olunan etiket formulları
Gündə
lik işgüzar şəraitdə (iş güzar vəziyyətdə) də nitq etiketlərinin for
mullarından istifadə olunur; məsələn, işə yekun vurularkən, mal
ların qiymətləri endirildikdən sonra satış vəziyyətinin nəticələri
müəyyən edilərkən, sərgilərdən sonra, m üxtəlif tədbirlər, görüşlər
75
təşkil edilərkən kimə isə təşəkkür etmək, yaxud əksinə, danlamaq,
irad tutmaq lazım gəlir.
İstənilən iş yerində, hər hansı təşkilatda kim isə məsləhət vermək,
təklif irəli sürmək, xahiş etmək, razılıq vermək, icazə vermək, qa
dağan etmək, hansı xahişi isə rədd etmək zərurəti ilə üz-üzə qala bilər.
Bu vəziyyətlərdə istifadə edilən nitq qəliblərinə aid bir neçə
nümunə veririk:
Minnətdarlıq ifadə etmək:
- İcazə verin, yüksək səviyyədə təşkil edilmiş sərgi üçün Azər
Məmmədova təşəkkürümüzü (minnətdarlığımızı) bildirək.
- Rektorluq (direktorluq, şirkət, rəhbərlik) bütün əməkdaşlara
(professor-müəllim heyətinə) qış imtahan sessiyasını uğurla başa
vurduqları üçün öz minnətdarlığını bildirir.
- Təchizat şöbəsinin müdirinə öz təşəkkürümü bildirmək istə
yirəm.
- İcazə verin, sonsuz minnətdarlığımızı bildirək
Hər hansı bir xidmətə, köməyə, mühüm məlumata, hədiyyəyə
görə sözlərlə təşəkkür etmək lazımdır:
- Sizə ... xidmətə görə minnətdaram.
- Hədiyyənizə görə çox təşəkkür edirəm
- Sizə son dərəcə minnətdaram.
Minnətdarlığın emosionallığı, ekspressivliyi (təsirliliyi) aşağı
dakı şəkildə ifadə olunduqda daha da artır:
- Sizə öz minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm.
- Sizə o qədər minnətdaram ki, bunu necə söyləyəcəyimi bil
mirəm.
- Minnətdarlığımın həddi-hüdudu yoxdur.
İradlar, xəbərdarlıqlar:
- Şirkət (müdiriyyət, idarə heyəti, redaksiya) ciddi şəkildə
xəbərdarlıq etməyə (təəssüfləndiyini bildirməyə) məcburdur.
- Təəssüf ki (əfsus ki), narazılığımı bildirməliyəm...
M əsələhət, təklif:
Bəzən insanlar, xüsusilə vəzifəli şəxslər təkliflərini, məsləhət
lərini qətiyyətli şəkildə bildirməyi zəruri hesab edirlər:
-Siz (ham ınız)... etməlisiniz
76
-Siz mütləq bu şəkildə ... hərəkət etməlisiniz
-Mütləq (təkidlə) aşağıdakı işləri yerinə yetirməyinizi məsləhət
görürəm (təklif ed irəm ).
Bu formada verilən məsləhətlər, təkliflər, mülahizələr əmrə,
yaxud göstərişə bənzəyir və belə hal, xüsusilə vəzifəcə eyni səviy
yəli işçilər arasında yarandıqda, heç də həmişə onlara əməl etmək
arzusu doğurmur.
Məsləhət, yaxud təklifin köməyi ilə fəaliyyətə keçməyə təkan
verilməsi nəzakətli, yaxud neytral şəkildə olmalıdır:
- İcazənizlə, Sizə bir məsləhət vermək istərdim...
- İcazə verin, təklif edim ...
- Sizə bir məsləhət verə bilərəm...
- Təklif edirəm ki...
Xahişlə müraciət də mərifətlə, son dərəcə nəzakətlə, lakin ifrat
yaltaqlığa yol vermədən edilməlidir:
- Mümkünsə, mənim xahişimi yerinə yetirin.
- Zəhmət olmazsa...
- Xahiş edirəm, mümkünsə...
- Xahiş edirəm, mənə ... icazə verin...
- İcazənizlə...
X ahiş m üəyyən qədər qətiyyətlə də ifadə oluna bilər:
- Təkidlə (çox, son dərəcə) xahiş edirəm...
Razılıq, icazə aşağıdakı kim i form alaşdırılır:
- Bu dəqiqə, yubandınlmadan yerinə yetiriləcək.
- Baş üstdə!
- Buyurun (icazə verirəm, etiraz etmirəm).
- Sizə icazə verirəm.
- Razıyam (etiraz etmirəm), lazım bildiyiniz kimi hərəkət edin.
Xahiş, m üraciət rədd edilərkən aşağıdakı ifadələrdən istifadə
edilir:
- M ən sizə kömək edə bilmirəm (icazə verə bilmirəm).
- Xahişinizi yerinə yetirə bilmərəm.
- Hazırda bu mümkün deyil.
- İndi bu işin görülməsi məqsədəuyğun deyil.
- Bağışlayın, amma biz Sizin xahişinizi yerinə yetirə bilmərik.
77
- M ən bunu qadağan etməyə məcburam.
İstənilən səviyyəli işgüzar adamlar arasında mühüm məsələlə
rin qeyri-rəsmi şəraitdə həll edilməsi daha yaxşı hesab olunur. Bu
məqsədlə ov, balıqtutma, təbiət qoynunda istirahət, bağa, restorana
dəvət və s. təşkil olunur.
Şəraitə uyğun olaraq, nitq etiketləri də dəyişir, onlar daha
rəsmi olmur, sadə, emosional baxımda təbii xarakter alır.
Lakin bu şəraitdə də subordinasiyaya (xidməti tabelik) əməl
olunur, təklifsizliyə, nitq «dağınıqlığına» yol verilmir.
Nitq etiketinin daha bir mühüm komponenti komplimentdir
(iltifatlı söz).
Mərifətlə və yerində deyilən kompliment ünvanlandığı insanın
əhval-ruhiyyəsini yaxşılaşdırır, onu tərəf-müqabili ilə müsbət mü
nasibət qurmağa istiqamətləndirir. Kompliment söhbətin əvvəlində,
görüş, tanışlıq, yaxud söhbət, aynlma zamanı deyilir. Kompliment hər
zaman xoşdur. Lakin səmimi olmayan, son dərəcə heyranlıqla, komp
liment naminə deyilən kompliment, bəzən acı sözdən də təhlükəlidir.
Kompliment ünvanlandığı şəxsin xarici görkəminə aid ola
bilər, insanın yüksək peşəkarlıq qabiliyyətlərini, yüksək əxlaqi
keyfiyyətlərini bildirər, ümumi müsbət qiymət verər:
- Siz yaxşı (əla, gözəl, çox gözəl) görünürsünüz.
- Siz heç dəyişmirsiniz (qocalmırsınız).
- Sizin bu günkü çıxışınız çox yüksək səviyyəli oldu.
- Siz elə (çox) ağıllı (işgüzar, bacan qlı...)sınız ki.
- Siz yaxşı (əla, yüksək səviyyəli) mütəxəssissiniz (mühəndis
siniz, iqtisadçısınız...).
- Siz təsərrüfatı (ticarəti, tikintini, işi) yaxşı (əla, yüksək
səviyyədə) idarə edirsiniz.
- Siz insanlara yaxşı (əla, yüksək səviyyədə) rəhbərlik edirsi
niz.
78
|