Qüvvətli
- rədd, məhv edilə bilməyən, dağıdılması
mümkün
olmayan dəlillər. Bunlar aşağıdakılardır:
• dəqiq müəyyən edilmiş faktlardan çıxan mülahizələr;
• qanun, nizamnamə və rəhbər sənədlərin müddəaları;
• eksperimentlərin nəticələri və ekspertlərin qərarları;
• tanınmış nüfuzlu şəxslərin fikirləri və nümunələri;
• şahidlərin və hadisələri gözləri ilə görənlərin ifadələri; statis
tik ümumiləşdirmələr;
Z ə i f -
tənqidə davam gətirə bilməyən dəlillər, məsələn:
• kifayət olmayan statistik məlumatların nəticələri;
• Entimemalar (sillogizmin tam olmayan sxemi üzrə əqli nəticələr);
• Alogizmlər üzərində qurulmuş sofıst fənd və mülahizələri;
• Dinləyicilərə az tanış olan nüfuzlu şəxslərə əsaslanma;
• Səciyyəvi olmayan nümunələr və analogiyalar;
• Qərəzli seçilmiş haşiyələr, aforizm və kəlamlar;
• Ehtimallı nəticələr, variantlar, ümumiləşdirmələr.
Əsassız
- tamamilə ifşa edilə bilən dəillər; yəni:
• Saxtalaşdırılmış faktlara əsaslanan mülahizələr;
• Şübhəli, yoxlanılmamış, hökm qüvvəsini itirmiş mənbələrə
istinad edilməsi;
• Əsassız ehtimallar, fərziyyələr, gümanlar;
• Öncədən verilən söz və vədlər.
Əsaslandırma üsulu (sübutların təqdim edilmə üsulları) -
tezis
və dəlillərin öz aralannda əlaqələndirilməsi üsulu.
Faktlara əsaslanan quruluşa malik mətnlərdə tərəflər arasın
dakı qarşılıqlı münasibətləri məntiq qanunlan tənzimləyir, onlara
əməl edilməsi mülahizələrin sübutlu olmasına təminat verir. Bü
tün dörd qanunun mahiyyətini qısa olaraq aşağıdakı
şəkildə ifadə
etmək mümkündür:
düzgün mülahizə müəyyən, ziddiyyətsiz, ardı
cıl və əsaslandırılmış
olmalıdır.
Dəlillərə söykənən dialoq və monoloqun başlanğıc məntəqəsi
tezisdir.
Sadə tezis -
elementar deduktiv mülahizədə, mürəkəb te
zis - diskussiyalı mülahizədə əks olunur.
Mürəkkəb tezis aşağıdakı qaydada qurulur: müəyyən edilən an
layış + mənasına görə əks olan iki predikat (subyekti müəyyən edən
116
anlayış), yəni tezislərin cəmi (məsələn, «Klassik mətnlərin slenq
dilinə tərcüməsi: linqvistik eksperiment, yoxsa ədəbi xuliqanlıq?»).
Tezisə nəzakətli
məntiqi forma vermək üçün, hər şeydən
əvvəl, müzakirənin, yaxud fikir ayrılıqlarının predmetini müəyyən
edəcək anlayışların məzmununu dəqiqləşdirmək lazımdır.
Dəlillərin təminedici olmasına verilən minimum tələblər on
ların dinləyici üçün həqiqi və real əhəmiyyətə malik olmasıdır.
Dəlillər onların köməyi ilə əsaslandırılacaq tezisin həqiqiliyindən
asılı olmayaraq, öz-özlüyündə həqiqi olmalıdır.
Ritorikada və əsaslandırma nəzəriyyəsində bir-biri ilə sıx şəkil
də bağlı olan anlayışlar mövcuddur: sübut, dəlillərlə əsaslandırma
və inandırma.
Dostları ilə paylaş: