əhəmiyyətə malik olaraq, istər-istəməz cəmiyyətin həm nitq, həm
də ümumi mədəniyyətinin yüksəlməsinə səbəb olur. Bu və ya
digər
müəssisənin, istehsal sahəsinin, ofisin kollektivinin üzvləri
tərəfindən nitq etiketi qaydalarına qüsursuz şəkildə əməl edilməsi
müştərilərdə, həmtəsisçilərdə, tərəfdaşlarda xoş təəssürat yaradır,
bütün müəssisənin müsbət imicini mühafizə edir.
Bəs nitq etiketinin formalaşması və ondan istifadəni müəyyən
edən amillər hansılardır?
Nitq etiketi işgüzar münasibətlərə daxil olmuş tərəfdaşların
xüsusiyyətləri, onların sosial statusları, xidməti iyerarxiyada tut
duğu yeri, peşəsi, milliyyəti, dini, yaşı, cinsi, xarakteri nəzərə alın
maqla qurulur.
Nitq etiketi ünsiyyətin baş verdiyi vəziyyətlə də müəyyən edi
lir. Bu, bir təqdimat, konfrans, simpozium, müşavirə, məsləhət, fir
manın yubileyi və s. də ola bilər.
Nitq etiketi müəyyən mənada cəmiyyətin mənəvi vəziyyətini,
onun əxlaqi dayaqlarını əks etdirir.
N itq etiketinin milli xüsusiyyətləri Nitq etiketi milli xüsu
siyyətlərə malikdir. Hər bir xalq özünün nitq davranış qaydaları
sistemini yaratmışdır.
Bəzi natiqlər nitqlərində XVIII əsrdə yaşamış müəlliflərin
ifadələrindən istifadə etməklə lovğalanırlar. M akler isə növbəti bir
ja sövdələşməsi ilə bağlı məktubu öz babası kimi, bu ifadələrlə biti
rir:
«M ərhəmətli cənab, lütfən, mənim Sizə olan dərin hörm ətlərim i
qəbul edin».
Fransızlar konkretliyi, dəqiqliyi sevirlər. Bunu,
hər şeydən
əvvəl, dildə görmək mümkündür. Fransız dilində «Cavabında o
gülümsədi», yaxud «Bu zaman o əlini yellədi»- demək mümkün
deyil. Mütləq bu zaman onun necə - istehza ilə, kinli-kinli, kədərlə,
məsxərə ilə, yaxud bəlkə mehribanlıqla gülümsədiyini; onun əlini
niyə - pərtliyindən, hirsindən, laqeydliklə yellədiyini izah etmək
lazım gələcək.
Fransız dilini uzun müddət diplomatik dil adlandırırdılar, lakin
ondan istifadə, yəqin ki, diplomatların işini çətinləşdirirdi: fransız
dilində fikri ört-basdır etmək, sona qədər söyləməmək çox çətindir.
69
Amerika məktəblərində belə bir fənn var: - «Public relations
hip» - «Qarşılıqlı münasibətlərin qurulması».
Hətta uşaqlar da
qarşılıqlı münasibətlərin əsaslarına bələddirlər. Məsələn, sənin
uşağının ad gününə gəlirlər, sən isə sonradan onların hər birinə
açıqca (məktub) yazmalısan: «Çox sağ ol ki, Sən gəlmişdin. Sənin
hədiyyən ən yaxşısı idi». ABŞ biznesində də belədir. Əgər bir fir
maya baş çəkmisənsə, mütləq sonra bir məktub alacaqsan: «Çox
sağ olun. Bağışlayın, bizim Sizinlə birgə görəcəyimiz bir iş yox
dur». Lakin «Çox sağ olun»- mütləqdir.
M üxtəlif xalqların nitq etiketləri arasındakı fərqlər «Nitq eti
ketləri» adlı soraq kitabçalarında xüsusilə hərtərəfli nəzərdən ke
çirilir.
Azərbaycan
dilindən fərqli olaraq, ingilis dilində Siz və sən
formaları arasında fərq yoxdur. Bu formalar arasındakı fərqlərin
bütün çalarlan
you
əvəzliyində əks olunur. Azərbaycanca
sən
şəxs əvəzliyinə uyğun ola biləcək
thou
əvəzliyi
orada XVII əsrdə
istifadədən çıxıb və yalnız poeziyada və Bibliyada qorunub saxla
nıb. Əlaqələrin bütün növləri - son dərəcə rəsmidən, kobud-yaxın
lığı bildirən müraciətlərə qədər hamısı dilin başqa vasitələri - into
nasiya, müvafiq sözlərin və ifadələrin istifadəsi ilə çatdırılır.
Ən əsas məsələ bu və ya digər həmsöhbətlə quracağın dialo
qun «dilini tapmaq»dır. Dialoq iştirakçılarından biri daim «siz»dən
«sən»ə (və əksinə) keçərək dolaşıqlıq yaradırsa, ikinci tərəf (daha
yaxşı olar ki, bu, yuxan instansiya və ya yaşça böyük olsun) «sən»
müraciətinə keçərək, qarşısındakına bərabər vəziyyətdə olduqlan-
m göstərə bilər.
Əgər uzun müddətdən bəri ünsiyyətdə olan və bir-birinə «sən»-
deyə müraciət edən adamlar birdən-birə «Siz» müraciətinə keçir,
hətta rəsmi şəkildə ad və soyadlannı söyləməyə başlayırlarsa, dia
loq acıdillilərin danışıq formasına çevrilir.
Milli etiketin xüsusiyyətlərini, onun nitq formullannı bilmək,
bu və ya digər ölkənin, xalqın işgüzar ünsiyyət xüsusiyyətlərini
başa düşmək xarici tərəfdaşlarla danışıqlar aparılması, əlaqə yara
dılması zamanı kömək edir. Azərbaycan
dilinin özünəməxsus dil
xüsusiyyətləri vardır. Adət-ənənələrdə olan keyfiyyətlər dilə də
70
sirayət etmişdir: böyüklərin yanında ( və ya onlardan icazəsiz) da
nışmaq olmaz, bir söz somşulursa, ətraflı cavab verilməlidir (vaxt
qıtlığı nəzərə alınmır), rastlaşarkən tanımadığın adamlarla da salam
laşmalısan və s. Doğrudur, Avropaya sürətli inteqrasiya dildə də bəzi
ümumi qaydalar yaratmışdır, lakin milli qaydalar əsasən gözlənilir.
Dostları ilə paylaş: