İstifadə edilmiş mənbələrin siyahısı
[1] Али-заде А.А. и др. Геология нефтяных и газовых месторождений Азербайджана.
М., Недра, 1966 г.
[2] Abuzərov H.C. ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin Kompleks geoloji
kəşfiyyat və topoqrafiya idarəsinin Qalmaz sahəsinin hesabatı, 2008-ci il.
[3] Мамедов Р.М. Отчет о сейсморазведочных работах МОГТ в Шемахино-
Гобустанском нефтегазоносном районе и на площади Мишовдаг-Калмас
Азербайджанской Республики в 1990 г. (сейсмическая партия № 9/90), Баку,
трест «Азнефтегеофизика», 1991 г.
[4] Abdullayev H.N. Azərbaycan Respublikası Aşağı Kür NQR-in Xıdırlı-Bəndovan sahə-
sində 1999-cu ildə aparılmış seysmik kəşfiyyat işlərinin hesabatı (11/99 saylı s/d),
Bakı, “Azərneftgeofizika” tresti, 2001-ci il.
THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
38
GEOFİZİKİ ÜSULLARIN TƏTBİQİ İLƏ ARXEOLOJİ ABİDƏLƏRİN
AŞKARLANMASI (YARDIMLI ABİDƏLƏRİ TİMSALINDA)
Nurlan Famil oğlu İsgəndərli, Aynur Hümmət qızı Zamanova
AMEA Geologiya v
ə
Geofizika
İ
nstitutu.
Bak
ı
, Az
ə
rbaycan
nurlan.isgandarli@gmail.com
Elmi rəhbər: akad.F.Ə.Qədirov
Açar sözlər
: geofizika, arxeogeofiziki üsullar, arxeoloji abidə, metal alətlər
Arxeogeofizikada tarixi əhəmiyyət daşıyan qədim yaşayış məntəqələri-
nin yerləşdiyi sahələrin aşkar edilməsi geofiziki üsulların tətbiqi ilə həyata
keçirilir. Ərazidə onların yerlərini təyin etmək üçün əsasən maqnit və elektrik
kəşfiyyatı üsullarından geniş istifadə edilir. Bunlarla yanaşı qravimetrik, ra-
diometrik, georadar və s. üsulları da tətbiq olunur. Torpaq altında qalan, arxe-
oloji əşyalar yerləşən ərazidə geoloji süxurların yatım şəraiti pozulmuş və-
ziyyətdə olur və boşluqlar əmələ gətirir. Bu pozulmalar və boşluqlar öz əksini
geofiziki sahələrdə müxtəlif anomaliyalar şəklində biruzə verir. Metal alətlər
və termik emala məruz qalan saxsı qablar yüksək maqnit sahəsi intensiv-
liyinə malik olduğu üçün onların yerinin müəyyən edilməsi zamanı maqnit
kəşfiyyatı üsullarından istifadə edilir.
Tədqiqat ərazisinin relyef xüsusiyyətlərinin öyrənilməsi üçün yüksək
dəqiqlikli nivelirləmə, ehtimal olunan boşluqlar, qırılma-pozulmaları və s.
aşkarlanması məqsədilə yüksək dəqiqlikli qravitasiya sahə ölçmələri, qədim
tikinti materiallarının toplanması, antropogen təsirlərlə əlaqədar üst qatın
strukturunun pozulması və torpaq qatının nəmliyinin dəyişilməsi müşahidə
olunan hallarda radiometrik tədqiqatlar aparılır. Yeraltı arxeoloji obyektlərin
müəyyən olunmasında elektrik kəşfiyyatı üsullarının tətbiqi isə daha dolğun
məlumatlar almağa kömək edir.
Uzun illər Avropa, Türkiyə kimi bir sıra ölkələrdə geofiziki üsulların istifa-
dəsi ilə iri miqyaslı qazıntı işlərinin aparılması, nəticələrin təhliliarxeogeofiziki
üsülların səmərəliyini artıq sübut etmişdir. Müasir arxeoloji tədqiqatlar zama-
nı qazıntı işləri aparılmadan belə geofiziki üsullardan istifadə edərək qədim
yaşayış yerinin ümumi sahəsi və inşaat qalıqları, həmçinin qəbir kameraları,
kurqanlar və s. kimi abidələrdə ilkin elmi məlumatlar əldə etmək mümkündür.
Bütün bunları nəzərə alaraq arxeologiya və geologiya sahəsində mütəxəs-
sislərin müştərək tədqiqat aparmasının elmi əhəmiyyəti olduqca vacibdir. Nə-
zərə almaq lazımdır ki, infrastruktur layihələr çərçivəsində yolların, boruların,
neft və qaz kəmələrinin, geniş inşaat çalışmalarının həyata keçirilməsi zama-
nı aşkar olunan arxeoloji abidələrin mühafizə üçün də arxeoloqların və geo-
loqların əməkdaşlıq çərçivəsində fəaliyyəti zəruridir. Geofiziki üsulların tətbiqi
ilə arxeoloji abidələrin aşkarlanması və onlara zərər yetirmədən qazıntı işlə-
|