Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə200/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   196   197   198   199   200   201   202   203   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
208
sial şəbəkələrdə istifadəçilərin fərdi tibbi məlumatlarının təhlükəsizliyi ilə əla-
qədar bir sıra problemlər mövcuddur. Bunlardan aşağıdakıları göstərmək olar: 

tibbi sosial şəbəkələrdə yerləşdirilən məlumatın istifadəçinin gələcəyi 
üçün mənfi nəticələri; 

istifadəçilər tərəfindən yaradılan kontentin həm məqsədli, həm də nəzər-
də tutulmayan auditoriya tərəfindən istifadəsi; 

tibbi sosial şəbəkə operatorlarının öz təhlükəsizlik siyasətlərini dəyiş-
məsi nəticəsində istifadəçilərin daxil etdikləri məlumatlara əlçatanlığın 
təmin edilməsi və bununla da onların fərdi məlumatlarına yaranan təh-
lükələr; 

tibbi fərdi məlumatların qeyri-tibbi məqsədlər üçün istifadəsi. 
Tibbi sosial şəbəkələrdə fərdi tibbi məlumatların təhlükəsizlik risklərini 
qiymətləndirən zaman əsas məsələlərdən biri ikinci və üçüncü qrup şəxslərin 
məlumatlara girişinin müəyyən edilməsi ilə bağlıdır. Məsələn, tədqiqatçılar, 
işəgötürənlər, sığortaçılar və marketoloqlar sosial şəbəkə operatorları tərə-
findən saxlanılan məlumatların növü ilə maraqlanırlar [4]. Bundan əlavə, hö-
kumətlər tərəfindən fərdi məlumatları əldə etmək üçün tibbi sosial şəbəkələrə 
maraq getdikcə artır. Tibbi məlumatlarının hansı təşkilatlar tərəfindən açıqlana 
biləcəyini və onların hansı məqsədlər üçün istifadə olunacağı haqqında istifa-
dəçilərin məlumatı yoxdur. Ona görə də, tibbi sosial şəbəkələrdə fərdi tibbi məlu-
matların təhlükəsizliyi risklərinin qiymətləndirilməsi önəmli məsələlərdən biridir. 
Pasiyentlər üçün nəzərdə tutulmuş tibbi sosial şəbəkələr əsasən ödəniş-
siz olduğu üçün hər bir istifadəçi çoxlu sayda digər istifadəçilərlə əlaqə 
yarada bilər. İstifadəçilər tez-tez tibbi sosial şəbəkələrin miqyasını, fəaliyyə-
tini və əlçatanlığını yanlış qiymətləndirirlər. Məsələn, istifadəçilər mütəmadi 
olaraq ünsiyyət saxladığı həmsöhbətlərinin profillərini çox vaxt tək auditoriya 
kimi qəbul edirlər.
Sosial şəbəkələrin özəlliklərindən biri də fərdlərin və ya təşkilatların müx-
təlif məqsədlər üçün çoxsaylı profilləri yarada bilməsidir. Çox zaman istifadə-
çilərin həqiqi profilinin digər məqsədlər üçün yaradılmış profillərdən fərqlən-
dirilməsi çox çətin olur və belə istifadəçilərin aşkar edilməsi üçün mexanizmin 
olmaması fərdi məlumatların təklükəsizliyinə əsas təhdiddir. 
Tibbi sosial şəbəkələrdə təhlükəsizliyinin pozulması xəstənin fərdi məlu-
matların konfidensiallığına xələl gətirə bilər [4]. Fərdi məlumatların təhlükə-
sizliyini təmin etmək üçün sosial şəbəkə operatorları tərəfindən bəzi tədbirlər 
görülür. Lakin bu tədbirlər yetərli deyil. 
Hesab edirik ki, tibbi sosial şəbəkə operatorları hamı tərəfindən dərk 
edilən konfidensiallıq strukturu ilə təmin olunmalı və istifadəçiləri öz fərdi tibbi 
məlumatlarının konfidensiallığının qorunmasına yönəltməlidirlər. Konfiden-
siallıq və təhlükəsizlik elə qurulmalıdır ki, həm də kontent üçün keçərli olsun. 
Risk faktorunu azalmaq üçün istifadəçilər minumum həcmdə fərdi tibbi 
məlumatlarını təqdim etməlidirlər.

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin