çıltı, ah və s.); yayındıncı səslər (öskürək); sıfır səsləri (pauza) və
burun səsləri («hmmm-hmmm», «e-e-e» və s.).
Tədqiqatlar göstərir ki, insanın gündəlik əlaqə aktında sözlər
7%, səslər və intonasiyalar -38 %, qeyri-nitq qarşılıqlı təsirləri - 53
% təşkil edir.
Səs - təsirli nitqin ifadəsi kimi emosional vəziyyətlərin xüsu
siyyətlərinə uyğun olur. O, bir danışığın gedişi boyu dəyişilə bilər.
Səsin çox dəyişməsi daxili həyəcanın səviyyəsini xarakterizə edir.
«Mis kimi cingildəyən səs»- enerji, möhkəmlik, qətiyyətlilik-
dən xəbər verir. Riyakarcasına-mehriban, ürəkvuran-yumşaq səs
danışanın səmimi olmadığını göstərir. Monoton səs çox zaman da
nışanın sıxıldığını göstərir. Nitqin intonasiyasında səsin melodi
yası, tembri, qüw ətliliyi, danışığın sürəti, pauza və vurğu birlikdə
əks olunur.
Dostları ilə paylaş: