THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
41
neyronlarda müəyyən çəki əmsalı ilə öz əksini tapır. Bunun nəticəsində alın-
mış neftverim modeli daha yaxşı proqnoza və daha yüksək dəqiqliyə malikdir.
Hər iki üsulla alınan neftverim modelinin müqayisəsi, bizə süni neyron
şəbəkələrlə alınmış modelin neftçıxarma prosesini daha dolğun ifadə etdiyini
göstərir ki, bu model neftverimi düzgün səciyyələndirmək üçün daha məqsə-
dəuyğundur.
Ədəbiyyat 1. Bağırov, B.Ə., 2011, Neft-qaz mədən geologiyası, Bakı, 311 səh.
2. Bağırov, B.Ə., Qaragözov, E.Ş., 2008, Yataqların neftvermə əmsalının neyron
şəbəkələrinin tətbiqi və modelləşdirilməsi, ARDNŞ–nin Elmi tətqiqatlar İnstutunun “Elmi
əsərləri”, №11. səh. 60-63.
3. Sven C.F., 2004, Business Forecasting with Artificial Neural Networks, presentation of
IBF tutorial, Institute of Business Forecasting.
MÜRƏKKƏB QURULUŞLU YATAQLARIN STRUKTUR-TEKTONİK XÜSUSİYYƏTLƏRİNİN DƏQİQLƏŞDİRİLMƏSİ VƏ QIRILMALARIN ÜÇÖLÇÜLÜ MODELLƏRİ Sərvan Heydərli Oqtay oğlu, Nurlan Cəbizadə İbrahim oğlu SOCAR, “Neftqazelmit ə dqiqatlayih ə ” İ nstitutu Bak ı , Az ə rbaycan servan.heydarli@gmail.com Elmi rəhbər: g.-m.e.d. Əhməd Salmanov Açar sözlər :
yataq, struktur xəritə, quyu, geoloji profil, korrelyasiya sxemi, üstəgəlmə,
qırılma.
Tədqiqat işlənmədə olan Gürgan-dəniz yatağında yeni qazılmış quyu-
ların məlumatlarından istifadə edərək struktur-tektonik quruluşu dəqiqləşdi-
rilməsinə və yataqda olan qırılmaların üçölçülü modelinin tərtibinə həsr olu-
nur. Xəzər dənizinin akvatoriyasında yerləşən Gürgan-dəniz yatağı kifayət
qədər qalıq ehtiyata malikdir.
Gürgan-dəniz yatağının geoloji kəsilişi öyrənilmişdir və əsas ehtiyata
malik, istismar obyektləri QD, QA və QaLD lay dəstələridir. Qırışıq ilk dövrdə
antiklinal formada olmuş və iri qırılmalarla mürəkkəbləşmişdir. Yatağın cənub
- qərb qanadı şimal-şərq qanadının üzərinə doğru sürüşmüş və üstəgəlmə
əmələgəlmişdir. Üstəgəlmə və eninə qırılmalarla yataq mürəkkəbləşmişdir.
Üstəgəlmə qırılmasının amplitudası isə 1000-1200 m-dir. Yataqda yeni quyu-
lara əsasən üstəgəlməaltı hissədə bir sıra struktur dəyişikliklər və stratiqrafik
yeniliklər əldə edilmişdir. Bütün alınan nəticələr korrelyasiya və geoloji
profillərlə sübut olunmuş və QD, QA və QALD lay dəstələrinin tavanına görə
struktur xəritələr tərtib edilmişdir.