baxımdan neytral olan söz və ifadələrdən istifadə edir. Məsələn,
«Uşaq əskilərini çirkləndirib», «Onun mədəsi pozulub» və s.
10.
Münasiblik.
Münasiblik dilin elə vasitələrinin seçilib
istifadə olunmasım
tələb edir ki, onlar nitqi ünsiyyətin məqsəd
və şərtlərinə uyğunlaşdıra bilir. Bu və ya digər dil vasitələrinin
münasibliyi mətndən,
vəziyyətdən, müsahibinizin psixoloji xüsu
siyyətlərindən asılıdır. Bu prinsipin mahiyyətini «Özünü asmış
adamın evində ipdən danışmazlar» məsəli çox yaxşı izah edir.
Nitq norması dil sisteminin həyatiliyinin daha sabit ənənələrinin
birliyi kimi dilin fəaliyyət və inkişaf prosesində, sosial strukturda-
kı dəyişikliklərin təsiri altında uzun müddət ərzində qurulur.
Bu səbəbdən nitq normalarına yiyələnmə ünsiyyət tiplərindən
asılı olaraq dil vahidlərindən istifadəyə uzunmüddətli yiyələnmə
prosesidir.
Bu prosesdə ən mühüm olan, ünsiyyət məqsədlərinə
çatmaqdan ötrü nitq normalarına əməl edilməsinin vacibliyinin
dərk olunmasıdır.
Nitq fəaliyyətinin əsas növlərinə yiyələnmə (oxu, dinləmə,
yazı, söhbət, işgüzar danışıqlar) nitq mədəniyyətini və nitq ün
siyyətinin səmərəliliyinin yüksəldilməsini təmin edən normaların
mənimsənilməsini tələb edir.
2.4.
N itq ü slu b ları və
nitq m ədəniyyətinin növləri
Dostları ilə paylaş: