Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə40/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   36   37   38   39   40   41   42   43   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
44
dağından şimal hissədə Danimarka neftinin qumlu-gilli çöküntülərindən belə 
ağır neft filtrasiyası kəşf edilmişdir.[2] 
Şamaxı-Qobustan zonasında konyak karbonat çöküntüləri geniş ərazidə 
təzahür etmişdir. Çatlı pelitamorf əhəngdaşı, mergel, habelə çınqıl, əhəngli 
qumdaşı, qumlu gillərlədən ibarət təbəqələrlə növbələşmişdir. Qalınlığı 40-
100 m intervalında müəyyən edilib.[1] 
Ədəbiyyat
 
1. Məhərrəmov B.İ. Aşağı Kür çökəkliyinin şimal-şərq və ŞamaxıQobustan rayonunun 
cənub-qərb hissələrində karbohidrogenlərin əmələgəlmə və toplanma zonaları. 
''Azərbaycanda neft geofizikası son 30 ildə'', H.Ə.Əliyevin 80 illik yubileyinə həsr 
olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2003. 
2. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür dağlararası çökəkliyinin 
Mezozoy kompleksi çöküntülərinin paleostruktur analizi və neft-qazlılığı. AzNQSDETLİ-
nin elmi əsərlər toplusu. Bakı, 2005, № 5. 
DƏNİZ SAHƏSİNDƏ UZUN MÜDDƏT İŞLƏNMƏDƏ OLAN
NEFT YATAQLARINDA EHTİYATLARİN YENİDƏN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ MƏNİMSƏNİLMƏSİNİN 
MÜMKÜNLÜYÜ YOLLARI
İradə Məmmədova, Vəfa Süleymanova, Sərvan Heydərli 
SOCAR, Neftqazelmit
ə
dqiqatlayih
ə
 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
e-mail: vefa_ferid@mail.ru 
Acar sözlər:
yataq
, struktur xəritə, tektonik blok, lay dəstəsi, ehtiyat, kateqoriya 
Ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində nəzərdə tutul-
muş tədbirlər uğurla davam etdirilir. Bu məqsədlə ən son texnika və texno-
logyalardan istifadə etməklə Xəzərdə yeni stasionar özüllər quraşdırılır və 
quruda yeni quyular qazılıb istismara verilir. Azərbaycan Dövlət Neft Şirkə-
tinin rəhbərliyi qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşır. Xəzər 
dənizinin Azərbaycan sektorunda istismar olunan neft-qaz yataqları (Qərbi 
Abşeron, Abşeron bankası, Darvin bankası, Pirallahı və s) infrastruktura ba-
xımından qazma işlərinin həcminin artırılması üçün geniş imkanlara malikdir. 
O cümlədən, Qərbi Abşeron və Darvin bankası yatağı xüsusilə diqqət cəlb 
edir. Qərbi Abşeron yatağında yeni quyuların qazılması ilə əlaqədar müəy-
yən həcmdə karbohidrogen ehtiyatları hasil edilir ki, bu da həmin yataqlarda 
kar-bohidrogen ehtiyat artımlarının hesablanması zəruriyyətini ortaya çıxarır. 
Tədqiqat işi Qərbi Abşeron yatağı timsalında yeni dəqiqləşdirilmiş geoloji 
quruluş əsasında ehtiyatların qiymətləndirilməsinə həsr olunmuşdur. 2018-ci 
ilə görə 264,6 min t neft, 10,2 mln. m

qaz hasil edilmişdir. İşlək quyu sayı
29-a bərabər olmuşdur.



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin