Şəkil 1
. Qrafen oksidin SEM təsviri
THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
311
İstinadlar
[1] Bao-Yu Liu,Guo-Cheng Han,Zheng Liu, Yang-Hong Li, Corrosion inhibition and adsorption
behavior of 2-((dehydroabietylamine) methyl)-6-methoxyphenol on mild steel surface in
seawater. //Thin Solid Films 519, 2011,p. 7836
[2] David E.J. Talbot, James D.R. Talbot. Corrosion Science and Technology. CRC Press,
2020. 596 Pages
ƏTRAF MÜHİT PROBLEMLƏRİNİN ARAŞDIRILMASI
Babayeva Hicran Oruc, Ağayeva Səkinə Surxay
Az
ə
rbaycan Dövl
ə
t Neft v
ə
S
ə
naye Universiteti
Bak
ı
, Az
ə
rbaycan
akiadnsu@mail.ru
Rəhbər: prof. Şıxəliyev Kərəm Seyfi
Açar sözl
ə
r:
ekologiya, qlobal, problem
XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki
inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər
ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın
təsiri ilə davamsız vəziyyətə düşdü. İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı
əlaqəsi dünya əhalisinin həyat şəraitinin dəyişməsinə səbəb oldu. Antropo-
gen fəaliyyətin nəticələri müxtəlif qlobal və regional problemlərə yol açdı.
Bildiyiniz kimi, beynəlxalq ekoloji problemlər ikitərəfli, çoxtərəfli sazişlər
və konvensiyalar əsasında tənzimlənir. Əksər dövlətlərin maraq dairəsini
əhatə edən problemlərin həlli üçün dünyanın aparıcı dövlətləri və dövlət
başçıları son illərdə bir sıra qərarlar qəbul edib. Ekoloji böhranın qlobal xa-
rakter almasının səbəbi dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə
etməsi, onun hazırkı böhranlı vəziyyətinin, cəmiyyətin gələcəyinə təhlükə
yaratmasıdır. Bu problemlərin aradan qaldırılması üçün bütün imkanların
birləşdirilməsi, bütün dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb
edilir. Getdikcə kəskinləşən ekoloji problemlərin həlli yalnız beynəlxalq
əməkdaşlıq nəticəsində mümkündür.
XXI əsrin ən böyük bəlası hesab olunan qlobal ekoloji problemlər -
havanın çirklənməsi, ozon qatının nazikləşməsi, turşulu yağışlar, torpağın
deqradasiyası, tullantılar problemi, biomüxtəlifliyin azalması, içməli su ehti-
yatının azalması, qlobal istiləşmə, iqlim dəyişikliyi, meşə massivlərinin azal-
ması və s. Dünya əhalisinin sayının artması, zavod və avtomobillərdən çıxan
tüstü, qazanxanalar, kondisionerlər və s. oksigen ehtiyatının azalmasına və
karbon qazının çoxalmasına səbəb olmuşdur. Oksigenin azalması okeanlar-
da buxarlanan suyun, bitkilərdə gedən fotosintez prosesinin hesabına taraz-
|