THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
36
QALMAZ SAHƏSİNDƏ APARILMIŞ GEOFİZİKİ TƏDQİQAT
İŞLƏRİNİN GEOLOJİ DƏYƏRLƏNDİRİLMƏSİ
Nazim Əliyev
Az
ə
rbaycan Dövl
ə
t Neft v
ə
S
ə
naye Universiteti
Bak
ı
, Az
ə
rbaycan
mr.aliyevnazim@gmail.com
Elmi rəhbər: Dosent Kifayət Kərimova
Açar sözlər:
Quyularda
geofiziki tədqiqat, korrelyasiya, geoloji kəsiliş.
Qalmaz yatağı braxiantiklinal formalı olub, tektonik cəhətdən Aşağı
Kür çökəkliyinin şimal-şərq hissəsində, Kəlaməddin-Bəndovan antiklinal
zonası
üzərində, qərbdə Mişovdağ, şərqdə Xıdırlı qırışıqları arasında
yerləşmişdir. Sahədə palçıq vulkanı qrifonları
və pilpilələri ilə əlaqədar
çoxsaylı təbii neft-qaz təzahürlərinə rast gəlinir. Yatağın cənub-şərq his-
səsindəki bir tektonik blokda qazılmış 15 saylı quyuda MQ-nin IV hori-
zontundan 38-39 t gündəlik hasilatla neft alınmışdır. 22 saylı axtarış-
istismar quyusunda MQ-nin üst horizontundan 200 min m
3
, 40 saylı
quyuda isə MQ-nin IV horizontundan 180 min m
3
gündəlik hasilatla qaz
alınmışdır. Həmçinin axtarış-kəşfiyyat qazıma
işləri nəticəsində qalmaz
sahəsində MQ-nin I, II, III, IV, V, VI horizontlarının neftli və qazlı olması
sübut edilmişdir. Bu faktlar Qalmaz sahəsinin böyük neftlilik-qazlılıq pers-
pektivliyinə malik olduğunu göstərir.
Məruzədə Qalmaz sahəsinin 3D tədqiqatları ilə əhatə edilmiş hissə-
sində və onun ətraflarında qazılmış quyularda aparılmış karotaj işləri nəti-
cələrinin təhlili verilir. Bu tədqiqatlar 65 ədəd quyu məlumatları əsasında
aparılmışdır ki, onların da 40 ədədi bilavasitə 3D seysmik işləri aparılmış
sahənin daxilindədir.
QGT işləri nəticələrinin təhlili FXM, QP və QK əyrilərinin geoloji kəsili-
şin xüsusiyyətlərini daha müfəssəl səciyyələndirdiyini və onların uyğunlu-
ğunu aydın göstərir. Bu səbəbdən sonrakı tədqiqatlarda yalnız bu üç əyri-
dən istifadə edilmişdir. Bu üç əyrinin keyfiyyət interpretasiyasının nəticə-
sinə əsasən qumlu və gilli təbəqələrin tərəfimizdən hesablanmış dərinlik-
ləri və quyularda aparılmış sınaq işlərinin intervalları da qeyd edilmişdir
(üzərində “Qaz” və ya “Neft” sözləri yazılmış markerlər). Göründüyü kimi,
Neft-qaz alınmış və ya onların təzahürləri qeyd edilmiş intervalların və
tərəfimizdən hesablanmış qumlu təbəqələrin dərinlikləri üst-üstə düşür.
Neftli-qazlı zonaların izləndiyi əyrilərinin hesablanması prosesində stan-
dart üsuldan istifadə edilmişdir. Belə ki, FXM-in 5 Omm-dən böyük, QK əy-
rilərinin 4 mkr/saat-dan kiçik qiymətlərinə uyğun intervalları geoloji kəsili-
şin qumlu təbəqələri kimi qəbul edilmişdir. Qumlu təbəqələrin qalınlıqları-
nın təyini zamanı QP əyrilərinin xüsusiyyətlərindən də istifadə olunmuşdur.