«Özünü doğrultmuş gözləntilər» üsulu.
Siz məhz bu şəkildə
davranışı, məsələnin bu şəkildə həllini, məhz bu cür qarşılıq
lı hərəkəti gözlədiyiniz haqında bəzi mülahizələr söyləyirsiniz
(«Mən özüm də sizin haqqınızda bu fikirdə idim», «Mən nəzərdə
tutmuşdum ki, siz bu məsələni məhz bu şəkildə, mənim kimi həll
edəcəksiniz»).
Ünsiyyətin Ш mərhələsində təklif edilən və həmsöhbətiniz
tərəfindən nümayiş etdirilən keyfiyyətlər onun üstünlük verdiyi xü
susiyyətlərdən xəbər verir. Onlar həmçinin müəyyən müddət ər
zində müdafiə olunmalı keyfiyyətlər kimi nəzərdən keçirilə bilər.
Tərəfdaşımz «təklif edilən» xüsusiyyətlərə uyğun şəkildə davranacaq.
III mərhələnin əlamət və göstəriciləri
III mərhələnin başlan
ğıcının əsas əlamətləri bunlardır:
a) insanın başqaları ilə münasibət və ünsiyyət zamanı rəhbər
tutduğu prinsiplər haqqında ilk xatırlatmalar;
b) şəxsi keyfiyyət və xüsusiyyətlərinizin qabardılması;
c) təkrarlanan davranış ştamplanmn meydana çıxması (məsə
lən, «düzünü desək», «açığını söyləyim», «bu haqda yaxşı düşün
mək lazımdır» və s.) eyni sözlərdən tez-tez istifadə edilməsi ya qarşı
tərəfin səmimiyyətinin qəbul edilməsini, ya sözü birbaşa söyləmək
arzusunu, ya da ehtiyatlı olmaq arzusunu ifadə edir; «mən həmişə
düzgün fikirlərlə razılaşıram», «bununla razılaşmaya bilmərəm»
kimi ifadələrdən tez-tez istifadə olunması tərəfdaşınızın razılaşma
ya hazır olduğunu bildirmək istədiyi mənasını verir;
ç) tipik vərdiş və meyllər haqqında məlumat verilməsi; bu hal
larda «mən vərdiş etmişəm ki...», «adətən mən...», «mən xoşla
yıram...», «mənim xoşuma gəlir...» və s. kimi girişlərdən istifadə
olunur.
Dostları ilə paylaş: