THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
35
KAROTAJ MƏLUMATLARININ ƏSASINDA PALEOSEDİMENTASİYA ŞƏRAİTİNİN BƏRPASI Nərmin Allahverdi qızı Behbudova AMEA Neft v ə Qaz İ nstitutu, AMEA Geologiya v ə Geofizika İ nstitutu Bak ı , Az ə rbaycan nerminbehbudova0631sn@gmail.com, nyusubov@gmail.com Elmi rəhbər: Namaz Yusubov Açar sözlər: karotaj fasiyası, litotiplər, sedimentasiya şəraiti, hidrodinamik əlaqə və
zona, neft-qaz yatağı
Karotaj fasiyalarına görə çöküntütoplanma kompleksinin yarandığı pale-
oşəraitlərin bərpası neft-qaz geologiyasının və geofizikasının əsas tədqiqat
məsələləridəndir. Beləki, karotaj fasiyalarının tədqiqi əsasında qədim çö-
küntü toplanma şəraitlərini öyrənmək, yatağın litoloji-fasial modelini tərtib
etmək, onun geoloji kəsilişindəki kollektor xüsusiyyətinə malik intervalların
korrelyasiyasını yerinə yetirmək, yatağın istismar modelini optimallaşdırmaq,
digər sözlə, onun neft-qaz verimliliyini artırmaq mümkündür.
Təqdimatda Qaradağ, 8 Mart, Duvannı-dəniz, Bulla-Dəniz, Ələt-dəniz və
Şah-dəniz sahələrində qazılmış quyuların karotaj materiallarına əsasən
Balaxanı lay dəstəsinin V, VII (Fasilə lay dəstəsi) və VIII (Qırmakı üstü lay
dəstəsi) horizontlarını təşkil edən çöküntü materialının toplandığı paleosedi-
mentasiya şəraitlərinin bərpası üzrə tədqiqatların nəticələrindən bəhs edilir.
Göstərilir ki, bu sahələrdə Balaxanı lay dəstəsinin V, VII və VIII horizont-
ları şaxələmiş çay arteriyalarının dənizsahili hidrodinamik zonaya daşıdığı
qırıntı materialları hesabına formalaşmışlar. Əldə ediliş nəticələr adları çəki-
lən horizontlar üzrə sahələrarası fəzada hidrodinamik əlaqə ola biləcəyi haq-
qında mühüm fikir formalaşdırmağa imkan vermişdir. Təqdimatda bu nəticə-
lərin yataqların istismar modellərinin seçilməsində və qazlı-qazkondensatlı
layların istismar prosesində nəzərə alınmasının vacibliyi vurğulanır.