Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə297/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   293   294   295   296   297   298   299   300   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
309
Xitazon bioloji parçalana biləndir və qida qablaşdırması üçün antimikrob 
filmlərin hazırlanmasında istifadə edilmişdir. O, həmçinin gel əmələ gətirmə 
qabiliyyətinə görə yara sarğılarında istifadə üçün təsdiq edilmişdir. Xitazonun 
kationik təbiəti iltihab əleyhinə, mikrob əleyhinə və rezorbsiya qabiliyyətinə 
görə selikli yapışdırıcıdır. Qida məhsularının tərkibindəki xitozan onların bio-
loji xüsusiyyətlərinə müsbət təsir edir [2]. Kosmetikalarda xitazon toksiklik, 
biouyğunluq və bioloji parçalanma kimi özünəməxsus xüsusiyyətlərinə görə 
potensial köməkçi və bioloji aktiv maddələr kimi tədqiq edilmişdir. Bu icmalda 
bu polisaxaridləri qulluq məhsullarının hazırlanmasında əla namizəd edən 
əsas amillər onların antimikrobiyal, antioksidant fəaliyyətlərinin və nüfuzet-
mə xüsusiyyətlərinin olmasıdır [3]. Kənd təsərrüfatında böyümə stimullaşdırı-
cısı, meyvə tərəvəzlərin saxlanma müddətini artıran xüsusi örtük və heyvan-
ların infeksiya xəstəliklərinə qarşı enerji mübadiləsini artıran qida qatqıları 
kimi istifadə olunur. Apardığımız təcrübədə, Xəzər dənizinin suyunun 
təmizlənməsi üçün QO/xitozan kompozit materiallarıdan istifadə edilmişdir. 
Tədqiqatımızda qrafen QO daha oksidləşdirilmiş formasını yeni bir me-
todla təyin olunması üçün optimal şərtlər qurulmuş və nanohissəciklərin SEM 
nəticələri ilə təsdiqi aparılmışdır. Beləliklə, nanohissəciklərlə daşıyıcı mexa-
nizmi və hesablamaların nəticələri göstərilmişdir. Aparilan təcrubələrdən 
nəticə olaraq biz sübut etdik ki,QO/xitozan kompozit materiallardan istifadə 
edərək suyun təmizlənməsində QO/xitozan xitazona nisbətdə daha yaxsi 
suyu təmizləyir. Bu da onunla bağlıdır ki, qrafen oksid layli strukturuna ma-
likdir. 

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin