fondunun meydana gəlməsi; ç) inkişaf edən
maraqlar dairəsində
və hər iki tərəfi maraqlandıran məsələ ilə bağlı keçirilən söhbət
zamanı ayrı-ayrı ifadə və söz birləşmələri ixtisar olunur (əməli ola
raq, bəzi ifadələrin yalnız başlanğıcını
söyləmək kifayət edir ki,
həmsöhbətiniz onu davam etdirə bilsin); f) bu mövzu üzrə məlumat
axını qəflətən yada düşən xatirələr xarakteri alır.
II m ərhələnin nəticələri Qarşılıqlı anlaşmanın yaranması hə
mişə ünsiyyət və yaxınlaşmaları davam etdirmək arzusu doğurur,
gələcəkdə mümkün qarşılıqlı fəaliyyət
sahəsini genişləndirmək
üçün ilkin «dayaq məntəqələri» yaradır.
Eyni bir maraqla bağlı müntəzəm ünsiyyət gələcəkdə davam
edə biləcək ilkin qarşılıqlı fəaliyyətə yardım göstərir (əməkdaşlıq
tipi üzrə). Bu üslubun söhbətin digər mövzularına da keçməsi üçün
zəmin və imkanlar əmələ gəlir.
I I I m ərhələ Ünsiyyətin prinsiplərinin müəyyən edilməsi.
III
mərhələnin əsas vəzifəsi ünsiyyətin fərdi prinsipləri haqqında mə
lumat mübadiləsi və tərəfdaşlarınızın əsas və qiymətli keyfiyyət
lərinin seçilməsindən ibarətdir.
Həmsöhbətinizin ünsiyyətin prinsipləri kimi təqdim etdiyi hər
şey (namusluluq, düzlük və s.) sizin tərəfinizdən qəbul edilməlidir.
Bu onda təkcə indi sizin tərəfinizdən söylənilən prinsipləri (və si
zin bəyan etdiyiniz şəxsi keyfiyyətlərinizi) yox, həm də sizin son
radan söyləyəcəklərinizi qəbul etməyə hazır olmaq fikrini forma
laşdırar. Bununla da, tədricən qəbul edilənlik mövqeyi sabitləşər.
Ш mərhələdə tərəfdaşımzla münasibətlərinizin bir sıra müsbət
və mənfi amilləri olacaq.
M üsbət amillər.
a) hamı üçün qəbul edilə bilən ən ümumi prinsiplərin («Mən
üzüyolayam», «həmişə müzakirələrə hazıram», «düşünürəm ki,
hər halda, hər şey qaydasına düşəcək», «mən sözü üzə deyənəm»,
«belə hesab
edirəm ki, sərt danışmaq lazım deyil, insanlar inciyə
bilər» və s.) təklif edilməsi;
b) insandan gözlənilən keyfiyyətlərlə üst-üstə düşən keyfiy
yətlər nümayiş
etdirmək; əgər danışan dinləyənə xoş olan fikirlər
səsləndirirsə, onların başqasına təsir qüvvəsi artır;
98
c) təklif olunana sürətlə və müsbət cavab verilməsi,
bir qayda
olaraq, verilən məlumata yüksək maraq doğurur.
M ənfi amillər.
a) yerinə yetirilməsinə təminat verilməyən keyfiyyətlərin
təsvir edilməsi;
b) avtoritar keyfiyyətlərin nümayiş olunması;
c) təklif edilən keyfiyyətləri təhlil etmək təşəbbüsü:
ç) tərəfdaş tərəfindən irəli sürülən prinsiplərlə bağlı şübhələrin
ifadə olunması (onların
mövcudluğuna, ifadə edilmə səviyyəsinə,
səmimiliyinə şübhə etmək).
Dostları ilə paylaş: