Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə28/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Publisistik üslub
-ictim ai-siyasi ədəbiyyatın, dövri mətbuatın, 
natiqliyin və b. üslubudur. Onun əsas məqsədləri kütlələrə təsir 
göstərmək, onları hərəkətə səsləmək, məlumat vermək və b.k. 
məsələlərdir.
Publisistik üslubun xarakterik cəhətləri:
• İnformasiya zənginliyi şərtilə şərhin lakonikliyi;
• Şərhin anlaşıqlı olması (qəzet- kütləvi informasiyanın ən ge­
niş yayılmış növüdür);
63


Mülahizənin emosional, ümumiləşdirilmiş, çox zaman isə 
sərbəst olması;
• İctimai-siyasi leksika və frazeologiya;
Nitq ştamplanndan, qəliblərindən istifadə, onlann asan ya­
ranması (tarla zəhmətkeşləri, piştaxta işçiləri, dostluq şəraiti);
• Qısa cümlələrdən istifadə - qurulmuş nəsr;
• Elliptik (cümlədə asan anlaşılan sözün buraxılması) cüm­
lələr, felsiz ifadələr (hamıya - özəlləşdirmə çekləri; banklar təkcə 
bankirlər üçün deyil);
• Publisistik üslubun əlamətlərinin digər üslubların xüsu­
siyyətləri ilə uyğunlaşdırılınası;
• Dilin təsvir və ifadə vasitələrindən istifadə (ritorik suallar, 
təkrirlər, inversiya və s.).
Publisistik üslubun qəzet-jurnal üslubu geniş yayılmışdır.
Rəsmi-işgüzar 
üslub - sənədlərin, beynəlxalq müqavilələrin, 
dövlət aktlarının, qanunların, işgüzar sənədlərin və s. üslubudur. 
Bu üslub həmin sənədlərin aşağıdakı məzmun və məqsədləri ilə 
müəyyənləşir: praktik əhəmiyyətə malik məlumaün verilməsi, 
göstəriş və təlimatın verilməsi.
Rəsmi işgüzar üslubun 
əsas xüsusiyyətləri
:
• Şərhin yığcamlığı, dil vasitələrindən qənaətli istifadə;
• Materialın standart yerləşdirilməsi, formanın mütləqliyi;
• Mülahizənin konkretliyi, bitərəfliyi, rəsmiliyi;
Terminlərdən geniş istifadə;
• Xüsusi frazeologiyanm, həmçinin çoxsaylı nitq standartları­
nın- qəliblərin mövcudluğu;
• Feldən yaranmış isimlərdən (əsasında, ona münasibətdə, ona 
görə və s.) istifadə;
• Sadalama xarakterli adlıq cümlələrdən istifadə;
• Mürəkkəb sintaktik quruluşlar;
• Emosional-ekspressiv nitq vasitələrinin olmaması.
Rəsmi işgüzar üslubun iki növü mövcuddur: rəsmi sənədlərin 
üslubu və gündəlik-işgüzar üslub.
Danışıq (məişət) üslubu ünsiyyət funksiyasını (vəzifəsini) 
yerinə yetirir.
64


Danışıq (məişət) üslubununu xarakterik xüsusiyyətləri:
• Təsirlilik, mülahizənin əvvəlcədən düşünülməmiş olması;
• Emosional, sadə, ümumiləşdirilmiş olması;
• Gündəlik-məişət leksika və frazeologiyasından geniş istifadə;
• Qeyri-leksik vasitələrdən (intonasiya, vurğu, fasilə, nitqin 
sürəti və s.) istifadə;
• Mülahizənin dialoq, az hallarda monoloq forması;
• Nitqə ədatlann, nidaların, ara sözlərin, xitabların daxil edil­
məsi;
• Sadə cümlələrin mürəkkəblərə nisbətən çoxluq təşkil etməsi;
• Əlavə, qoşma və bağlayıcı vasitələrdən istifadə edilməsi;
• Leksik təkrirlər, inversiyalar (söz sırasının pozulması).

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin