THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
42
İlk növbədə korrelyasiya sxemi qurulmuşdur [Bağırov B.Ə. 2011,51].
Yeni quyuların karotajlarına baxdıqda və çöküntülərin stratiqrafik sərhədlərini
təyin etdikdə bu qiymətlərin struktur xəritəyə uyğun olmadığı və əvvəlki illərin
məlumatlarından fərqləndiyi ortaya çıxdı. Korrelyasiya sxemində 207, 210 və
212 nömrəli quyular üstəgəlməaltı hissədə QD, QA və QaLD çöküntülərini
açmışdır. İlk dəfə olaraq bu quyularda QaLDüa lay dəstəsinin açılmasını
korrelyasiya ilə sübut edirik.
Yatağın strukturunu dəqiqləşdirmək və aldığımız nəticələrin doğrulu-
ğunu sübut etmək məqsədi ilə tərəfimizdən iki geoloji profil (1 uzununa və 1
eninə) tərtib edilmişdir. Uzununa geoloji profil yeni quyulardan keçəçək istiqa-
mətdə seçilmiş və bu da öz növbəsində əlavə olaraq üstəgəlməaltı hissədə
№3a qırılmasının olmasını sübut edir. Qırılmanın amplitudası 90-110 m ara-
sında dəyişir. Qırılmanın mövcudluğu hər üç lay dəstəsində müsahidə olunur.
Yuxarıda qeyd olunan araşdırmalarımız ilə təsdiq olunmuşdur ki, üstə-
gəlməaltı hissədə №3 qırılmadan başqa №3a qırılması da mövcuddur. Struk-
tur xəritə qurularkən seysmik materiallardan, quyuların korataj göstəricilərin-
dən və inklinometr məlumatlarından istifadə edərək tavanın mütləq qiymətləri
tapılmışdır. Bütün bunlar nəzərə alınaraq yatağın 3D struktur modeli model-
ləşdirmə proqramı ilə tərtib edilmişdir. Baxdığımız əsas məsələ yataqdakı
qırılmaların üçölçülü modeli qurmaqdır. Bu iş əsasında onların amplitudası,
forması, istiqaməti, meyil bucağı və quruluşu təyin olunmuşdur. Bütün bunlar
gələcək işlərdə yatağın daha dəqiq öyrənilməsində mühüm əhəmiyyət kəsb
edir. Model sayəsində qırılmaların xüsusiyyətlərinin (ekran və keçirici) təyin
olunmasına kömək edəcək.
Nəticə: 1. Korrelyasiya sxemi əsasında yeni quyuların stratiqrafik sərhədləri təyin
olunmuş və 207, 210 və 212 nömrəli quyularda QaLD çöküntüləri
müşahidə edilmişdir.
2. Uzununa geoloji profil tərtib olunmuş və üstəgəlməaltı hissədə yeni
blokun olduğu sübut olunmuşdur
3. №1 üstəgəlmə qırılmasının yeri QD, QA və QaLD lay dəstələrinə görə
təyin olunmuş və struktur xəritədə göstərilmişdir. Üstəgəlmə hisssinin
sahəsi eninə istiqamətdə genişlənmişdir.
4. Üstəgəlməaltı hissədə №3 qırılmanın yeri dəqiqləşdirilərək nisbətən
şimala dəyişdirilmişdir.
5. Strukturun üstəgəlməaltı hissəsinə yeni №3a qırılması alavə olunub.
6. Üstəgəlməaltı hissədə yeni blok əlavə olunaraq üç blokdan ibarət
olmuşdur.
7. Yataqda qırılmaların 3D modeli tərtib olunmuşdur
8. Yeni blokun neft-qaz perespektivliyinin qiymətləndirilməsi təklif olunur.
Ədəbiyyat: 1. Bağırov B.Ə. Neft-qaz mədən geologiyası, Bakı 2011. Səh. 51.