Ünsiyyətin qeyri-verbal
vasitələrini aşağıdakı elmlər öyrənir:
1. kinesika
insanın hiss və duyğularının xarici təzahürlərini;
m im ika
- üz əzələlərinin hərəkətini;
jestika -
bədənin ayn-ayrr
hissələrinin jest hərəkətlərini,
pantom im ika-
bütün bədənin moto-
rikasınr: pozalart, qaməti, təzimləri, yerişi öyrənir.
2. Takesika
- ünsiyyət zamanı olan təm aslan - əlsıxmalan,
öpüşməni, toxunmaları, sığallamaları, itələmələri və b.k. öyrənir.
3. Proksem ika
ünsiyyət zamanı insanların fəzada yerləşmələ
rini tədqiq edir və insan ünsiyyəti zamanı aşağıdakı məsafə zona
larını müəyyən edir:
• İntim zona (15-45 sm) - bu zonaya yalnız yaxın, yaxşı tanış
olan insanlar buraxılır; onun üçün etibarlılıq, yüksək olmayan səs, tak-
til təmas, toxunmalar xarakterikdir. Tədqiqatlar göstərir ki, intim zo
nanın pozulması orqanizmdə müəyyən fizioloji dəyişikliklərə - ürək
döyüntülərinin sürətlənməsi, adrenalinin səviyyəsinin yüksəlməsi, qa
nın başa axmasının sürətlənməsi və s. kimi hallara səbəb olur, ünsiyyət
zamanı intim zonaya vaxtsız daxil olunması həmişə həmsöhbət
tərəfindən onun toxunulmazlığına təcavüz kimi qəbul edilir.
• Şəxsi, yaxud fərdi zona (45-120 sm)- dostlar və həmkarlarla
söhbət üçündür və tərəfdaşlar arasında vizual-görmə əlaqəsini
nəzərdə tutur;
85
• Sosial zona (120-400 sm) bu tələbə adətən kabinetlərdə,
müəllimlər otağında və digər xidməti yerlərdə, bir qayda olaraq,
o qədər də yaxşı tanımadıqları insanlarla rəsmi görüşlər zamanı
əməl olunur;
• Kütləvi zona (400 sm-dən yuxan) - mühazirə auditoriyasın
da, mintinqdə və başqa yerlərdə böyük insan qruplan ilə ünsiyyəti
nəzərdə tutur.
M im ika -
üz əzələlərinin daxili emosional vəziyyəti ifadə
edən hərəkəti olub, insanın keçirdiyi həyəcanlar haqqında həqiqi
məlumat verir. Mimik ifadələr 70%-dən çox məlumat daşıyır,
yəni insanın gözləri, baxışlan, üzü deyilən sözlərdən daha çox şey
söyləməyə qadirdir.
Məsələn, məlum olmuşdur ki, əgər söhbət zamanı insan gözlə
rini söhbət müddətinin üçdən birindən az zamanda həmsöhbətinin
baxışlan ilə qarşılaşdınrsa, demək öz informasiyasını gizlətməyə
çalışır, yaxud yalan danışır.
Öz xüsusiyyətlərinə görə baxış işgüzar ola bilər. Bu zaman in
san gözlərini həmsöhbətinin alnı ərazisinə dikir və ciddi işgüzar
lıq atmosferi yaratmağı nəzərdə tutur; kübar - bu zaman baxışlar
həmsöhbətin gözlərindən aşağı (dodaqlara qədər) səviyyəyə yönəlir.
Bu, sərbəst kübar ünsiyyəti atmosferinin yaranmasına kömək edir;
intim - bu zaman baxışlar həmsöhbətin gözlərinə yox, üzdən aşağı -
bədənin sinə səviyyəsində digər əzalarına yönəlmiş olur.
Mütəxəssislər qeyd edir ki, belə baxış ünsiyyət tərəflərinin bir-
birinə böyük marağının göstəricisidir; çəpəki baxış həmsöhbətinə
tənqidi, yaxud şübhəli münasibətdən xəbər verir(“Əyri oturaq, düz
danışaq”-müdrik el məsəli bu psixoloji durumdan yaranmışdır).
Alın, qaşlar, ağız, gözlər, burun, çənə - üzün bu hissələri əzab,
qəzəb, sevinc, heyrət, qorxu, nifrət, xoşbəxtlik, maraq, kədər və s.
kimi əsas insan emosiyalarını (yaxud duyğularını) ifadə edir. Həm
də müsbət duyğular -sevinc, məhəbbət, heyrət-daha tez aşkarlanır;
mənfi emosiyalar- kədər, qəzəb, nifrət daha çətin qavranılır.
Qeyd etmək vacibdir ki, insanın həqiqi duyğularının dərk
edilməsində əsas yeri qaşlar və dodaqlar tutur. Elmi cəhətdən sübut
edilmişdir ki, üzün sol tərəfi insan emosiyalarını daha tez əks et
86
dirir; bu onunla əlaqədardır ki, beynin insanın emosional həyatını
nəzarətdə saxlayan sağ yarımkürəsi üzün sol tərəfindəki əzələləri
idarə edir. M üsbət emosiyalar bu və ya digər dərəcədə üzün hər iki
tərəfində əks olunur, mənfi emosiyalar isə üzün sol tərəfində daha
qabarıq əks olunur.
Müraciət zamanı jestlər çox məlumat verə bilər, çünki nitq
dilində olduğu kimi, jestlərin dilində də sözlər və cümlələr vardır.
Jestlərin zəngin «əlifba»sını beş qrupa ayırmaq mümkündür:
1. İllüstrasiyaedici jestlər-bunlar məlumat jestl əri dir: yolgös
təricilər («şəhadət barmağı»), piktoqraflar, yəni təsvirin obrazlı
şəkilləri («bu ölçü və quruluşda»); kinetoqraflar - bədən hərəkətləri;
«toxmaq» jestlər («rədd» jestləri); ideoqraflar, yəni təsəvvür edilən
əşyaları birləşdirən özünəməxsus əl hərəkətləri;
2. Tənzimləyici jestlər - bunlar danışanın hər hansı məsələyə
münasibətini ifadə edir. Bura təbəssüm, baş hərəkəti, baxışın
istiqaməti, məqsədyönlü əl hərəkətləri aiddir.
3. Emblem jestlər - ünsiyyətdə istifadə olunan söz yaxud
ifadələrin özünəməxsus əvəzediciləridir. Məsələn, əllərin əlsıxma
hərəkəti şəklində birləşdirilməsi çox zaman «salam», bu şəkildə
birləşdirilib baş üzərinə qaldırılması isə «görüşənə qədər» mənasını
verir;
4. Uyğunlaşdıncı jestlər - insanın əl hərəkətləri ilə bağlı olan
spesifik vərdişləridir.
Bunlar aşağıdakı şəkildə ola bilər:
a) bədənin ayn-ayn hissələrinin qaşınması və dartınması;
b) tərəfdaşa toxunma, şapalaqla vurma;
c) əl altında olan ayn-ayn əşyalann (qələmlər, düymə və s.)
sığallanması, yaxud onlara müntəzəm toxunma;
5) affektor jestlər - bədən hərəkəti, yaxud üz əzələlərinin
köməyi ilə müəyyən emosiyalan ifadə edən jestlər.
M ikrojestlər də mövcuddur: göz hərəkəti, boyunun qızarması,
gözqırpmalann sayının artması, dodaqlann səyriməsi və s.
Təcrübə göstərir ki, insanlar duyğulannın ifadəsi üçün tez-tez
jestlərə müraciət edirlər. Bu səbəbdən, kamil (həssas) insamn yalan
çı, saxta jestləri ayırd etmək bacanğına yiyələnməsi çox vacibdir.
87
Ünsiyyət zamanı tez-tez aşağıdakı jest növlərindən istifadə
olunur:
• Qiymətləndirmə - çənənin qaşınması; şəhadət barmağının
yanaq boyu uzadılması; ayağa qalxma, otaqda gəzişmə və s. (insan
informasiyanı dəyərləndirir);
• İnamlılıq - barmaqların piramidanın gümbəzi şəklində
birləşdirilməsi; stulda yırğalanma;
• Əsəbilik və inamsızlıq - əl barmaqlarının daraqlanması; ovu
cun içinin çimdiklənməsi; barmaqları ilə masanı döyəcləmə; stula
əyləşməmiş onun söykənəcəyini əllə yoxlamaq və s.
• Gözləmə - ovucların bir-birinə sürtülməsi; nəm ovucların
yavaş-yavaş silinməsi;
• İnkar - əllərin sinədə çarpazlanması; arxaya meylli bədən;
çarpaz əllər; əlin burunun ucuna toxundurulması və b.
• Rəğbət bəsləmə - əlin sinəyə qoyulması; həmsöhbətə ara-sı-
ra toxunmalar və b.;
• Dominantlıq - baş barmağın nümayişkaranə şəkildə göstə
rilməsi ilə bağlı jestlər, yuxandan aşağıya sərt əl yelləmələri və b.;
• Qeyri-səmimilik - «ağzı əlləri ilə örtmə» jesti, «buruna to
xunma» ağızı örtməyin daha zərif forması kimi - bu ya yalanı, ya da
nəyə isə şübhə etməyi göstərir; bədənin həmsöhbətdən çevrilməsi,
«bir yerdə qərar tutmayan» baxış və s.
Geniş yayılmış jestləri (mülkiyyətjestləri, qadına pərəstişkarlıq
etmək, siqaret çəkmək, güzgü jestlər, baş əymə jestləri və s) başa
düşmək insanlan daha yaxşı anlamaq imkanı verər. Beləliklə,
həmsöhbətin mənalı, təsirli davranışı etibarlı söhbət, yaxud ziddiy
yətlər, xarakterin xüsusiyyətləri, tərbiyə haqqında məlumat verə
bilər. Jestlərin dili, sözlərin dili və insanın daxili aləmi qarşılıqlı
surətdə əlaqədardır. Bunu görməyi, qiymətləndirməyi və ünsiyyət
təcrübəsində istifadə etməyi bacarmaq ünsiyyətin texnika və me
todikasının mühüm tərkib hissəsidir. Bundan başqa, «bədənin
dili» əsas vəzifənin həllinə - dinləyicilərə ən yaxşı şəkildə təsir
göstərmək, onlar üçün məlum həqiqəti bəlkə də daha inandırı
cı, daha asan mənimsənilən, daha əyani və möhkəm əks olunan
etməyə imkan yaradır.
88
3.3. H əm söhbətlərin tipləri
Hər bir insan özünəməxsus, təkrarsız ünsiyyət tərzinə malik
dir. İstənilən həmsöhbət təkrarsızdır. Buna baxmayaraq, onları
müəyyən ümumi xarakterik cəhətlərinə görə qruplaşdırmaq müm
kündür.
İşgüzar həmsöhbətlərin təsnifatı üçün əsas meyarlar aşağıda
kılardır: öz işini yaxşı bilmək, açıqlıq və səmimilik; söhbətin digər
iştirakçıları ilə ünsiyyət üsullarına bələd olmaq; söhbətin sürəti və
uğurlu alınmasında maraqlı olmaq.
Təsnifatda həmsöhbətlərin doqquz mücərrəd tipi təqdim edilir:
Dostları ilə paylaş: |