Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə199/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   195   196   197   198   199   200   201   202   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
207
TİBBİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ FƏRDİ MƏLUMATLARIN 
TƏHLÜKƏSİZLİYİ 
Nərgiz Şıxəliyeva 
AMEA, 
İ
nformasiya Texnologiyalar
ı
 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
shikhaliyeva.nara@gmail.com 
Elmi rəhbər: AMEA-nın müxbir üzvü, tex.elm.dok., prof. Məsumə Məmmədova 
Açar sözlər:
tibbi sosial şəbəkələr, informasiya təhlükəsizliyi, fərdi məlumatlar 
Sosial şəbəkələr müasir dövrdə çox populyardır. Milyonlarla insan müx-
təlif təyinatlı sosial şəbəkələrdən istifadə edir. Onlardan biri də tibbi sosial 
şəbəkələrdir.
Tibbi sosial şəbəkələrin aşağıdakı növləri mövcuddur: 
1. Yalnız həkimlər üçün nəzərdə tutulmuş Doximity, Figure1, Share Practice, 
Sermo kimi tibbi sosial şəbəkələr. Bu tibbi sosial şəbəkələrdə həkimlər 
müalicə metodlarını müzakirə edir və ekspertlərlə konsultasiyalar apa-
rırlar [1].
2. Həkim və pasiyentlərin bir-biri ilə kommunikasiya qurması üçün istifadə 
olunan İmedix, Patients Like Me kimi tibbi sosial şəbəkələr. 
3. Yalnız pasiyentlər üçün nəzərdə tutulmuş İnspire, Crohnology, Cancer 
in Common kimi tibbi sosial şəbəkələr [3]. 
Azərbaycanda müxtəlif ixtisaslı həkimləri bir portalda birləşdirən 
həkim.tap, həkimsənaz.az, sağlamolun.az, doctormap.az kimi peşəkar tibbi 
sosial şəbəkələr fəaliyyət göstərir [2]. 
Sosial media paylaşımları, bloqlar və tvitlər kimi tibbi sosial şəbəkələr 
qlobal səviyyədə ünsiyyət üçün əsas vasitə kimi istifadə edilir. Digər tərəfdən 
onlar tibbi peşəkarlığa, tibbi etikaya və fərdi məlumatların konfidensiallığına 
potensial mənfi təsir göstərə bilər. Məlumatı paylaşarkən elektron tibbi 
məlumatların konfidensiallığı ilə bağlı məqamlar nəzərə alınmalıdır. Çünki 
tibbi sosial şəbəkələr potensial olaraq geniş əhatə dairəsinə malikdir və 
məlumatlar rəqəmsal şəkildə daimi saxlanılır. 
Fərdi tibbi məlumatlar fərdi məlumatların ən həssas növlərindən biridir.
Bu tip məlumatların açıqlanması müxtəlif zərərli nəticələrə səbəb ola bilər. 
Məsələn, şəxs cəmiyyətdə nüfuzunu itirə bilər, onun biznes fəaliyyətinə xələl 
gələ bilər, müəyyən xidmətlərin alınmasında ayrı-seçkiliyə məruz qala bilər, 
o cümlədən, işə götürənlər və sığorta şirkətləri tərəfindən. Odur ki, fərdi 
məlumatları istifadəçinin razılığı olmadan açıqlanmamalıdır. Qeyd edək ki, 
Azərbaycan Respublikasının Konstitusiyasında fərdi məlumatların emalı, top-
lanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri müəyyənləşdirilmişdir. 
Tibbi sosial şəbəkələrin təhlükəsizliyi onlarda saxlanılan məlumatların 
xarakteri, daxil ola biləcək şəxslərin çoxluğu, məlumatların icazəsiz istifadəsi 
və ya açıqlanmasından yaranan risklərdən çox asılıdır. Bu baxımdan tibbi so-



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin