Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə29/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   25   26   27   28   29   30   31   32   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
33
KOSMİK GEODEZİYA MƏLUMATLARI ƏSASINDA ACINOHUR 
NEFT-QAZ PERSPEKTİVLİ RAYONUNUN GEODİNAMİK 
ŞƏRAİTİNİN ÖYRƏNİLMƏSİ 
Məryəm Əfqan qızı Mirzoyeva, Günel Rəfael qızı Sadiqova
AMEA Neft v
ə
 Qaz 
İ
nstitutu, AMEA Geologiya v
ə
 Geofizika 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
meryem-2020@bk.ru, gsadigova@yahoo.com
Elmi rəhbər: y.e.f.d. Aynur Zamanova
Açar sözlər:
geodinamika, deformasiya, GPS monitorinq 
Acınohur struktur zonası əvvəllər aparılmış geoloji-axtarış tədqiqatları 
nəticəsində perspektivli neft-qaz rayonuna aid edilmişdir. Lakin bu günə kimi 
aparılmış tədqiqatlara baxmayaraq rayonun neft-qazlılığına aid bir çox mə-
sələlər öz həllini tapmamışdır. Acınohur çökəkliyinin mürəkkəb quruluşunu 
nəzərə alaraq burada axtarış istiqamətlərində yeni metodik yanaşmalara, bu 
ərazinin geoloji quruluşuna, karbohidrogenlərin əmələ gəlmə şəraitinə aid 
müasir metodlarla əlavə kompleks tədqiqatların həyata keçiriləsinə ehtiyac 
var.
Son illərdə Azərbaycanın neft-qaz perspektivli rayonlarının geodinamik 
şəraitini qiymətləndirmək üçün kompleks geofiziki tədqiqatlar aparılmışdır 
[Azərbaycanın Geologiyası, 2015,214-340]. Yer qabığı deformasiyalarının 
tədqiqi üçün GPS monitorinq işləri, Yer səthinin şaquli hərəkətlərinin öyrə-
nilməsi məqsədi ilə yüksək dəqiqlikli nivelirləmə və yüksək dəqiqlikli qravi-
metrik ölçmələr, radiometrik və qamma-spektrometrik tədqiqatları qeyd 
etmək olar. 
 
Təqdim olunan tezisdə Acınohur neft-qaz perspektivli rayonunun əra-
zisində Yer qabığı deformasiyalarının tədqiqi məqsəd ilə Gəmiqaya-Acıbulaq 
struktur zonasında aparılmış ölçü işlərinin nəticələrindən bəhs olunur. Seçil-
miş profillər üzrə ölçmə nəticələri emal olunmuş və hər bir məntəqə üzrə yer 
qabığının üfüqi hərəkət sürətləri hesablanmışdır. İki məntəqə arasındakı de-
formasiyanın orta qiyməti məntəqələrdə üzrə GPS sürətləri əldə olunduqdan 
sonra bu məntəqələr arasındakı sürətlər fərqini aralarındakı məsafəyə böl-
məklə hesablanır (Şək.1 a).
Bu qayda ilə Katex-Şəki, Şəki-Qəbələ, Qəbələ-Yevlax, Yevlax-Borsunlu, 
Borsunlu Dəllər, Dəllər-Katex və Borsunlu-Şəki GPS məntəqələri arasında 
yer qabığı deformasiyalarının orta qiyməti hesablanmışdır. Nəticələr göstərir 
ki, Gəmiqaya-Acıbulaq struktur zonasında yer qabığı deformasiyalarının orta 
qiyməti şimal-qərbdən cənub-şərqə doğru azalır. Beləki, şimal-qərbdə Dəllər 
və Katex GPS məntəqələri arasında deformasiyanın orta qiyməti ~7.1 × 10
-8
/il, cənub-şərqdə Qəbələ-Yevlax GPS məntəqələri arasında isə bu qiymət 
~0.5 × 10
-8
/il təşkil edir. Gəmiqaya-Acıbulaq struktur zonası yaxınlığında isə 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin