THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
45
Bu yatağın ehtiyatları 1994, 2005-ci illərdə hesablanmışdır. 01.01.2018-
ci il tarixinə Qərbi Abşeron yatağında 65 quyu qazılmışdır. Hal-hazırda geniş
miqyasda qazma işləri davam edir (o cümlədən, çoxşaxəli quyular)
[Qaragözov E.Ş., Əhmədov E.H., 2011, 4-6]. Əsas neftli-qazlı horizontları
QA və QD istismar obyektləridir. Yeni quyu məlumatlarından istifadə etməklə
5 ədəd struktur xəritə, 1 uzununa və 4 eninə olan geoloji profil, 8 ədəd korrel-
yasiya sxemləri tərtib edilmişdir. Nəticə etibarilə yatağin geoloji quruluşunda
müəyyən dəyişikliklər aşkarlanmışdır [Kərimov S., Məmmədova İ., Heydərli
S, Ələkbərova S., 2019, 8-15]. QÜG, QÜQ, QD və QA və QaLD tavanına
görə struktur xəritələr tərtib olunmuşdur.
Yataq 1 və 2 saylı uzununa regional və 3, 4, 5 saylı eninə qırılmalarla
mürəkkəbləşmişdir. Qırılmalar sayəsində yataq I, II, III, IV, V, VI, VII, VIII
tektonik bloklara bölünmüşdür. Təsdiq olunmuş struktur xəritələrlə müqayi-
sədə yeni tərtib olunmuş struktur xəritələrdə VII blok 4 və 5 saylı eninə
qırılmalarla sərhədlənmiş sahəni əhatə edir. Yeni tərtib olunmuş struktur
xəritələrdə tağ hissədə mərkəzi VI və VII blokları ayıran 3 №-li qırılma hazırkı
tədqiqatların nəticələrinə görə təsdiqlənməmişdir. VI və VII blokları ayıran 4
№-li qırılmanın yeri qərbə doğru (54 №-li quyuya yaxın) dəyişdirilmişdir. VII
və VIII blokların arasında yeni 5 №-li qırılmanın mövcudluğu aşkar edilmişdir
(59 №-li quyuya yaxın). Yatağın geoloji quruluşu Petrel proqramında qurul-
muş struktur-tektonik model də öz əksini tapmışdır (şəkil 1).
Geoloji quruluşu dəqiqləşdirərkən mərkəz hissədə VII blokun sahəsi
genişləndirilmişdir ki, bu da öz növbəsində ehtiyat artımına bilavasitə təsir
edir. Bu blokda aşağı kateqoriyalı ehtiyatlar yuxarı kateqoriyalı ehtiyatlarla
əvəz olunmuş [Məmmədova İ.M., Süleymanova V.M., 2018, 33-38.]. Qeyd
etmək lazımdır ki, QD lay dəstəsi üç istismar obyektinə bölünmüşdür (QD
1
,
QD
2
, QD
3
). Hər bir istismar obyekti üzrə hesablama planı hazırlanmışdır.
Bunlarin içərisində QD
3
istismar obyekti digərləri ilə müqayisədə daha çox
neftli sahəyə malikdir. İlk dəfə olaraq Fasilə və QÜG lay dəstələri üzrə
hesablama planları tərtib edilmişdir. Bu lay dəstələrinin ehtiyatları C2 kate-
qoriyalı ehtiyatlar qismində qiymətləndirilmişdir. Geofiziki parametrlərə görə
müsbət karotaj göstəriciləri ilə xarakterizə olunan quyular göstərilmişdir ki,
bunu nəzərə alaraq, quyuların texniki şəraitləri imkan verdikləri halda Fasilə
və QÜG lay dəstələrini sınaqdan keçirməyi təklif edirik.
Beləliklə, aparılmış tədqiqat işinin nəticələrinə görə Qərbi Abşeron yata-
ğında yeni qazılan quyu məlumatları əsasında yataqların struktur-tektonik
quruluşu dəqiqləşdirilməsi ilə əlaqədar ehtiyatlar qiymətləndirimişdir ki, bu da
müvafiq bloklarda sahələrin genişlənməsi sayəsində ehtiyat artımları ilə
nəticələnmişdir. Bir qisim bloklarda isə aşağı kateqoriyalı ehtiyatlar yuxarı
kateqoriyalı ehtiyatlarla əvəz olunmuşdur.