Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Təntənəli, kədərli vəziyyətlər üçün nitq formulları



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə33/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Təntənəli, kədərli vəziyyətlər üçün nitq formulları 
Salamla­
madan sonra, adətən işgüzar söhbət başlayır. Nitq etiketi bəzi nitq 
şəraitləri ilə əlaqədar bir neçə söhbət başlanğıcını nəzərdə tutur.
Üç vəziyyət daha tipikdir:
1) təntənəli;
2) kədərli
3) iş, işgüzar.
Birinci vəziyyətə dövlət bayramları, müəssisənin və əmək­
daşların yubileyləri; mükafat alınması, ofis, mağaza açılması; təq­
dimat; müqavilə bağlanması, razılaşma əldə olunması və s. aiddir.
İstənilən təntənə səbəbilə, əlamətdar günlə bağlı dəvətlər və 
təbriklərdən istifadə olunur.
Vəziyyətdən asılı olaraq (rəsmi, yan-rəsmi, qeyri-rəsmi) dəvət 
və təbrik qəlibləri dəyişilir.
Dəvətlər:
- İcazə verin (izn verin) S iz i... dəvət edim.
- Bayrama (yubileyə, görüşə...) gəlin, Sizi (orada) görməyi­
mizdən çox məmnun olanq.
- Sizi (s ə n i)... dəvət edirəm (edirik).
Əgər qarşı tərəfin dəvətinizi qəbul edəcəyinə əmin deyilsinizsə, 
yaxud dəvətinizin yersiz hesab ediləcəyindən narahatlıq hissi 
keçirirsinizsə, bu halda dəvət sual cümləsi ilə ifadə edilə bilər:
- Sizi dəvət edə bilərəmmi? (dəvət etmək olarmı?, dəvət etmək 
mümkündürmü?)
Təbriklər:
- İcazə verin (izn verin) S iz i... münasibətilə təbrik edim.
- Ən səmimi (ürəkdən gələn) təbriklərimi qəbul edin.
- Sizi (idarə rəhbərimizin, idarəmizin, valideynimin... )adın- 
dan (tapşınğı ilə) təbrik edirəm (edirik).
- Ürəkdən (səmimi qəlbdən) təbrik edirəm (edirik).
Kədərli vəziyyətlər ölümlə, həlak olma ilə, öldürülmə ilə, təbii 
fəlakətlə, terror aktı ilə, qarət edilmə, müflisləşmə və bədbəxtdik, 
bəla gətirən digər hadisələrlə bağlıdır.
Belə hallarda başsağlığı verilir. Başsağlığı quru, rəsmi olma­
malıdır.
74


Bir qayda olaraq, başsağlığı formulları emosional, üslubi ba­
xımdan təntənəli olur:
- İcazə verin Sizin kədərinizə şərik olum.
- Başsağlığılarımızı qəbul edin.
- Sizin dərdiniz - bizim dərdimizdir.
- Son qəminiz olsun...
Daha emosional-ekspressiv ifadələr:
- Çox böyük bədbəxtlikdir!
- Bu nə bəladır, başınıza gəldi?!
- Nə qədər böyük bir itkidir!..
Faciəli, kədərli, yaxud xoşagəlməz vəziyyətlərə düşən insanlar 
təsəlliyə möhtac olurlar. Qəmə, kədərə şərik olma, təsəlli vermənin 
etiket formulları m üxtəlif vəziyyətlər üçün nəzərdə tutulub və 
m üxtəlif təyinatlıdır:
- Təəssüf edirəm!
- Sizi yaxşı başa düşürəm.
Təsəllivermələr nəticənin yaxşı olacağına inam ifadə edən 
sözlərlə müşayiət edilir:
- Sizin halınızı yaxşı başa düşürəm, amma inanın ki, hər şey
yaxşı olacaq!
- Ümidinizi itirməyin, hər şey yaxşı olacaq!
- H ər şey yaxşı olacaq!
- Bu da keçib gedəcək!
Təsəllivermələr məsləhətlə müşayiət olunur:
- Bu qədər həyəcanlanmayın (narahat olmayın, əzab çəkməyin)!
- B ir qədər dözümlü olun!
- Allah səbr versin!
- Sakitləşməyiniz yaxşı olar!
- Özünüzü ələ alın!
- H ər şeyin yaxşı olacağına inanmalısınız!
İşg ü zar vəziyyətdə istifadə 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin