Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə36/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Ü nsiyyət səriştəsi
- başqalan ilə zəruri əlaqələri yaratmaq və 
davam etdirmək.
Səmərəli ünsiyyət üçün aşağıdakılar xarakterikdir: tərəfdaşlar 
arasında qarşılıqlı anlaşma əldə olunması, ünsiyyət vəziyyəti və 
məqsədinin daha yaxşı anlaşılması (vəziyyətin başa düşülməsində 
daha çox müəyyənliyə nail olunması problemlərin həllinə kömək 
edir, daha az vəsait sərf etməklə məqsədə nail olunmasım təmin edir).
Ünsiyyət səriştəsi şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin 
müəyyən dairəsində səmərəli əlaqələrin yaradılması üçün zəruri 
olan daxili ehtiyatlar sistemi kimi nəzərdən keçirilir.
Pis ünsiyyətin səbəbləri:
• Stereotiplər - ayn-ayn şəxslər, yaxud vəziyyətlərə aid bəsit 
rəylər; nəticədə insanlann, vəziyyətin, problemlərin obyektiv 
təhlili və anlaşılması alınmır;
• Qabaqcadan yaranmış yanlış qənaət - şəxsi fikirlərinə zidd 
olan hər bir şeyi, yeni, qeyri-adi nə varsa, rədd etmək meyli («Biz 
inanmaq istədiklərimizə inanınq»). Nadir hallarda dərk edirik 
ki, hadisələrin başqalan tərəfindən şərh edilməsi bizim özümüz 
tərəfindən olduğu kimi qanunidir;
81


• İnsanlar arasındakı pis münasibət - əgər insanın sizə müna­
sibəti düşməncəsinədirsə, onu sizin fikirlərinizin ədalətli olduğuna 
inandırmaq çox çətindir.
• Həmsöhbətinin diqqət və marağının olmaması - insan məlu­
matın özü üçün əhəmiyyətli olduğunu dərk etdiyi zaman maraq 
yaranır: bu məlumatın köməyi ilə arzu olunanı əldə etmək, yaxud 
hadisələrin arzuolunmaz inkişafının qarşısını almaq mümkündür;
• Faktlara əhəmiyyət verməmək - kifayət qədər fakt olmadığı 
halda nəticələr çıxarmaq vərdişi;
• Mülahizələrin qurulmasında səhvlər - sözlərin düzgün seçilmə- 
məsi, məlumatın mürəkkəbliyi, zəif inandırıcılıq, məntiqsizlik və s.
• Ünsiyyət üçün düzgün olmayan strategiya və taktikanın 
seçilməsi.
Ünsiyyətin aşağıdakı strategiyalarını müəyyən etmək müm­
kündür:
1. açıq-qapalı ünsiyyət;
2. monoloji-dialoji;
3. rollu (sosial rolundan asılı olaraq) - şəxsiyyətli («ruhi» 
ünsiyyət).
Açıq ünsiyyət - öz nəzər nöqtəsini ətraflı ifadə etmək arzusu 
və bacarığı, həmçinin başqalarının mövqeyini nəzərə almağa hazır 
olmaq. Qapalı ünsiyyət - öz nəzər-nöqtəni, öz münasibətini aydın 
şəkildə ifadə etməyi, həmsöhbətinə mövcud olan məlumatı çatdır­
mağı istəməmək, yaxud bacarmamaq.
Qapalı ünsiyyətdən istifadə olunmasına aşağıdakı hallarda 
haqq qazandırıla bilər:
1) əgər məsələ ilə bağlı səriştəlilik səviyyəsində əhəmiyyətli 
dərəcədə fərq varsa və «aşağıda duran tərəfin» səriştəlilik səviy­
yəsinin yüksəldilməsinə zaman və qüvvə sərf etmək mənasızdırsa;
2) əgər münaqişəli vəziyyət yaranıbsa; bu halda qarşı tərəfə öz 
hiss və planlarınızı açmaq məqsədəuyğun deyil.
Açıq ünsiyyətlər qarşılıqlı müqayisə mümkün olduğu, lakin 
məsələ ilə bağlı mövqelərin eyniliyi olmadığı halda səmərə ve­
rir (fikir və ideyalar mübadiləsi). 
Ünsiyyətin aşağıdakı növləri
m üəyyən edilm işdir:
82


• «
m askaların təm ası»
- həmsöhbətin şəxsi xüsusiyyətlərini 
başa düşmək və nəzərə almaq meylləri olmadıqda formal ünsiyyət 
meydana gəlir, bu zaman vərdiş olunmuş maskalardan (nəzakətlilik, 
ciddilik, laqeydlik, təvazökarlıq, mərhəmətlilik və s.) - həqiqi 
hissləri, həmsöhbətinə münasibəti gizlətməyə imkan verən üz 
ifadələrindən, jestlər və standart ifadələrdən istifadə olunur;
• 
B əsit
- digər insanı lazım olan, yaxud mane olan obyekt 
kimi qiymətləndirirlər: əgər lazım olandırsa, fəal surətdə əlaqəyə 
girirlər, əgər mane olandırsa - uzaqlaşdırır, yaxud aqressiv, kobud 
atmacalar ünvanlayırlar. Əgər müsahibindən istədiyini almış olur­
larsa, ona maraqlan itir və bunu gizlətmirlər;
• 
Form al

rollu
- ünsiyyətin həm məzmunu, həm də ünsiyyət 
vasitələri reqlamentləşdirilir; həmsöhbətin şəxsiyyətini öyrənmək 
əvəzinə onun sosial rolunu öyrənməklə kifayətlənirlər;
• 
İşgüzar
- həmsöhbətin şəxsiyyəti, xüsusiyyətləri, xarakte­
ri, yaşı, əhval-ruhiyyəsi nəzərə alınır, lakin iş maraqlannın şəxsi 
münasibətlərdən daha əhəmiyyətli olması əsas götürülür;
• 
M ənəvi, şəxsiyyətlərarası
- dostlann ünsiyyəti; bu zaman xü­
susi söz və ifadələrdən istifadə etmədən, istənilən mövzudan söz 
açmaq olar. Dostunuz sizi üzünüzün ifadəsindən, hərəkətinizdən, 
səsinizin tonundan başa düşər. Belə ünsiyyət o zaman mümkün 
olur ki, hər bir iştirakçı həmsöhbətini yaxşı tanıyır, onun yanaşma­
sını, inam və münasibətlərini əvvəlcədən duya bilir.
• 
M anipulyasiyaedici
- həmsöhbətin şəxsiyyətinin xüsusiy­
yətlərindən asılı olaraq, m üxtəlif üsullar (yaltaqlıq, qorxutma, 
«gözdən pərdə asma», yalan, xeyirxahlıq nümayiş etdirmə və s.) 
vasitəsilə ondan “xeyir əldə etməyə” yönəldilir;
• 
K übar(ziyalı)
- bunun mahiyyəti mövzusuzluqdan ibarətdir, 
yəni insanlar düşündüklərini yox, belə hallarda deyilməsi lazım 
olanı deyirlər; bu, qapalı ünsiyyətdir, çünki insanların bu və ya 
digər məsələ haqqında rəyi heç bir əhəmiyyət daşımır və ünsiyyətin 
xarakterini müəyyən etmir.
K übar(ziyalı) ünsiyyətin kodeksi:
1. 
nəzakətlilik, mərifətlilik - «başqasının mənafelərini nəzərə 
al»;
83


2. razılaşma, qəbul etmə - «başqasım inkar etmə», «etiraz 
etməkdən çəkin»;
3. rəğbət - «xeyirxah, xoşrəftar ol».
Əgər həmsöhbətlərdən biri nəzakətlilik, digəri isə koopera- 
tivlik prinsipini əsas götürürsə, onlar anlaşılmaz, səmərəsiz bir 
ünsiyyət vəziyyətinə düşə bilərlər. Deməli, ünsiyyət qaydaları ra­
zılaşdırılmış olmalı və hər iki iştirakçı onlara əməl etməlidir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin