Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə31/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   27   28   29   30   31   32   33   34   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
35
KAROTAJ MƏLUMATLARININ ƏSASINDA 
PALEOSEDİMENTASİYA ŞƏRAİTİNİN BƏRPASI 
Nərmin Allahverdi qızı Behbudova 
AMEA Neft v
ə
 Qaz 
İ
nstitutu, AMEA Geologiya v
ə
 Geofizika 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
nerminbehbudova0631sn@gmail.com, nyusubov@gmail.com 
Elmi rəhbər: Namaz Yusubov 
Açar sözlər:
karotaj fasiyası, litotiplər, sedimentasiya şəraiti, hidrodinamik əlaqə və 
zona, neft-qaz yatağı
Karotaj fasiyalarına görə çöküntütoplanma kompleksinin yarandığı pale-
oşəraitlərin bərpası neft-qaz geologiyasının və geofizikasının əsas tədqiqat 
məsələləridəndir. Beləki, karotaj fasiyalarının tədqiqi əsasında qədim çö-
küntü toplanma şəraitlərini öyrənmək, yatağın litoloji-fasial modelini tərtib 
etmək, onun geoloji kəsilişindəki kollektor xüsusiyyətinə malik intervalların 
korrelyasiyasını yerinə yetirmək, yatağın istismar modelini optimallaşdırmaq, 
digər sözlə, onun neft-qaz verimliliyini artırmaq mümkündür. 
Təqdimatda Qaradağ, 8 Mart, Duvannı-dəniz, Bulla-Dəniz, Ələt-dəniz və 
Şah-dəniz sahələrində qazılmış quyuların karotaj materiallarına əsasən 
Balaxanı lay dəstəsinin V, VII (Fasilə lay dəstəsi) və VIII (Qırmakı üstü lay 
dəstəsi) horizontlarını təşkil edən çöküntü materialının toplandığı paleosedi-
mentasiya şəraitlərinin bərpası üzrə tədqiqatların nəticələrindən bəhs edilir. 
Göstərilir ki, bu sahələrdə Balaxanı lay dəstəsinin V, VII və VIII horizont-
ları şaxələmiş çay arteriyalarının dənizsahili hidrodinamik zonaya daşıdığı 
qırıntı materialları hesabına formalaşmışlar. Əldə ediliş nəticələr adları çəki-
lən horizontlar üzrə sahələrarası fəzada hidrodinamik əlaqə ola biləcəyi haq-
qında mühüm fikir formalaşdırmağa imkan vermişdir. Təqdimatda bu nəticə-
lərin yataqların istismar modellərinin seçilməsində və qazlı-qazkondensatlı 
layların istismar prosesində nəzərə alınmasının vacibliyi vurğulanır.

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin