düşməsi mühümdür. Məs., təcrübəli bir müəllim öz xatirələrində
yazır ki, tələbələrimdən birinin kimya elminə çox maraqsız oldu
ğunu hiss etmişdim. Danlamaq, onu düz yola dəvət etməklə bağlı
nəsihətlər heç bir fayda vermirdi. Tələbənin dərsləri oxumaması,
hətta kimya dərslərinə gəlməməsi faktları çoxalarkən gizli yollarla
onun hobbisini öyrəndim. Məlum oldu ki, tələbə stolüstü tennislə
çox maraqlanır. Mən növbəti dəfə tələbə ilə görüşə “təsadüfən”
stolüstü tennis raketkalan ilə getdim və bu, oğlanda xüsusi ma
raq oyatdı. Biz tennis barədə geniş polemikaya girişdik, yeri
gəlmişkən qeyd edim ki, mən bu söhbətə hazırlaşmaq üçün xey
li məlumat toplamalı olmuşdum. Tennis ətrafında söhbət mənim
tərəfimdən yavaş-yavaş elmə, təhsilə, kimya sahəsinə yönəldildi
və nəticədə tələbə tədricən kimyanı da sevməyə başladı, mənim ən
yaxşı tələbələrimdən birinə çevrildi.
Eyni maraqlara malik olan insanların fikirləri çox zaman baş
qa məsələlər və onların qiymətləndirilməsində də üst-üstə düşür.
Müzakirə mövzusu olmayan, lakin hər iki tərəfi maraqlandıran
məsələlərlə bağlı söhbət zamanı müvəqqəti olaraq həmsöhbətlərin
ictimai vəziyyətləri, mövqelərindəki fərqlər aradan qalxır. Sonra
isə məhz bu, digər mövqelər arasındakı məsafənin qısalmasına
yardım edir.
Beləliklə, II mərhələnin məqsədəmüvafıqliyi birləşmə üçün
ilkin əsas (ilkin birlik) yaratmaqdan ibarətdir, sonra isə ümumi və
hər kəs üçün cəlbedici olan məsələlərdən çıxış edərək, müəyyən
müddət ərzində tərəf-müqabillər üçün paralel irəliləmək mümkün
olacaq.
Ünsiyyətin II mərhələsi üçün qarşıda duran vəzifələri aşağıda
kı kimi müəyyənləşdirmək mümkündür: mülahizələrin qurulması,
tərəfdaşla ümumi maraqlara aid məsələlərdə razılığa gəlinməsi,
onu həyəcanlandırmaq, onun davranışının xüsusiyyətləri ilə tanış
olmaq. Ümumi maraq mövzusu həm meyar, həm təşkilatçı, həm də
söhbətin əsası rolunu oynayır.
Dostları ilə paylaş: