THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
43
ŞAMAXI-QOBUSTAN RAYONUNDA MEZOZOY ÇÖKÜNTÜLƏRİNİN GEOLOJİ QURULUŞU Şəhriyar Lütviyar oğlu Mustafayev Bak ı Dövl ə t Universiteti, Bak ı , Az ə rbaycan, Elmi r ə hb ə r: g-m.e.n Ə li Novruzov mustafayevsehriyar2000@gmail.com Açar sözl ə r : geologiya
, seysmologiya, mezozoy çöküntül ə ri, neft-qazl ı l ı q, geoloji rayonla ş d ı rma. Keywords: geology, seismology, mesozoic sediments, oil and gas, geological zoning. Azərbaycanın tektonik zonalarının rayonlaşdırılmasına əsasən yeni neft-
geoloji rayonlaşdırmada respublikamızın torpaq infra strukturunun müasir
struktur-tektonik xüsusiyyətləri Paleogen-Miosen, Mezozoy və Pliosen ilə
bərabər çöküntü toplanma komplekslərinin litofasiyal xassələri, onların neft-
qaz, eyni zamanda güman edilən neft-qaz rayonları, onların topladığı paleo-
tektonik şəraitə görə ayrılmışdır.[2]
Mezozoy çöküntüləri respublikamızın Mezozoy kompleksində neft-qaz
tərkibli yura və təbaşir çöküntülərinə uyğun gəlir. Mezozoy çöküntüləri Aşağı
Orta Yura Aalen çöküntülərindən başlayaraq Üst Təbaşir dövrünə qədər ge-
niş bir dövrü əhatə edir. Cənub-Şərqi Qafqazın geoloji quruluşuna daxil olan
mezozoyun bütün təbəqələrinin çöküntüləri az-çox neft və qaz ehtiva edir və
əsasən qum, qumdaşı, lil və çatlamış karbonat süxurlarına uyğun gəlir.
Şamaxı-Qobustan neftli-qazlı rayonunun geoloji strukturunda mezozoy,
paleogen-miosen və pliosen-antropogen çöküntü təbəqələri iştirak edir. Bu
çöküntü təbəqələri qırışıqların intensivliyi,eyni zamanda yaranma vaxtı ilə sıx
bağlıdır və bir-birindən yüksək dərəcədə fərqlənir: Mezozoy, Paleogen-
Miosen və Pliosen-Antropogen struktur təbəqələri.[1]
Böyük Qafqazın şimal tektonik hissəsi okeanın olduqca böyük qisminə
və cənub yamacına uyğun gəlir. Həmin ərazinin oroqrafiyası onun tektonik
quruluşunu əhatə edir. Relyefin yüksək hündürlüklü hissələri antiklinal, nis-
bətən aşağı hissələri sinklinallarla əhatə olunub. Mezozoy çöküntülərindən
təşkil olunmuş xətti strukturlar bir-birinə paralel şəkildə yerləşib: Qızmeydanı-
Ağdərə, Alataş-Yunusdağ, Altıağac-Kürkeçidağ, Talış-Qarayazı, Hilmilli-
Görədil və s. antiklinal zonalara uyğun gəlir.[1]
Şamaxı-Qobustan Şimal tektonik ərazisində Mezozoy çöküntüləri ilə
əlaqədar çoxsaylı neft, bununla bərabər qaz təzahürləri mövcuddur. Belə ki,
geniş ərazidə meydana gəlmiş palçıq vulkanlarının brekçiyalarından yığılan
Kampan-Maastrixt yaşlı pelitamorf əhəngdaşlarının məsamələri, hətta çatları
qatı neft şəklində təzahür etmişdir. Qarayazı strukturunun Kampan
çöküntülərinə uyğun gələn hissəsində gündə 12 kq neft hasil olunub. Tuva