THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader
of Azerbaijan Heydar Aliyev
40
riyazi üsulun tətbiqi ilə neftverim modelləri qurulmalıdır. Yuxarıda qeyd edi-
lənləri nəzərə alaraq, həmin model üçün tədqiqat obyekti olaraq Hipotetik
yatağın qarışıq rejimdə istismar olunan obyektləri seçilmişdir.
Metodika
Böyük-elmi praktiki əhəmiyyətə malik olan neftverimin qiymətləndiril-
məsi və proqnozlaşdırılması üçün uzun müddət korellyasiyareqressiya
analizindən istifadə edilmişdir. Üsul neftveriminə təsir edən parametrləri həm
kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirir [1].
Korrelyasiya-reqressiya analizi neftverimə təsir edən parametrlər arasın-
da əlaqə mövcud olmadıqda qənaətbəxş nəticələr verə bilir. Lakin işlənilmə-
də olan yataqların geoloji-mədən parametrləri arasında müəyyən qarşılıqlı
əlaqə mövcuddur ki, bu da neftvermənin modelləşdirilmə nəticələrinə mənfi
təsir göstərir [2].
Neftverim modellərinin qurulmasında süni neyron şəbəkələrini (SNŞ)
tətbiq edərək mövcud olan çatışmazlıqları aradan qaldırmaq mümkündür [2].
SNŞ bioloji neyronun
riyazi analoqu olmaqla, insan beynində gedən proses-
lərin riyazi modelləşdirilməsinə əsaslanır.
İnsan beynində orta qiymət olaraq 10
11
sinir hüceyrəsi olduğunu nəzərə
alsaq, sonsuz sayda sinapsisin olduğu qənaətinə gələrik. Sinir hüceyrələrinin
ötürmə sürətləri kompüterlərə nəzərən daha yavaş olsa da saysız sinapsisin
yaratdığı bağlantılar, eyni anda birdən çox qərar verilməsini və beynin duy-
ğusal məlumatları çox sürətli dəyərləndirməsini təmin etməkdədir. Bu ba-
xımdan insan beyninin qarışıq strukturu hələ tam olaraq həll edilməmiş və bir
çox funksiyalar tam olaraq açıqlanmamışdır [3].
Nəticə
Hipotetik yatağın qarışıq rejimlə işlənilən istismar obyektlərinin neftveri-
mini modelləşdirmək üçün neftvermə əmsalına təsir edən əsas parametrlər
toplanıb, sistemləşdirilmişdir.
Tətbiq edilən korrelyasiya-reqresiya analizi əsasında
qurulmuş neft
verim modellərində neftverimə təsir edən parametrlər arasında asılılıq olma-
sına baxmayaraq, işlənilmə üçün mühüm əhəmiyyət kəsb etməyən para-
metrlərin modeldə iştirak etməməsi alınan modelin işlənilmə prosesini tam
əhatə etmədiyini göstərir.
Çox qatlı perseptron neyron şəbəkəsində 3 laylı şəbəkə qurulmuşdur.
Aktivləşmə funksiyası olaraq siqmoid funksiyasından istifadə edilmişdir. Bu-
rada: birinci lay (geoloji-mədən parametrləri)-11 neyron, ikinci lay (aralıq qat) -
8 neyron, üçüncü lay (çıxış parametri yaxud neftverim qiyməti) - 1 neyron.
Şəbəkənin öyrədilməsi üçün əsasən xətaların geriyə yayılması alqoritmindən
və qradiyentlər üsulundan istifadə olunmuşdur. Süni
neyron şəbəkələrinin tət-
biqi ilə qurulmuş bu modeldə çəki əmsallarının ümumi sayı 105-dir.
Çox qatlı perseptron üsulunun tətbiqi ilə qurulmuş neftverim modelinin
struktur təhlilindən göründüyü kimi, tədqiqata cəlb edilmiş bütün parametrlər