Sübut
dedikdə, hər hansı tezisin həqiqiliyinin şübhə
doğurmayan dəlillərlə əsaslandırılması başa düşülür.
Dəlillərlə
əsaslandırma
hər hansı fikri əsaslandırmaq üçün mənbə və dəlillər
göstərilməsi prosesidir.
Birinci prosesdə həqiqiliyə riayət edilməsi - mütləq şərt, ikinci
prosesdə isə arzu ediləndir.
Məntiqlilik inandıncılığın sinonimi deyildir. Məntiqlilik
mülahizələrin ardıcıl, sistemli, razılaşdırılmış formasıdır ki, onla
rın razılaşdırılmış olması prinsipi çox geniş sahələrdə dəyişə bilər.
Quruluşuna görə sübut və dəlillər bir-birindən fərqlənmir. Sü
butlar həqiqiliyə, dəlillər inandırmaya aparır ki, inandırma səhv də
ola bilər. Lakin çox zaman real nitq situasiyalarında məhz sübut
nəticənin məntiqi məcburiliyinin qüvvəsinə görə yox, şəxsiyyətin
ta qədimdən ona zorla təlqin edilən hər bir şeyə qarşı çıxmaq
meyllərinə görə qəbul edilmir.
Dəlillərlə əsaslandırılma şərh edilənin həqiqiliyinə olan ina
ma əsaslanır və emosional formalar dəlilləri daha cəlbedici edir.
Mürəkkəb, yeni, mübahisəli ideyaları sübut etmək lazımdır, sadə
təsdiq və inkarlar üçün isə bir sıra hallarda dəlillərlə əsaslandırma
kifayət olur. İnsan təfəkkürü ümumiyyətlə yalnız məntiqi ola
bilməz o, məntiq, hisslər və iradənin birliyini təmsil edir.
İnandırma
subyektin qəbul etdiyi məlumata olan xüsusi
münasibətidir. Dəlillərlə əsaslandırmanın inandıncılığı proble
mi - auditoriyanın irəli sürülən müddəa və dəlillərə olan zəruri
117
münasibətinin formalaşıdınlması problemidir. Bu problem həqiqi
liyin nümayişi yox, irəli sürülmüş müddəaların başa düşülüb həqiqi
kimi qəbul edilməsidir.
Deməli, in an d ırm a öz növbəsində tezisin elə anlaşma səviy
yəsinə çatdırılmasıdır ki, bu zaman qəbul edən nəticənin həqi
qiliyinə, fikrin düzgünlüyünə, yaxud heç olmazsa, ağlabatan ol
masına şübhə etmir, inandıranın haqqında damşqdığı məsələyə aid
inamsızlıq, yaxud tərəddüd hissi keçirmir.
K o n stru k tiv dialoqun ap arılm ası q ay d aları Hər hansı insan
fəaliyyətində olduğu kimi, ünsiyyətdə də konstruktiv (qurucu) və
destruktiv (dağıdıcı) ünsürlər bu və ya digər dərəcədə uzlaşır.
Konstruktiv ünsür dedikdə psixologiyada «nə isə yeni bir
başlanğıcın əmələ gəlməsində meydana çıxan bir əlamət, yaxud
əlamətlər qrupuna malik olan və məhz ona görə yaradılmış yaradı
cı başlanğıc», destruktiv ünsür dedikdə isə «dağılma, nəyinsə nor
mal quruluşunun pozulması» başa düşülür.
Birinci halda iradi səy meydana çıxan affekt meyllərə qalib
gəlir, ikinci halda isə emosiyalar üstün olur.
Həmsöhbətlərin davranışını əlaqələndirən bir sıra nitq qay
dalarına əməl edilməsi fikirləri və emosiyaları uzlaşdırmağa
kömək göstərir. Səmərəli kommunikativ davranışın normalarının
müəyyənləşdirilməsi üçün ilk təşəbbüsü Aristotel göstərib.
«Ritorika» traktatının «Üslub haqqında» adlı fəslində o, üslu
bun səmərəliliyini müəyyən edən üstün cəhətlərini göstərir: aydınlıq,
əhəmiyyətlilik, həqiqilik. Kommunikasiya qaydalanmn (postulatlar
(sübutsuz olaraq əsas götürülən müddəa) maksimlər, prinsiplər) mü
fəssəl və sistemli formalaşdırılması təcrübəsi Q.P.Qraysa məxsusdur.
«Kommunikasiya prinsipi» adlandırılan əsas prinsip nitq ün
siyyətinə qəbul edilmiş məqsədə və danışığın istiqamətinə uyğun
olaraq öz töhfəsini vermək tələbindən ibarətdir. (Qraysa qədər belə
qaydaları formalaşdırmağa N.P.Smit təşəbbüs göstərmişdir).
Əməkdaşlıq prinsipinin özü həm danışan tərəfindən «koope-
rativliyə» can atmaq kimi, həm də danışanın sözlərini ünvanladığı
şəxs tərəfindən öz bildiyi kimi təfsirini nəzərdə tutması şəklində
başa düşülə bilər.
118
Adı çəkilən tövsiyələrə əməl edilməsi nitqin kommunikativ,
yəni quruluş düzgünlüyünü təmin edir ki, bu da ünsiyyət baxımın
dan nitqin düzgünlüyünə nisbətən daha əhəmiyyətlidir.
Kommuni
kativ düzgünlük
anlayışı altında söhbətin aparılması qaydalarına
uyğunluq başa düşülür.
Dostları ilə paylaş: |