(1-ci əsas buraxılıb: Keyfiyyət sertifikatı olan məhsulu almaq olar).
Ümumi qanunauyğunluğa müvafiq olan xüsusi hal həqiqətə
uyğun olmadıqda nəticənin səhv olması təbiidir. Məsələn:
1. Bu il 300 bal toplayan bütün abituriyentlər jurnalistika
fakültəsinin tələbəsi oldular.
2. Fidan 300 bal toplayıb.
Fidan jurnalistika fakültəsinin tələbəsi oldu.
Aydındır ki, əgər Fidan kimya fakültəsinə girmək üçün sənəd
veribsə, deməli Fidanın jurnalistika fakültəsinin tələbəsi olmasına
aid nəticə yalan olacaq.
- İndi
ehtim allı
hökmləri nəzərdən keçirək.
İnduktiv hökmlərdə bir hadisəyə aid faktlar sırasından
ümumiləşdirmə edilir, yəni xüsusidən ümumiyə yönəlmiş nəticə
çıxarılır. Məsələn:
1. A firmasında mühasib əvəzçiliklə işləyir.
2. В firmasında mühasib əvəzçiliklə işləyir.
3. C firmasında mühasib əvəzçiliklə işləyir.
4. Ç firmasında mühasib əvəzçiliklə işləyir.
Bütün firm alardakı m ühasiblər əvəzçiliklə işləyir.
Aydındır ki, induksiya üzrə hökm yalnız həqiqətəbənzər, ya
xud təxmini xarakterə malikdir: tamamilə dəqiq nəticə əldə etmək
üçün şəhərin bütün firmalarını nəzərdən keçirmək lazım gələrdi.
Tam induksiya heç də həmişə mümkün olmur.
İnduksiya nəticəsində alınan nəticələrin həqiqiliyinin yüksəl
dilməsi üçün həmin hadisəyə aid mümkün qədər çox fakt nəzərdən
keçirilməlidir. Əgər çıxış edən özünə bu zəhməti vermirsə, o, «ya
lan, yaxud tələsik çıxarılmış ümumiləşdirmə» səhvinə yol verə bilər.
Təsadüfi faktlar əsasında çıxarılmış nəticənin düzgün olmamaq
ehtimalı daha çoxdur. Yeri gəlmişkən, dinləyicilər bir çox hallarda
heç o nəticəyə gəlməyə imkan verməzlər; onların arasından kimsə
etiraz edə bilər: «Amma mən bilirəm ki...» ( və əsaslandırılmamış
hökmün əleyhinə dəlillər gətirər).
Əgər nəticə çıxarmaq üçün əldə çox sayda fakt yoxdursa, o
zaman cəmi iki analoji hadisəni müqayisə edərək nəticə çıxarıl
ması mümkündür.
Dostları ilə paylaş: