Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə29/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Bədii üslub - 
bədii ədəbiyyatın dilidir. Bu üslub bədii mətnlərin
məzmunu və ətrafdakılara, təsvir olunana öz münasibətini 
bildirmək, sözlə rəsmini çəkmək, hadisəni təsvir etmək və s. kimi 
əsas məqsədləri ilə müəyyən olunur.
Bədii üslubun əsas xüsusiyyətləri:
• Obrazlılıq, emosionallıq;
• Kommunikativ və estetik vəzifələrin birliyi;
• Bütün üslubların leksika və frazeologiyasından geniş istifadə;
• Təsvir və ifadə vasitələrindən istifadə;
• Müəllifin fərdi yaradıcılığının aşkara çıxması.
Aydındır ki, nitqin m üxtəlif üslublarının, xüsusilə yazılı 
nitqdən şifahi istifadədən fərqlənən iş forması olan şifahi formada 
öyrədilməsi üzrə xüsusi iş aparılmalıdır.
Tədris müəssisələrində əsas diqqətyazılı formaların (qərarların, 
qanunların, iş prinsipinin təsvirinin, qanun maddələrinin, göstəriş 
və təlimatların) öyrənilməsinə və onlardan şifahi nitq fəaliyyətində 
istifadəyə yönəldilir.
Hazırda kitab mətnlərinin mexaniki təkrarını yox, həmin mətn­
lərə bu və ya digər fənnə, hadisəyə, yaxud prosesə xas olan ayn- 
ayn xüsusiyyələrin daxil edilməsini nəzərdə tutan metodikalardan 
istifadə etməyin vaxtı çatmışdır.
Nitq mədəniyyətinin növləri. 
Sözün funksional üslub sabitli­
yi və emosional ekspressiv çalarlan nitq mədəniyyətinin müəyyən
65


ümumi əlamətlərləri ilə seçilən növləri ilə sıx surətdə bağlıdır. M ü­
asir dildə elitar, orta-ədəbi, ədəbi-danışıq və sadə (təklifsiz) danı­
şıq növləri göstərilir.
Elitar növ. 
Elitar növün daşıyıcıları dilin bütün normalama 
bələd olan, etik və kommunikativ normalara əməl edən insanlardır.
Elitar nitq növünün daşıyıcıları olan insanlar üçün vəziyyət və 
məqsədlərinə müvafiq funksional üslub və nitq janrından çətinlik 
çəkmədən istifadə etmə, yazılı nitqin şifahi nitqə «köçürülməməsi» 
xarakterikdir. Ünsiyyət normalarına əməl edilməsi müəyyən dərə­
cədə ünsiyyətin ritorik qanunlarını bilməyi və əməli surətdə tətbiq 
etməyi bacarmağı tələb edir.
Nitq mədəniyyətinin elitar növü ümumi mədəniyyətin daha 
tam şəkildə təcəssümü, dünya və milli mədəniyyətə heç olmazsa
qeyri-fəal şəkildə (maddi mədəniyyət nümunələrini tanımaq, elm 
dahiləri haqqında, heç olmazsa, əsas məlumatlara malik olmaq
ədəbiyyat, incəsənət inciləri ilə tanışlıq və s.) yiyələnməkdir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin