Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Ill FƏSİL ÜNSİYYƏT (kommunikasiya)



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə35/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Ill FƏSİL
ÜNSİYYƏT (kommunikasiya) 
RİTORİKASI
3.1. Ünsiyyət prosesi
Ünsiyyət insanlar arasında məlumat mübadiləsi prosesi olub, 
məqsədi təqdim edilən və qəbul edilən informasiyanın anlaşılma­
sının təmin olunmasıdır.
Ünsiyyətin əsas funksiyaları:
• İnformasiyaverici - həqiqi, yaxud yalan məlumatların 
verilməsi;
• İnteraktiv (təşviqedici) - insanlar arasında qarşılıqlı fəaliy­
yətin təşkili; məsələn, m üxtəlif təsir formalarından: inandırma, 
əmr, xahiş, təlqindən istifadə etməklə hərəkətlərin razılaşdırılması, 
vəzifələrin bölüşdürülməsi, həmsöhbətin əhval-ruhiyyəsinə, ina­
mına, davranışına təsir göstərmək;
• Perseptiv - ünsiyyət tərəfdaşlarının bir-birini qəbul etməsi 
və bu əsasda qarşılıqlı anlaşmanın yaradılması;
• Ekspressiv - emosional təəssüratlann yaradılması, yaxud xa­
rakterinin dəyişdirilməsi.
• İnformasiyanın ötürülməsi: a) başqa adamlara; b) vəzifələrin 
yerinə yetirilməsi üçün. Bu ötürülmə aşağıdakı istiqamətlərdə ola 
bilər:
a) yuxandan aşağıya:
• Vəzifələrin müəyyən edilməsi (nəyi, nə zaman etməli?);
• Təlimatlandırma (necə, nə şəkildə, kim);
b) aşağıdan yuxanya:
• Yerinə yetirilmə haqqında məlumat verilməsi;
79


• Yoxlamalar haqqında məlumat verilməsi;
• Əməkdaşın şəxsi rəyi haqqında məlumat;
c) üfüqi istiqamətdə:
• Fikir mübadiləsi;
• Hərəkətlərin əlaqələndirilməsi;
• Planlaşdırma;
• Yerinə yetirilmə haqında məlumat.
Ünsiyyət prosesinin həyata keçirilməsi üçün dörd əsas ünsü­
rün mövcud olması vacibdir:
1. informasiyanı göndərən;
2. məlumat - informasiyanın özü;
3. kanal - informasiyanın ötürülmə vasitəsi;
4. informasiyanı qəbul edən.
Kommunikasiya (ünsiyyət) prosesi şərti olaraq 
beş m ərhələyə
bölünür:
I mərhələ -
informasiya mübadiləsinin başlanğıcı;
I I m ərhələ
- ideyaların sözdə, simvollarda, məlumatlarda 
təcəssümü;
IIIm ərhələ
- informasiyanın seçilmiş rabitə kanalları vasitəsilə 
ötürülməsi;
IV m ərhələ-
informasiyanı qəbul edənin verbal (söz) və qeyri- 
verbal simvollan öz fikirlərinə köçürməsi- bu prosesi dekodlaşdır- 
ma adlandırırlar;
V m ərhələ
- əks-əlaqə mərhələsi olub, informasiyanı qəbul 
edənin ona cavabıdır. Müəssisədə çalışanların idarə edilməsinin 
səmərəliliyi həmin müəssisədəki ünsiyyət (kommunikasiya) pro­
seslərinin səmərəliliyi ilə düz mütənasibdir.
B ir qayda olaraq, ünsiyyətin (kommunikasiyanın) aşağıdakı 
növlərini qeyd edirlər:
• formal (təşkilati struktur tərəfindən müəyyən edilir);
• qeyri-formal (məsələn, şayiələrin yayılması kanalı);
• şaquli (səviyyələrarası): yuxandan aşağıya və aşağıdan yu­
xan;
• üfiiqi - hərəkətləri əlaqələndirməkdən ötrü həmsöhbətlər 
arasındakı məlumat mübadiləsi;
80


• şəxsiyyətlərarası - opponentlərin ünsiyyətin yuxanda sadala­
nan istənilən növündə şifahi əlaqəsi.
Təşkilatlarda məlumatlann üfüqi axınlanna şaquli axınlardan 
daha çox rast gəlinir. Bunun səbəblərindən biri insanlann öz tay- 
tuşlan ilə sərbəst və açıq danışmağa yaş fərqi olanlarla danışmaq­
dan daha artıq həvəs göstərməsidir.
Daha çox dörd kommunikativ rolu fərqləndirirlər:
• «qoruqçu» - eyni kommunikasiya şəbəkəsində informasiya­
nın (məlumatın) başqa adama axınına nəzarət edir;
• «rəylərin lideri» - bəzi başqa insanlann fikir və davranışla- 
n na təsir göstərmək im kanlanna malikdir (qeyri-formal şəkildə 
təsir);
• «rabitəçi» - kommunikasiya şəbəkəsində qruplaşmalar ara­
sında birləşdirici həlqə;
• «sərhədçi»- kommunikasiya şəbəkəsində təşkilati əhatə ilə 
yüksək əlaqə dərəcəsinə malik olan insan.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin