Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə197/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   193   194   195   196   197   198   199   200   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
205
KİBERTƏHLÜKƏSİZLİYİN PROBLEMLƏRİ 
 Fəxri Məmmədzadə 
L
ə
nk
ə
ran Dövl
ə
t Universiteti 
Lerik, Az
ə
rbaycan 
fexrimemmedzade019@gmail.com 
Elmi rəhbər: Baş müəllim Ənvər Şahqubadbəyli 
Açar sözlər:
Kibertəhlükəsizlik
, kibercinəyatkarlıq, haktivizm, kibermüharibə, kibercasusluq.
Müasir dövrdə informasiya bolluğunun bir çox müsbət xüsüsiyyətləri ilə 
yanaşı, mənfi nəticələri də vardır. Demək olar ki, insanların 70%-nin internet 
şəbəkəsinə çıxışı vardır. Bu da bəzən informasiyanın qorunmasına güclü 
təhdid yaradır. 
Kibertəhlükəsizlik problemi dünya səviyyəsində olan bir problemdir və 
dünya iqtisadiyyatına milyardlarla ziyan vurur. Ziyanın miqdarı ildən ilə 
dəyişir. Kibertəhlükəsizliyin yaratdığı problemlərin aradan qaldırılması üçün 
bir çox dünya dövlətləri yüksək məbləğdə vəsait ayırır. 
Hazırda bir çox ölkələr kibertəhlükəsizlikdən yüksək məbləğdə gəlir əldə 
edirlər. Statistik məlumatlara görə qlobal kibertəhlükəsizlik bazarının yaxın 
beş ildə 345 milyard ABŞ dolları dəyərində olacağı gözlənilir. Sistemlərin və 
məlumatların təhlükəsiz saxlanması sürətlə böyük biznesə çevrilib və təhdid-
lərin üstündə qalmaq yarışı heç vaxt bu qədər çılğın olmayıb. 
Beynəlxalq İqtisadi Forum 2014-cü ildən başlayaraq kibertəhlükəsizliyi 
qlobal risklərin sırasına daxil edir. 2017-ci ildə keçirilmiş Forum yaxın on ildə 
qlobal inkişafı müəyyən edəcək ən yüksək beş trend arasında cəmiyyət 
həyatının bütün sahələrində kiber-asılılığın artması tendensiyasını da 
göstərmişdir. Forumun hesabatında kiberhücumlar və fərdi məlumatların 
oğurlanması, telefonlarda dələduzluq riskləri ən ehtimallı 10 risk arasında 
yüksək yeri tutur. 
Kiber-hücumların arxasında duran əsas motivasiyalar kibercinayətkar-
lıq, haktivizm, kibermüharibə və kiber-casusluqdur. Bu hücumların əsas hə-
dəfləri isə İT-sənaye, dövlət orqanları, fərdlər, onlayn-servislər, maliyyə insti-
tutlarıdır. İT-sənayesində proqram təminatı, veb-hostinq, əyləncə və avtomo-
bil sektorları əsas hədəflərdir. 
Kibercinay
ə
tkarl
ı
q- Bir çox ölk
ə
l
ə
rd
ə
 qlobal problem
ə
 çevrilib. 
Kibercina-
yətkarlıq olduqca gəlirli sahədir və dünya miqyasında əldə etdiyi gəlirin miq-
darını dəqiq söyləmək çətindir. Bir çox mütəxəssislər iddia edirlər ki, gəlir-
lərinə görə kibercinayətkarlıq narkotik ticarətindən sonra dünyada ikinci yeri 
tutur. 
Haktivizm 
(hacker və activism sözlərindən yaranmışdır) – elektron 
mühitdə vətəndaş itaətsizliyinin formasıdır, siyasi ideyaların yayılması, sosial 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin