189
W – deşiklərdə çirkab suların hərəkət sürəti.
Çərçivənin eni b= b
n
+δ(n-1) belə hesablanır. δ –
çərçivənin millərinin qalınlığı.
Çərçivədə çirkab suların axması zamanı təzyiq itkisi
∆p=ξ
k
2
2
ω- çərçivədən əvvəl kanaldakı sürət
ω = 0,7-0,8 m/san
k-çirkab suların deşiklərdə çpkməsi prosesində çərçivənin
sürtünməsinin artmasını nəzərə alan əmsal 2÷3 bərabər
götürülür.
ξ –çərçivənin yerli sürtünmə əmsalı sürtünmə əmsalı.
ξ = β(a/b)
3
4
Sinα
β – çərçivə millərinin en kəsiyinin formasını
xarakterizə
edən əmsal
dairəvi millər üçün – 1,79
düzbucağlı üçün – 2,42
ellips millər üçün – 1,83
α – çərçivənin üfüqə görə əyrilik bucağı
Çərçivə
istifadə
edildikdə
fasiləsiz
olaraq
təmizlənməlidir. Təmizlənmə mexaniki yolla aparılır. əgər
çpkən qarışığın miqdarı 0,042 m
3
/s olarsa, onda çərçivə əl ilə
təmizlənir.
Sənayedə PMMB – 1000 markalı çərçivələr hazırlanır.
Onlar eni və dərinliyi 1000 mm-ə bərabər olan kollektorlarda
istifadə edilir. MQ
1200
800
98, MQ
2000
1600
98 markalı çərçivələr, eni
800(1600) mm və dərinliyi 1200(2000) mm rayallarda istifadə
edilir.
Çərçivədən
çıxarılmış
qarışıqlar
xırdalanır
və
əhəmiyyətindən asılı olaraq ya çirkab suların axınına tökülür,
ya da təkrar emala göndərilir. Qarışıqları
xüsusi aparatlarda
xırdalayırlar.
Bütün
bunlar
texnoloji
sxeminin
mürəkkəbləşməsinə və həmin sahənin havasının çirklənməsinə
səbəb olur.
190
Bu nöqsanları aradan qaldırmaq üçün xırdalayıcı çərçivə
qurğusu kimi silindrik baraban formalı çərçivədən istifadə
edilir. Onlar tutulan qarışıqları sudan ayırmadan xırdalayırlar.
Sənayedə 200 və 600 mm diametrində barabanlı RD-200 və
RD-600 xırdalayıcı cərçivə qurğusu istehsal edilir.
Bunlarla
xırdalanan qarışığın orta ölçüsü 10 mm-dən yuxarı olmur.
Çirkab sularını kiçik qatılığlı nazik dispersli mexaniki
qarışıqlardan təmizləmək üçün filtrlərdən istifadə edilir.
Filtirləmə
fiziki,
kimyəvi
və
bioloji
metodlarla
təmizləmədən sonra tətbiq edilir. Çünkü bu metodların
əksəriyyətində təmizlənən mayenin mexaniki qarışıqlarla
çirklənməsi müşahidə edilir.
Maşınqayırma sənayesində çirkab suların təmizlənməsi
üçün istifadə olunan filtrlər 2 sinifə bölünürlər:
dənələri - bir
biri ilə bağlanmayan məsaməli materiallardan hazırlanan və
mikrofiltrlər – bir birinə bağlanan məsaməli materialdan
hazırlanmış.
Filtrlərin quruluşuna aşağıdakı tələblər irəli sürülür:
a)
filtrləmə
filtr
materialınının
hissəciyinin
ölçüsünün azalması istiqamətində getməlidir;
b)
təmizlənən
mayenin
sərfi
15%-dan
çox
dəyişməməlidir (filtirdə dəyişməz təzyiqdə);
c)
filtrlərin
layihəndirilməsi
zamanı
çirkli
maddələrdən təmizləmək üçün müəyyən
qurğulardan istifadə etmək lazımdır;
d)
filtr
materialları
yüksək
fiziki-mexaniki
xassələrə
(elastikliyə,
sadəliyə,
kimyəvi
möhkəmliyə)
və
ucuz
qiymətə
malik
olmalıdır.
Dənəvari filtrlərdə filtr materialı kimi kvars qumlarından,
xırdalanmış şlaklardan (filizdən
metal əridildikdən, habelə daş
kömür yandıqdan sonra qalan qalıq), çınqıldan , antrasitdən
(daş kömürün əla növü) və s. istifadə edilir. Dənəvari filtirləri
bir qatlı və çox qatlı hazırlayırlar (şəkil 6).
191
1
2
4
5
6
7
8
3
Şək.8.1. Karkaslı-səpmə süzgəcinin sxemi.
Karkaslı tökmə filtrdə filtr materialı kimi qum və çınqıl
istifadə edilir.
Onların təmizlənməsi suyun əks axını və ya sıxılmış hava
axını ilə aparılır.
Belə filtirdə siklondan və çökdürücülərdən gələn mayenin
filtirlənmə sürəti 0,0014 – 0,002 m/san-dir.
Bioloji
təmizlənmədən sonra filtrdən keçən çirkab suyun sürəti 0,0028
m/san-dir. Çirkab suları, ölçüsü 0,01 mm-ə bərabər mexaniki
qarışıqlardan ayırmaq üçün mikrofiltrlərdən istifadə edilir.
Maşınqayırma sənayesində çirkab suları təmizləmək üçün
baraban və ya lövhəşəkilli mikrofiltrlərdən istifadə edilir.
Mikrofiltrlərin hidravlik hesabı,
filtirdə təzyiqin verilmiş
müəyyən qiymətində filtirin sahəsini tapmağa imkan verir.
Dostları ilə paylaş: