Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə23/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Analogiya
(müqayisə, bənzətmə) - nəticə əldə
55


etməyin ən az ciddi olan üsuludur. Ondan yalnız müqayisə edilən 
hadisələrin ən mühüm əlamətləri oxşar, aralarındakı fərq isə çox 
cüzi olduqda istifadə etmək məqsədəuyğundur.
Yalnız bu halda hadisənin digər əlamətlərində də oxşarlıq ol­
ması haqqında nəticə çıxarmaq mümkündür. Həkimlər xəstələrini 
müqayisənin köməyi ilə inandırmaq istədikdə, «bu cür hadisə tez- 
tez olur» analogiyasından; din xadimləri: «Qaranlıq otaqda biz in­
sanı görə bilmərik, lakin onun mövcudluğunu hiss edərik; biz Al­
lahı görmürük və eşitmirik, ancaq onu öz qəlbimizdə hiss edirik» 
bənzətməsindən istifadə edirlər.
Analogiya üzrə mühakimələri idarə rəhbərinin müşavirədəki 
çıxışlarında da eşitmək mümkündür: «Yeddinci şöbə daim öz 
planının öhdəsindən gəlmir, halbuki altıncı şöbənin əməkdaşları 
da eyni şəraitdə, eyni həcmdə iş görürlər, iki nəfər də analıq 
məzuniyyətindədir, amma işlərini yerinə yetirirlər. Deməli, yed­
dinci şöbənin iş həcminin azaldılması haqqında heç bir söz eşitmək 
istəmirəm. Onlar bacanr, istəsəniz siz də bacararsınız».
Lakin bu nümunədə şöbələrdə işləyənlərin sayı, onlann məlu­
mat bazası, şöbələrə verilən tapşırıqların həcmi bir-birindən fərq­
lənsəydi, analogiya hüquqi olmazdı.
Ehtimallı hökmlərin daha bir növü nəticədən səbəbə gedən 
qərardır. Həmin qərar bu sxem üzrə verilir:
Əgər A varsa, deməli В də var.
В varsa, demək, ehtimal ki, A da var.
M ə s ə l ə n :
Əgər yağış yağırsa, asfalt yaş olur.
Asfalt yaşdırsa, ehtimal ki, yağış yağıb.
Bu hökmün birinci mühakiməsində haqqında danışılan ha­
disələr bir-birinə səbəb-nəticə asılılığı ilə bağlanıb. Bəzən səhv 
mühakimələrə də rast gəlinir. Onlarda hadisələrin adi xronoloji 
əlaqəsi səbəb-nəticə əlaqəsi kimi qəbul edilir, yəni bu əsasda bir 
hadisə digərinə əsas olur, birinci ikincinin səbəbi hesab edilir.
Bu səhv belə adlanır: «bundan sonra, deməli bu səbəbdən». 
Bu səhvə aid nümunəyə baxaq: İşgüzar ünsiyyət kursuna orta yaş­
56


lı bir qadın yazılır. O, kursda məşğul olmaq istəməsinin səbəbini 
belə izah edir: «Sizin kurslarda bizim katibəmiz təhsil almışdı. 
Bundan sonra təsisçi onu firmanın direktoru təyin etdi, mənim isə 
vəzifəmi aşağı saldı. Bilmək istəyirəm: o burada nələri öyrənib ki, 
o saat vəzifəsini bu qədər yüksəl diblər». Yaxud, yaşlı bir kişi turist 
firmasına müraciət edir:”Mənim evimdə kirayədə yaşayan tələbə 
qız tətil günlərində Dubaya getmişdi. Ev kirayəsini zorla ödəsə də, 
Dubayda onu qarşılayıblar, bahalı oteldə yerləşdiriblər, 10 gün ye­
yib-içib, gələndə də cibinə xeyli pul qoyublar, deməli, Dubayda 
qayda belədir, mən də ora getmək istəyirəm.”
Bunun, təəssüf ki, insanlara xas məntiqi səhv olduğunu qədim 
məsəl də sübut edir: « Xoruz belə düşünür ki, o banlamasa, səhər 
açılmaz».
Gördüyümüz kimi, öz hökmlərini əsaslandırmaq asan iş deyil. 
Məntiqi mədəniyyətə yiyələnmək hökmlərdə yol verilən səhvlərdən 
qaçmaqda, çıxışlarınızı inandıncı etməkdə sizə kömək edər.
2.3. N itq norm ası
N itq norm ası anlayışı İstənilən xalqın dili sosial hadisədir. 
Çünki o, yaradıcısı və daşıyıcısı olan cəmiyyətlə birlikdə daimi in­
kişafdadır. Bu səbəbdən də nitq norması tarixi hadisədir, o hazırkı 
zamanda ən geniş yayılmış nitq variantlarından ibarətdir.
Dil sisteminin ictimai əlaqələr prosesində seçilmiş və 
möhkəmləndirilmiş, daha sabit, ənənəvi reallaşmasının birliyi nitq 
norması adlanır.
Norma müəyyən ərazi, yaxud şəhərin dili əsasında formalaşır.
Məsələn, müasir Azərbaycan ədəbi dilinin tələffüz normala­
rı əsasən Bakı sakinlərinin orta dialekti və nitqi əsasında forma­
laşmışdır. Ədəbi dilin inkişafı prosesində dialektlərə, dilin digər 
növləri tərəfə də meyllər baş verir.
Bir qayda olaraq, yazılı nitqin normaları şifahi nitqin normala­
rından əvvəl müəyyənləşir. Hazırda yazılı və şifahi nitqin norma­
larının yaxınlaşması meylləri mövcuddur.
57


Dil hadisəsi aşağıdakı əlamətlərə malik olduğu halda normativ 
sayılır:
1. dilin strukturuna uyğunluq;
2. ünsiyyət prosesində kütləvi və müntəzəm yenilənmək;
3. ictimai bəyənilmə və qəbul edilmə.
Nitq normasının formalaşması zamanı həm kortəbii, həm də 
şüurlu proseslər fəaliyyət göstərir. Kortəbiilik dilin daşıyıcılarının 
bu və ya digər dil normasından kütləvi və müntəzəm istifadəsi ilə 
bağlıdır, şüurluluq isə kortəbii şəkildə yaranmış nitq normalarının 
qrammatika və lüğətlərdə «qanuniləşdirilməsi», yaxud kodlaşdınl- 
ması zamanı baş verir.
Kodlaşdırma, yəni yaranmış hadisələrin ictimai təcrübə pro­
sesində sabitləşdirilməsi filoloq-alimlər tərəfindən həyata keçirilir.
Normalar dilin bütün səviyyələrində və bütün funksional üs­
lublarında mövcuddur. Qrammatik normaların hamıya daha çox 
məlum olan birliyi orfoqrafıya və punktuasiyadır (durğu işarələri­
nin işlədilməsi qaydaları).
Şifahi dil üçün çox mühüm əhəmiyyət daşıyan qaydalar - orfo- 
epiyadır. Orfoepiya ədəbi tələffüz qaydalarının məcmusudur.
Bu normalar tələffüzdə vahidliyə nail olmaq üçün zəruridir, 
insanlar arasındakı ünsiyyəti asanlaşdırır, onlara bir-birini daha tez 
anlamaqda yardımçı olur.
Nitq insanın sosial mənşəyinin parlaq göstəricisidir (indikato­
rudur). Çox zaman hansısa köhnəlmiş ibarələr insanın müəyyən so­
sial zümrəyə mənsubiyyəti ilə əlaqələndirilir. Qeyd etmək lazımdır 
ki, dil normaları m üxtəlif amillərin, hər şeydən əvvəl, cəmiyyətdə 
baş verən dəyişikliklərin təsiri ilə dəyişir. Məsələn, ötən yüzilliyin 
sonlarında Azərbaycan dilində yeni tarixi reallıqlarla bağlı 
irıaqu-
rasiya, impiçment, plüralizm , elektorat, spiker
və s. kimi çoxsaylı 
neologizmlər meydana gəldi.
Nitqin hər bir funksional üslubunda da müəyyən normalar 
mövcuddur. Burada üslubi norma mütləq olmayıb, nisbi, ehtimali 
xarakter daşıyır.
Funksional üslubun xüsusiyyəti ondan ibarətdir ki, o, ünsiyyət 
prosesini mövcud şərait və şərtlər daxilində ən yaxşı şəkildə həyata 
keçirməyə imkan verir.
58


Məsələn, əgər insan məişət vəziyyətində kitab dilindən isti­
fadə edərsə, ətrafdakılar onun ya qeyri-azərbaycanlı olduğunu
yaxud sosial-psixoloji qüsurları olduğunu (məsələn, bürokratik 
böyüklük maniyasına düçar olmuş insan, gündəlik həyatdan uzaq 
düşmüş alim), yaxud gizli əsəb gərginliyi vəziyyətində olduğu­
nu düşünəcəklər. Belə ki, məişət ünsiyyəti zamanı 
eynidir
sözü 
əvəzinə 
identikdir, tayı-bərabəri(əvəzi) yoxdur
əvəzinə 
analoqu
yoxdur
işlədilməsi yersiz olar.
Bu nümunələr nitqdə kommunikativ məqsədyönlülük prinsipi­
nə əməl edilməsinin vacibliyini göstərir, bu prinsip nitq formaları­
nın ünsiyyətin şərait və məqsədlərinə müvafiq olmasını tələb edir.
Məqsədyönlülük danışan və yazan, yaxşı nitqin obyektiv zə­
ruriliyini subyektiv şəkildə qiymətləndirən insanların şüuru ilə 
müəyyən edilir. Əgər norma dil kollektivinin bütün üzvləri üçün 
eynidirsə, bu halda məqsədyönlülük nitqin funksional üslubundan, 
sosial fərqlərdən, kommunikativ vəzifə və məqsədlərindən asılıdır.
Nitq normalarına bələdlik və kommunikativ məqsədyönlülük 
prinsipinə əməl edilməsi insanın nitq mədəniyyətinin əsasını təşkil 
edir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin