THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
417
2-HİDROKSİ-3[1(3)-METİLTSİKLOHEKSİL]-5-METİL ASETOFENONLARIN SİNTEZİ Günay Heydərli Az ə rbaycan Milli Elml ə r Akademiyas ı Neft-Kimya Prosesl ə ri İ nstitutu Bak ı , Az ə rbaycan heyderligunay6@gmail.com Elmi rəhbər: k.e.d., prof. Çingiz Rəsulov Açar sözl ə r: alkilfenol, sirkə turşusu, o-metiltsikloheksil-para-krezol, asilləşmə, nano-
katalitik sistem
Son vaxtlar ədəbiyyat mənbələrində müxtəlif kimyəvi quruluşa malik
alkil-, tsikloalkilfenolların və onların əsasında alınmış alkilasetofenonların
bəzi sahələrdə - polimer materiallara fotostabilizator, antirad, yağlara,
yanacaqlara antioksidant kimi istifadəsinə tez-tez rast gəlinir [1-2].
Təqdim olunan işdə para-krezolun 1- və 3-metiltsikloheksenlərlə katalitik
tsikloalkilləşmə reaksiyalarından alınan 2-mono-metiltsikloheksil-4-metilfe-
nolların nano-katalitik sistemdə sirkə turşusu ilə asilləşmə reaksiyalarına cəlb
olunaraq metiltsikloheksilasetofenonların alınmasından bəhs edilir.
Para-krezolun 1- və 3-metiltsikloheksenlərlə tsikloalkilləşmə reaksiyaları
КУ-23 və ortofosfat turşusu hopturulmuş Seolit-У katalizatorlarının iştirakında
tədqiq edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,
optimal şəraitdə 2-mono-[1(3)-metiltsikloheksil]-4-metilfenolların çıxımları
76.7-81.3%, seçicilikləri isə məqsədli məhsullara görə 95.4-96.6% təşkil edir.
Alınmış 2-mono-[1(3)-metiltsikloheksil]-4-metilfenolların sirkə tuşusu ilə
nano-katalitik sistemdə asilləşmə reaksiyaları 135-140
o
C temperaturda, 30-
40 dəq. müddətində aparılmışdır. Bu zaman çıxım 66.4-68.3% təşkil etmişdir.
Ədəbiyyat 1. Semler M., Stepnicka P.Synthesis of aromatic ketones bye Suzuki-Miyaura cross-coupling
of acyl chlorides with boronic acids mediated by palladium catalysts deposited over donor-
functionalized silica gel // Tetrahedron Letters, 2014, v.55, p.205-208
2. Rhamatpour A. Polystyrene-supported GaCl
3
: A new, higly efficient and recyclable
heterogeneous Lewis acid catalyst for acetylation and benzoylation of alcholos and
phenols // Comptes Rendus Chimie, 2012, v.15, p.1048-1054