Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə195/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   191   192   193   194   195   196   197   198   ...   493
BHOS Tezisler 2022 17x24sm

 
References 
1. E-Government Survey in Media, 2018. https://www. un. 
org/development/desa/publications/2018-un-e-government-survey. html 
2. Kılıççeken A. E-Devlet Uygulamalarının Devlet Üniversiteleri Üzerine Etkileri; Kastamonu 
Üniversitesi Üzerine Bir Analiz, 2019.
3. Björklund F. E-government and moral citizenship: The case of Estonia //Citizenship studies, 
2016, vol. 20, № 6-7, pp. 914-931 
4. https://www. digital. gov. az/az/projects/our-projects 
İQTİSADİ İNKİŞAFDA KİBERPARKLARIN ROLU 
Nurlan Əzizli 
Ming
ə
çevir Dövl
ə
t Universiteti 
Ming
ə
çevir, Az
ə
rbaycan 
nurlan.azizli.n@mdu.edu.az 
Elmi rəhbər: i.e.d., prof. Müslüm İbrahimov 
Açar sözlər: 
Kiberpark, kibertexnologiya, kibertəhlükəsizlik, İqtisadiyyat, sahibkarlıq, 
yüksək texnologiyalar, rəqəmsallaşma 
Giriş 
Rəqəmsal və mobil texnologiyaların sürətli inkişafı insanların gündəlik 
həyatına kəskin şəkildə təsir göstərir. Araşdırmalara əsasən, hər il ABŞ-dakı 
təşkilatlar rabitə və informasiya sistemlərinin təhlükəsizliyini təmin etmək 
üçün 15 milyard dollar xərcləyirlər. [Market research, Gartner 2013] 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
203
Buna baxmayaraq, kiberpozuntuların iqtisadi təsiri çox böyük olmağa 
davam edir. 2009-cu ildə Prezident Obama kiberhücumların iqtisadi təsirini 
ildə 1 trilyon dollardan çox və ya ABŞ-ın Ümumi Daxili Məhsulunun (ÜDM) 
təxminən 6 %-i kimi qiymətləndirdi. (Obama, 2009). Əksər hökumət və özəl 
sektor təşkilatları kiberaktivlərini qorumaq üçün xərclərini artırırlar. Bu inves-
tisiyalar bir çox şirkətlər üçün informasiya texnologiyaları büdcəsinin təxmi-
nən 5 %-ni təşkil edir. (Gartner, 2013) Kibertəhlükəsizliyə böyük və artan 
investisiyaya baxmayaraq (Bazar Araşdırmasına görə illik mürəkkəb artım 
tempi 6 %), bir çox təşkilatlar kibertəhlükəsizliyə, nə qədər investisiya qoya-
cağını müəyyən etməkdə çətinlik çəkirlər. 
İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) ictimai məkanlara 
yayılması yeni ictimai məkan tipini- kiberparkın yaranmasını zəruri edir.E-
iqtisasiyyat,e-tibb,e-təhsil ilə birlikdə İKT-nin ölkə iqtisadiyatına müsbət təsiri 
gözləniləndir. (Jamal & Jokovic, 2019) 
Kiberpark konsepsiyası rəqəmsal vasitəçiliyə malik ictimai açıq məkanı, 
təbiət,cəmiyyət və kibertexnologiyaların hibrid təcrübələr yaratmaq,yeni isti-
fadə imkanları açmaq üçün birləşdiyi məkan kimi xarakterizə edir. Kiberpark 
sərhədləri aşmağa və real dünyanı virtual dünya ilə ekstrapolyasiya etməyə 
imkan verir. O, ictimai açıq məkanların immersiyasının, istifadəsi və idarə 
edilməsinin yeni yollarını yaradır, yeni qavrayış metodlarını meydana çıxarır. 
(Carlos Smaniotto Costa, 2019) 
Kiberkpark anlayışı əvvələr nisbətən qeyri-müəyyən idi. Lakin,sonralar 
kiberpark , yeni texnologiyaların və rəqəmsal mühitin, həyat keyfiyyətlərini 
yüksəldən xidmətlərin təmin edildiyi intellektual məkan kimi xarakterizə olun-
mağa başladı. 2014-cü ilin noyabrında Barselonada kiberparklar la bağlı 
keçirilən görüşdə kiberparkların mahiyyətinə aşağıdakı kimi tərif verildi: 
Kiberpark proseslər və texnologiyalardan ibarət dizayn edilmiş ekosistemdir. 
Konsepsiya kiberparkı yalnız texnoloji-məntiqi birləşmiş yer kimi deyil, 
ekosistem kimi qəbul etmək üçün inkişaf edir. Vaxt keçdikcə konsepsiya 
kiberparkların yaradılması məqsədinin nə olması ilə bağlı yığcam mənaya 
gəldi: Kiberpark, hibrid təcrübələr yaratmaq və iqtisadi inkişafa stimul vermək 
üçün təbiət və kibertexnologiyaların birləşdiyi şəhər mənzərəsinin yeni növü-
dür. (Konstantinos Lalenis, 2019). 
Kiberkpark anlayışı nisbətən yeni olduğu üçün dünyada geniş yayılma-
mışdır.Az sayda ölkələrdə kiberparklar var ki, bunlardan ən tanınmışları Tür-
kiyə, Hindistan, Filippində yerləşir. Türkiyədə yerləşən Bilkənt kiberparkı həm 
yerləşdiyi ölkədə, həmdə digər ölkələrdə yerləşən kiberparklar arasında xü-
susi nüfuza malikdir. 
Bilkənt kiberpark, Türkiyənin öndə gələn universitetlərindən Bilkənt 
Universiteti və Bilkənt Holding tərəfindən 2002-ci ildə qurulub. Türkiyənin ilk 
özəl universitet texnoparkıdır. Bilkənt Kiberpark, müxtəlif sektorlarda sahə-
sində lider olan 250-nin üzərində yüksək texnologiyalar firması, 5 araşdırma 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin