Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə43/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   39   40   41   42   43   44   45   46   ...   356
Kitab Turizm

 
ƏDƏBIYYAT SIYAHISI: 
1.
Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Dərs vəsaiti. Bakı-2002. 
2.
Cəfərova G.C., Abbasov C.R. Azərbaycanda dövlət proqramlarına əsasən turizmin ərazi təşkili və inkişafının potensial 
imkanları.
 
Azərbaycanda turizmin inkişafı və regional problemlər. Bakı, 2011.
 
3.
Александрова А.Ю. Международный туризм / А.Ю. Александрова. – М.: КНОРУС, 2013. – 460 с. 
4.
Дмитревский Ю.Д. Туристские районы мира: Учебное пособие - Смоленск: СГУ, 2000. – 224 с. 
5.
https://glonasstravel.com/destination/strany-i-goroda/kitaj/ 
6.
https://www.advantour.com/rus/china/tourism.htm 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
31
Baku, Azerbaijan


AZƏRBAYCAN RESPUBLİKASININ TURİZM POTENSİALININ 
İSTİFADƏSİNİN PERSPEKTİV İSTİQAMƏTLƏRİ 
 
dosent QURBANOVA Fəridə Əhməd qızı 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Abstract:
 Development trends, social and economic importance of tourism sector are measured 
by the effectiveness of the formation and use of tourism potential. Tourism potential means financial 
resources, infrastructure, labor, organizational and management practices that can be used in 
accordance with tourism requirements. For exploring country potential in every area, the factors of 
the field should be evaluated and predicted and the main direction of development should be 
determined. 
Key words:
tourism industry, tourism potential, recreation tourism, tourism resources, tourism 
industry, infrastructure of tourism. 
Turizm potensialı resurs potensialını müəyyənləşdirir. Turizm sektorunun resurslarının hərəkəti 
onun sahələrarası maddi-maliyyə mübadiləsi və turizm məhsulunun dəyəri, bölgüsü əlamətlərilə 
fərqlənir.[1.110] 
Turizm haqqında ədəbiyyatlarda turizm ehtiyatları və turizm potensialı anlayışları eyniləşdirilir. 
Turizm ehtiyatları, səyahət ediləcək məkanın tarixi, arxitektur abidələri, sağlamlıq, mədəni və s. 
obyektləridir.
Turizmin ehtiyatlarına formalaşmış potensial da demək olar. Turizm potensialı dedikdə, yenicə 
inkişaf edən, ən çox məhsuldar və perspektivə malik olan sahələr başa düşülür. Turizm potensialının 
dəyişməsi və formalaşmasına təsir edən amillərə aşağıdakılar aid edilir: 
- mülkiyyət münasibətləri 
- təbii- iqtisadi amillər 
- sosial – mədəni amillər 
- nəqliyyat sektorunun vəziyyəti 
- turizm təklifi
- turizmin infrastrukturunun vəziyyəti 
- turizmin inkişaf meylləri 
- bank sistemi 
- turizmin beynəlxalq-iqtisadi əlaqələri 
- turizm sənayesi 
- beynəlxalq-ticari əlaqələr 
- mehmanxana sistemi və b. 
Turizm potensialında insan resursları mühüm rol oynayır. Kadr potensialının peşəkarlığı, sayı 
turizmin inkişafına bilavasitə təsir göstərir. Turizmin kadr potensialı, beynəlxalq təhsilə yiyələnən, 
müasir standartlara uyğun ixtisaslı kadrların hazırlanması və onların bu sahədə təsərrüfatçılığa cəlb 
edilməsidir.
Azərbaycan turizm sektorunun inkişafı üçün böyük potensiala malikdir. Qeyri-neft sektorunun 
inkişaf etdirilməsiində turizm dövlət tərəfindən əsas prioritet sahələrdən biri kimi fərqlənir. Xüsusən 
də ölkənin regiolarında turizm fəaliyyətinin və bu sahədə məşğul sahibkarların inkişafı üçün mühit 
yaradır və xüsusi diqqət nəticəsində ölkə bu sahədən böyük gəlir əldə edə bilər. Azərbaycanda turizm 
sektorunun potensial göstəricisi əhalinin sayı, turizmin maddi-texniki bazası, turizm sektoruna 
ayrılacaq capital qoyuluşunun həcmi ilə müəyyləşdirilə bilər.
Azərbaycanın zəngin təbiəti və iqlimi bəzi turizm növünün inkişafı üçün əlverişlidir. Qış fəslində 
dağlarda və dağətəyi rayonlarda qış turizmi, müalicəvi əhəmiyyətli resurların mövcudluğu, meşənin 
özünəməxsusluğu, qoruqlar, nadir ağac və vəhşi heyvan növləri turizmin inkişafı üçün bütün imkanları 
özündə əks etdirir. 
Abşeron ətrafı ərazidə Şıx, Şabranda Qalaaltı, Culfa rayonunda Turşsu müalicəvi əhəmiyyətli 
suları, Culfada Duzdağ, Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq ətəklərində termal 
bulaqlar, palçıq vulkanları, Naftalanın müalicəvi nefti və s. Azərbaycanda rekreasion turzmin inkişafı 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin