə  təsir 
edərək və müxtəlif duyğular əmələ 
gətirir. Onun XII əsrdə latın dilinə 
tərcümə olunmuş «Təbabət 
elmlərinin qanunları»  əsəri Av-
ropada təbabətin inkişafına güclü 
təsir göstərmişdir. 
Orta  əsrlərdə insan meyiti 
üzərində anatomik müşahidələr, 
cərrahi əməliyyatlar aparmaq qadağan olunsa da A.Vezali (1514-
1564) belə müşahidələr aparmış  və bunları  «İnsan bədəninin 
fabrikası haqqında»  əsərində anatomik və fizioloji funksiyaları 
birlikdə təsvir etmişdir.  
İntibah dövrü. Burjuaziya quruluşundan kapitalizm quru-
luşuna keçid uğrunda mübarizəni əks etdirən bu dövr (XV və XVI 
Əbu
 
Əli
 
İbn
 
Sina
  
(980-1037)
 
 
 
19 
əsrlər) təbiət elmlərinin, o cümlədən də insan və heyvan orqaniz-
minin həyat fəaliyyəti haqqında elmin sürətli şəkildə çiçəklənməsi 
ilə məşhurdur. 
İngilis təbibi Vilyam Harvey 
(1578-1657) eksperimental 
tədqiqatın morfoloji və funksional 
üsullarından istifadə etməklə ilk 
dəfə qan dövranını  təsvir etmişdir. 
Buna görə  də V.Harveyin «Hey-
vanlarda ürəyin quruluşu və qanın 
damarlarla hərəkəti haqqında 
anatomik tədqiqatlar» kitabının işıq 
üzü gördüyü 1628-ci ili fiziologi-
yanı sərbəst elm kimi meydana çıx-
ması tarixi hesab edirlər. 
XVII-XVIII  əsrlərdə mexani-
kanın, astronomiyanın, riyaziyyat 
və digər təbiət elmlərinin, o cümlədən də biologiyanın sürətlə ink-
işaf etməsi burjua iqtisadiyyatının elmə olan maraqlarına 
əsaslanırdı. Lakin bu dövrün fiziologiyası əsas etibarilə anotomik 
tədqiqatların  əsasında inkişaf etmişdir. Belə ki, süd vəzilərinin 
təsvir olunması (B.Azelli, 1622) limfa dövranının öyrənilməsinin 
əsasını qoydu. Qan kapilyarlarının kəşf olunması isə (M.Malipigi, 
1697) qan dövranının qapalı sistem olmasını isbat etməyə imkan 
verdi. 
Fizika və kimya elmlərinin nailiyyətləri fizioloji hadisələrin 
fiziki və kimyəvi proseslər əsasında nəzərdən keçirilməsinə şərait 
yaratmışdır. K.Şeyner (1643) işığın göz linzalarında sınmasının 
optika qanunları  əsasında baş verdiyini göstərmişdir. S.Xels 
(1733) arteriyada qan təzyiqinin həcmini ölçərək, qanaxmanın 
hidravlik qanunlarını  nəzərdən keçirmişdir; L.Spallansani (1786) 
qidalanma prosesini qida maddələrinin kimyəvi parçalanma reak-
siyaları kimi nəzərdən keçirmişdir. 
Dahi fransız filosofu dualist mövqedən çıxış edən R.Dekart 
(1644) bədəndən ayrı, dərkedilməz «şüurlu ruhun» varlığını qəbul 
 
Vilyam
 
Harvey
  
(1578-1657)
 
downloaded from KitabYurdu.org

 
 
20 
 
 
21 
edir,  əsas həyati prosesləri isə mexaniki baxışlar mövqeyindən 
izah etməyə çalışırdı. O, canlıya özünəməxsus maşın kimi baxırdı 
və maşını işə salan mexanizmlərin fəaliyyətində xarici amillər və 
sinir sisteminin əsas rol oynadığını, hər bir həyat hadisəsinin re-
flektoru təbiətə malik olduğunu göstərmişdir. O, xarici qıcıqlara 
cavab olaraq insan və yaxud heyvan orqanizmində icra olunan 
əksetdirici hərəkət anlayışını irəli sürmüşdür. Bununla da sinir 
sisteminin fəaliyyətinin reflektor üsulunun dərk olunmasına ilk 
addım atılmışdır. Lakin Dekart reflektor davranışın izahını sadə 
reaksiyalar vasitəsilə məhdudlaşdırmışdır. Məsələn, qaynar sudan 
əlin reflektor şəkildə  çəkilməsi. Dekart, bunu insanın  şüurlu 
fəaliyyətilə əlaqədar olduğunu görə bilmədi. 
İtalyan təbibi L.Qalvani (1791) «heyvan elektirik enerjisi» ilə 
bağlı  təcrübələrini dərc etdirərək, fizik A.Volt (1792) ilə 
mübahisələrində canlı toxumalarda elektrik hadisələrinin univer-
sallığını təsvir edən tədqiqatların bünövrəsini qoymuşdur. Çexiya 
fizioloqu İ.Proxaska (1794) reflekslərin əsas xassələrini təsvir et-
mişdir. O, refleksi xarici mühitin qıcıqlarına orqanizmin sinir sis-
teminin iştirakı ilə verdiyi cəld cavab reaksiyası kimi adlandır-
mışdı. 
XIX əsrdə fiziologiya elminin inkişafı. İ.M.Seçenovun «Baş 
beynin refleksləri» (1863) əsəri fiziologiya elminin əsas 
istiqamətlərinin inkişafına güclü təkan vermişdir.  
İ.M.Seçenovun (1864) «Qaz nasosu» qan vasitəsilə daşınan 
qazların həcminin daha dəqiq şəkildə təyin olunmasının və onun 
tənəffüs funksiyalarının kəmiyyət baxımından öyrənilməsinin 
əsasını qoymuşdur. Ürəkdə yerləşən azan sinirlərin ürək fəaliy-
yətinə tormozlayıcı təsirinin Ed və E.Veber qardaşlarının (1845) 
kəşfinin ardınca Peterburq fizoloqu İ.F.Sion (1867) ürəyin yığılıb 
açılmasını sürətləndirən simpatik siniri kəşf etmişdir. Ürəyin 
fəaliyyətinin tənzimlənməsinin öyrənilməsi sahəsində apardığı 
məşhur tədqiqatlarında yeni faktlar əldə edən  İ.P.Pavlov ürək 
əzələsinin – trofik sinirlər vasitəsilə idarə olunmasını  kəşf etdi. 
Görkəmli cərrah A.İ.Piroqovun  şagirdi A.P.Volter (1842) sim-
patik sinirlərin daraldıcı təsir göstərməsini həmin sinirin kəsilmiş 
mühitin ucunu qıcıqlandırmaqla aşkar etmişdir. Bir qədər sonra 
məhşur fransız alimi K.Bernard (1851) bunu dovşanın qulağında 
apardığı təcrübəsində əyani şəkildə sübuta yetirmişdir. V.V.Ovs-
yanikov tərəfindən (1871) uzunsov beyində hərəki damar mərkəzi 
tapılmışdır. 
C.Qetçinsolun spirometri (1846) indiyə kimi ağciyərlərdə ha-
vanın dəyişməsinin həcminin ölçülməsi üçün xidmət göstərir. 
Leqallua (1812) və P.Flurans (1842) uzunsov beynin dördüncü 
mədəciyinin dibində  tənəffüs mərkəzinin yerləşməsini ilk dəfə 
dəqiqləşdirmişlər. Kazan fizioloqu N.A.Mislavski (1865) baş-
beyin qabığının tənəffüs mərkəzinə təsirini müəyyən etmişdir. 
Qidalanma zamanı ifraz olu-
nan mədə  şirəsini toplamaq üçün 
Moskva cərrahı V.A.Basov (1842) 
ilk dəfə mədəyə fıstula qoymuşdur. 
R.Haydenhayn (1866, 1868) tərə-
findən sinirlərin tüpürcək vəzilərinə 
təsiri və sinirsizləşmiş kiçik mə-
dəcikdən  şirənin humoral yolla ay-
rılması təsvir olunmuşdur. İ.P.Pavlov 
heyvanlarda fizioloji proseslərin mü-
şahidə olunmasının operativ-cərra-
hiyə metodlarını  işləyib hazırlamış 
və geniş  şəkildə  tətbiq etmişdir. 
Qidalanma prosesinin bu üsulla öy-
rənilməsi təbii  şəraitdə  mədə 
şirəsinin artmasının  əsas qanunauy-
ğunluqlarını  və mexanizmlərini 
müəyyən etməyə imkan vermişdir. Bu tədqiqatların nəticələri 
İ.P.Pavlov (1849-1936) tərəfindən «Əsas qidalanma vəzilərin işi 
haqqında məruzələrdə» ümumiləşdirilərək, ilk rus aliminə Nobel 
mükafatı verilməsi ilə nəticələnmişdir.  
K.Bernar (1855) fiziologiya elminə istehsal etdikləri 
maddələri qana ifraz edən daxili sekresiya vəziləri haqqında 
anlayış daxil etmişdir. Elmdə bu vəzilərin funksiyaları haqqında 
 
İ
.
P
.
Pavlov
  
(1849-1936) 
downloaded from KitabYurdu.org

 
 
22 
 
 
23 
məlumatlar toplanmağa başlandı. Yumurtalıqdan çıxan cövhərin 
canlandırıcı  fəaliyyəti təsvir olunmuşdur (Ş.Braun-Sekar, 1889). 
Zob və «bürünc xəstəliyinin» təsvir olunması K.Bazedov (1840), 
T.Adison (1885) tərəfindən qalxanabənzər və böyrəküstü 
vəzilərin öyrənilməsinin 
əsasını qoymuşdur. 
İ.Merinq, 
O.Minkovski (1889) mədəaltı  vəzinin daxili sekresiya funksiya-
larını itlərdə öyrənərək, onun ekstripasiyasından sonra şəkərli dia-
betin inkişafını müşahidə etmişlər. 
E.Dubua-Reymon (1848-1849) Qalvani ilə Voltun 
mübahisələrini davam etdirərək, şəxsi tədqiqatların əsasında toxu-
malarda elektrik yüklərinin mövcudluğu haqqında «elektromotor 
molekulyar» nəzəriyyəsinin  əsasını qoymuşdur. O, induksion ci-
haz, qalvanometr və qütbləşməyən elektrodların köməkliyi ilə canlı 
toxumalarda sükunət və  fəaliyyət potensialların olmasını  təcrübi 
yolla  əsaslandırmışdır. L.Qermann (1867) bioelektrik potensial-
larının kimyəvi yolla əmələ  gəlməsinə dair mülahizə irəli sür-
müşdür. 
Kiyev fizioloqu V.Y.Çaqoves (1896) «Toxumaların elektrik 
potensiallarının təbiəti haqqında» əsərində Arreniusun elektrolitik 
dissosiasiya nəzəriyyəsinə  əsaslanaraq ilk dəfə olaraq onların 
mənşəyinin ion təbiətli olduğunu irəli sürmüşdür. 
F.Majandi (1822) və K.Bell (1823) tərəfindən onurğa beynin 
ön köklərinin hərəki və arxa köklərinin hissi rolu aydınlaş-
dırılmışdır. Sinir proseslərinin  əsas xassələrinin öyrənilməsini 
açıqlayan Çarlz Şerrinqtonun (1892-1900) tədqiqatlarının əsasını 
təşkil etmiş və neyronlararası əlaqənin anatomik əsası kimi sinaps 
anlayışı ilk dəfə onun tərəfindən elmə daxil edilmişdir. 
Sinir sisteminin fiziologiyası üçün İvan Mixayloviç 
Seçenovun tədqiqatları böyük əhəmiyyət kəsb edir. Onun qurba-
ğanın görmə qabarlarının qıcıqlanması ilə  əlaqədar məşhur 
təcrübəsi (1862) mərkəzi tormozlanma sisteminin öyrənilməsinin 
əsasını qoymuşdur.  İ.P.Pavlov «Baş beynin refleksləri» (1863) 
əsərini «Seçenov fikrinin dahiyanə pilləsi» adlandırmışdır.  
Beləliklə, artıq XIX əsrdə fiziologiyanın  əsas bölmələri for-
malaşmış  və orqanizmin orqanlar sisteminin fəaliyyətləri 
haqqında bir çox məlumatlar toplanmışdır. 
Orqanizmin həyat fəaliyyətində fizioloji proseslər haqqında 
biliklərin sürətlə toplanması  əvvəllər fiziologiyanın bölmələri 
olan bir çox tədqiqat istiqamətlərinin sərbəst elm sahəsinə 
çevrilmələri ilə  nəticələndi. Belə ki, ilk öncə fizioloji funksiya-
ların kimyəvi  əsaslarının öyrənilməsi ilə fizioloji kimya, sonra 
biokimya ilə molekulyar biologiya kimyanın daha geniş xassələri 
mənimsənilmişdir. 
XX əsrdə nəinki fiziologiya elmində məşhur hadisə İ.P.Pav-
lov tərəfindən ali sinir fəaliyyətinin fiziologiyası sahəsində  kəşf 
olmuşdur. 1903-cü ildə Madrid şəhərində keçirilən Beynəlxalq 
tibbi konqresdə İ.P.Pavlov ilk dəfə beynin ali funksiyalarının ob-
yektiv  şəkildə fizioloji nöqteyi-nəzərdən öyrənilməsinin 
nəticələrini şərh edərək, şərti reflekslər təlimi haqqında məlumat 
verdi. 
XX  əsrin fiziologiya elmi sinir sistemi fiziologiyasının bir 
çox ümumi və xüsusi məsələlərinin həllində  əldə olunan böyük 
nailiyyətlər ilə məşhurdur. Rus alimləri K.M.Bıkov (1947) daxili 
orqanların işinin fizioloji tənzimlənməsi mexanizmlərini tədqiq 
edərək, orqanizmin vegetativ funksiyaları sahəsinin  şərti 
reflekslərin nəzarəti altında olduğunu müəyyən etmişdir. 
V.N.Çerniqovski (1960-1980) daxili orqanların vəziyyəti və 
onların beynin ali şöbələri tərəfindən tənzim edilməsini, informa-
siyanı ötürən sinir impulslarının fizioloji əhəmiyyətini və ürək 
fəaliyyətinə interoreseptorların təsirini tədqiq etmişdir. 
N.E.Vvedenski (1901-1914) parabioz konsepsiyasını öyrənmişdir. 
A.A.Uxtomski (1923-1940) dominant haqqında təlimi inkişaf 
etdirmişdir. Onurğa beynin reflekslərinin tədqiqat nümunələrində 
görkəmli ingilis fizioloqu Ç.Şerrinqton (1906-1947) hərəkətli ref-
lekslərin ümumi xassələrini, oyanma və tormozlanma 
proseslərinin mənimsənilmiş münasibətlərini, yekun 
istiqamətlərin prinsipini və sinir sisteminin inteqrativ fəaliyyətinin 
digər fundamental qanunauyğunluqlarını müəyyən etmişdir.  
Kiyev alimi V.Y.Çaqoves (1903-1906) hələ  tələbə ikən 
bioloji elektrogenezin təbiətini izah etmək üçün Arreniusun elek-
downloaded from KitabYurdu.org

 
 
Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin