Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə33/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   29   30   31   32   33   34   35   36   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
37
Tədqiqat işində həmçinin neftli-qazlı zonaların izləndiyi intervallar və 
seysmik dərinlik kubu əsasında, kollektor süxurların sahə boyu yayılma 
arealı izlənilmiş və onların hidrodinamik əlaqəsini səciyyələndirən xüsusi 
kub hesablanmışdır. Kubun müxtəlif istiqamətli profillər boyu kəsilişlərinin 
təhlili göstərir ki, əksəriyyət halda geoloji kəsilişin formalaşmasında iştirak 
edən qumlu təbəqələrin bir-birilə əlaqəsi yoxdur və ya çox zəifdir. Fikrimiz-
cə, geoloji kəsilişin ayrı-ayrı intervallarının korrelyasiyası onun tez-tez və 
müxtəlif sürətlə dəyişən energetik şəraitdə formalaşmasını göstərir.
Digər sözlə, seysmik kəşfiyyatın şaquli istiqamətdə həlledicilik qabiliy-
yəti belə bir tədqiqatın yerinə yetirilməsini çətinləşdirir. Lakin bir sıra hal-
larda belə korrelyasiyanın inteqral formada aparılması mümkündür.
Yuxarıda qeyd edildiyi kimi, seysmik zaman kubunun əsasında he-
sabladığımız ani amplitud kubunun ixtiyari istiqamətdə kəsilişlərində mər-
cişəkilli obyektlərdən əks olunan dalğa cəbhələri daha yüksək amplitudalı 
dalğa cəbhələrilə təmsil olunur.
Sahə üzrə aparılmış tədqiqatların təhlili və alınan nəticələrin müqayi-
səsi bu obyektlərin neft-qaz tələləri kimi perspektivli olmasını güman et-
məyə imkan verir.
Nəticə 
FXM, QP və QK əyrilərini təhlil edilməklə kəsilişdə qumlu-gilli aralıqlar 
ayrılmış, seysmik dərinlik kubu əsasında müxtəlif intervallar üçün kollektor 
süxurların sahə boyu yayılma arealı izlənilmiş və onların hidrodinamik 
əlaqəsini səciyyələndirən xüsusi kub hesablanmışdır. Kubun müxtəlif 
istiqamətli profillər üzrə kəsilişlərinin təhlili nəticəsində, əksər hallarda, 
geoloji kəsilişin formalaşmasında iştirak edən qumlu təbəqələrin bir-biri ilə 
əlaqəsinin olmaması və ya əlaqənin çox zəif olması qənaətinə gəlinmişdir. 
Bunu əsas götürərək geoloji kəsilişin (fasiyanın) müxtəlif sürətlə, tez-tez 
dəyişən energetik şəraitdə formalaşmasını söyləmək olar.

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin