Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə27/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Nitq üslubları 
İstənilən dilin leksikası üslubi baxımdan müx­
təlif növlüdür. Bəzi sözlər ümumişlək hesab edilir, digərləri yalnız 
müəyyən nitq vəziyyətlərində istifadə edilir.
Üslub nitq vasitələrinin insan ünsiyyətinin bu və ya digər 
sahəsində istifadə edilən, tarixən formalaşmış sistemidir.
M üasir dildə aşağıdakı üslubları fərqləndirirlər: elmi, publisis­
tik, rəsmi-işgüzar, danışıq (məişət); bir sıra alimlər həm də bədii 
ədəbiyyat üslubunu bu sıraya daxil edirlər.
62


Hər bir üslubun dil normalarına aid öz tələbləri var: bu tələblər 
ciddi elmi terminologiyadan yüksək emosionallığın sadə leksi- 
kasına qədər müəyyən hüdudları əhatə edir. Leksika bir üslub­
dan digərinə keçir, daha çox isə bu və ya digər üslubların söz və 
ifadələri danışıq (məişət) üslubuna keçib möhkəmlənir.
Elmi üslub 
- bu, elmi məqalələrin, məruzələrin, monoqrafi­
ya və dərsliklərin və s. üslubudur. Bu üslub həmin materialların 
məzmun və məqsədlərinə əsasən müəyyənləşdirilir. Bunlar: bizi 
əhatə edən gerçəkliyin faktlarını mümkün olduğu qədər dəqiq və 
ətraflı izah etmək, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini 
göstərmək, tarixi inkişafın qanunauyğunluqlarını göstərmək, 
məlumat vermək və bu kimi məsələlərdir.
Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır:
• Şərhin məntiqi ardıcıllığı;
• Məzmunun informasiya zənginliyi ilə yanaşı birmənalılığı, 
dəqiqliyi və yığcamlığı;
• Mühakimənin konkretliyi, bitərəfliyi, obyektivliyi;
• Mətnin bütün leksikasının 15-20 %-ni təşkil edən terminlərin 
bolluğu;
• Elmi frazeologiya (düz bucaq, kəsişmə nöqtəsi və s );
• Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf, hərəkət, 
amil, fəaliyyət və s.);
• Tək anlayışı bildirən formanın cəm mənasında istifadə 
edilməsi (canavar- itlər cinsindən yırtıcı hevandır);
• Fellərin əvəzinə daha çox isimlərin işlədilməsi (hərarət 
yüksəlir- hərarətin arması halı mövcuddur);
• Mürəkkəb cümlələrdən istifadə.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin